Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə,
suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz
Azərbaycanı, Gürcüstanı və Türkiyəni təhlükəsiz və etibarlı qazla təchiz edən bir yataq olduğunu
sübut etmişdir.
Şahdəniz-1
layihəsi
iqtisadi
Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb.
BP şirkəti və Şahdəniz tərəfdaşları bu vaxtadək Şahdəniz Mərhələ 1 layihəsinə 9 milyard ABŞ
dolları dəyərində investisiya yatırıb.
Quyuların qazılmasında çətinliklərə, platformanın inşa edilməsinə, sahil terminalının tikintisinə və
Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Gürcüstan-Türkiyə sərhəddinə qədər uzanan 700 km
uzunluğa malik Cənubi Qafqaz Boru Kəmərinin çəkilməsinə baxmayaraq, Şahdəniz Mərhələ 1
işlənməsinə cəmi yeddi ildə nail olundu.
Şahdəniz-2
layihəsi
iqtisadi
Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi
Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz
dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq
Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard
ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac vardır. Bundan sonra əlavə kəmər sistemləri
Cənub Qaz dəhlizi marşrutu üzrə 6 milyard kub metr qazı Türkiyəyə, əlavə 10 milyard kub metr
qazı isə Avropadakı bazarlara çatdıracaq. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq və
dəniz dibində 800metr dərinliyinə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.
İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın
bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Şalaxo (Şələqoy)
tarixi
Azərbaycan və Gürcüstanda oynanılan kişi rəqsidir. "Şalaxo" ən qədim Azərbaycan rəqslərindən
biridir.
Şengen
razılaşması
tarixi
Gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika,
Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış
razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.
Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış
turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.
Şərəf
hüquqi
İnsanın fəaliyyəti əxlaqi prinsiplərə uyğun gəldikdə ictimai rəydə formalaşmış sosial əhəmiyyətli
müsbət rəydir.
Şərq Tərəfdaşlığı
tarixi
Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin
yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu
ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.
"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı
sammitində qüvvəyə minmişdir.
Şərti
maliyyə
vahidi
hüquqi
1 manat 10 qəpikdir. AR-ın qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının
minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə
sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə
hesablanır.
Şimali Atlantika
Müqaviləsi
Təşkilatı (NATO)
tarixi
4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq "Atlantika paktı" və ya "Atlantika alyansı" da adlanır.
NATO - sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və
üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi
gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
Şimali Qafqaz
coğrafi
Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir.Tərkibinə ön Qafqaz,
Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir) , Psou şayına qədər cənub
sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionudur. Şimali Qafqaz əhalisinin çoxu
Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir .
Şliffen planı
tarixi
Birinci Dünya müharibəsində Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və
müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi.
Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız
qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək
təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək
nəzərdə tutulurdu.
Şovinizm
siyasi
(fransızca “chauvinisme”) Milli müstəsnalığın təbliği, bir millətin mənafeyinin başqa millətin
mənafeyinə qarşı qoyulması, millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara
nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinzm siyasəti "ikinci dərəcəli" millət və irqlər
üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edir. Şovinizm termini 1831-ci
ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı - Napoleonun işğalçılıq siyasətinin
pərəstişkarı Nikola Şovenin adından yaranmışdır. Şovinizm sözü ilə millətçilik eksterminizmin
müxtəlif təzahürlərini ifadə edirlər. XIX əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad
- cinqoizm adını almışdır. Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim millətçilik
şovinizmidir.
Tandem
siyasi
Siyasi
cütlük
Tapşırıq
hüquqi
Rəhbərlik tərəfindən verilən şifahi
göstərişlər
Tarif Şurası
iqtisadi
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 26
dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilib. Fərmana görə quruma iqtisadiyyat və