Terapiya Bölmə Pulmonologiya kliniki hal


) Dilatasion kardiomiopatiyalı xəstənin həyat tərzini yaxşılaşdıran ilk seçim



Yüklə 9,54 Mb.
Pdf görüntüsü
səhifə42/358
tarix31.07.2023
ölçüsü9,54 Mb.
#120183
1   ...   38   39   40   41   42   43   44   45   ...   358
2020-01-23 13-02-29

223) Dilatasion kardiomiopatiyalı xəstənin həyat tərzini yaxşılaşdıran ilk seçim 
preparatı hansıdır? 
A) L- Karnitin 
B) Lipotrop preparatlar 
C) Ca antaqonistləri 
D) AÇF( angiotenzin çevirici ferment) inhibitorları 
E) Preduktal MR 
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. ―Daxili xəstəliklər‖ 2007 il.səh796 
224) Aşağıda sadalanan preparatlardan hansı kəskin infeksion virus mənşəli 
miokarditlərin etiotrop müalicəsində istifadə olunur? 
A) Aminoxinolon preparatları 
B) Asiklovir 
C) Benzilpenisillin 
D) Eritromısın 
E) Qlükokortikoidlər 
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. ―Daxili xəstəliklər‖ 2007 il. 
225) Ekssudativ perikardit zamanı obyektiv müayinənin nəticəsi hansıdır? 
A) Güclənmiş zirvə vurğusu 
B) Ürək tonlarının güclənməsi 


C) Perikardın sürtünmə küyü 
D) Ürəyin mütləq kütlüyünün hüdudlarının genişlənməsi 
E) Ürək tonlarının normal olması 
Ədəbiyyat:: Q. E. Roytberq, A. B. Strutinskiy. ―Daxili xəstəliklər‖ 2007 il. 
226) İnfeksion endokarditin diaqnostik meyarı hansıdır? 
A) EÇS - nin artması 
B) İki ardıcıl hemokultarada patogen amilin aşkarlanması 
C) Limfositoz 
D) Leykositoz 
E) Neytropeniya 
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. ―Daxili xəstəliklər‖ 2007 il. 
227) Mitral qapağın üzvi çatışmazlığının səbəbi hansıdır? 
A) Revmatik qızdırma 
B) Miokardiodistrofiya 
C) Arterial hipertoniya 
D) Kəskin miokard infarktı 
E) Kəskin və xroniki ürək çatışmazlığı 
Ədəbiyyat: V. X. Vasilenko. ―Qazanılmış ürək qüsurları‖ 1972 il. 
228) Ürək çatışmazlığı olan xəstələrdə ürək qlükozidlərini təyin etmək üçün 
göstəriş hansıdır? 
A) Sinus taxikardiyası 
B) Hiperkaliemiya 
C) Hipokaliemiya 
D) Taxisistolik səyrici aritmiya 
E) Hiperkalsiemiya 
Ədəbiyyat: N. M. Şevçenko. ―Kardiologiya‖ 2004 il. 

Yüklə 9,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   358




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə