TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   19   20   21   22   23   24   25   26   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, 

suyun  dərinliyinin  50-500  m  arasında  dəyişdiyi  Xəzər  dənizinin  şelfində  yerləşir.  Şahdəniz 

Azərbaycanı,  Gürcüstanı  və  Türkiyəni  təhlükəsiz  və  etibarlı  qazla  təchiz  edən  bir  yataq  olduğunu 

sübut etmişdir. 



Şahdəniz-1 

layihəsi 

iqtisadi 

Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb.  

BP  şirkəti  və  Şahdəniz  tərəfdaşları  bu  vaxtadək  Şahdəniz  Mərhələ  1  layihəsinə  9  milyard  ABŞ 

dolları dəyərində investisiya yatırıb. 

Quyuların  qazılmasında  çətinliklərə,  platformanın  inşa  edilməsinə,  sahil  terminalının  tikintisinə  və 

Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Gürcüstan-Türkiyə sərhəddinə qədər uzanan 700 km 

uzunluğa  malik  Cənubi  Qafqaz  Boru  Kəmərinin  çəkilməsinə  baxmayaraq,  Şahdəniz  Mərhələ  1 

işlənməsinə cəmi yeddi ildə nail olundu. 

Şahdəniz-2 

layihəsi 

iqtisadi 

Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi 

Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz 

dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq 

Qazın  hasil edilməsi  və  onun Gürcüstan-Türkiyə  sərhədinə  çatdırılması  üçün təxminən  28  milyard 

ABŞ  dolları  dəyərində  kapital  qoyuluşuna  ehtiyac  vardır.    Bundan  sonra    əlavə  kəmər  sistemləri 

Cənub Qaz  dəhlizi  marşrutu üzrə 6 milyard kub metr qazı  Türkiyəyə,  əlavə 10 milyard kub  metr 

qazı    isə  Avropadakı    bazarlara  çatdıracaq.    Şah  Dəniz    qazı  2500  metr    hündürlüyə  qalxaraq    və 

dəniz  dibində  800metr  dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək. 

İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın 

bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. 



Şalaxo (Şələqoy) 

tarixi 


Azərbaycan  və  Gürcüstanda  oynanılan  kişi  rəqsidir.  "Şalaxo"  ən  qədim  Azərbaycan  rəqslərindən 

biridir. 



Şengen 

razılaşması 

tarixi 


Gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, 

Niderland,  Lüksemburq,  Fransa,  AFR)  arasında  Lüksemburqun  Şengen  şəhərində  imzalanmış 

razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. 

Şengen zonası ölkələri arasında  sərhəd  yoxlama  məntəqələri ləğv olunmuş  və  Şengen vizası almış 

turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. 

Şərəf 

hüquqi 


İnsanın  fəaliyyəti  əxlaqi  prinsiplərə  uyğun  gəldikdə  ictimai  rəydə  formalaşmış  sosial  əhəmiyyətli 

müsbət rəydir. 



Şərq Tərəfdaşlığı 

tarixi 


Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin 

yaxşılaşdırlmasına  yönəldilmiş  təşəbbüsüdür.  "Şərq  tərəfdaşlığı"  Avropa  İttifaqının  altı  qonşu 

ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. 

"Şərq  Tərəfdaşlığı"  proqramı  rəsmi  olaraq  2009-cu  il  mayın  7-də  Avropa  İttifaqının  Praqadakı 

sammitində qüvvəyə minmişdir. 

Şərti 

maliyyə 

vahidi 

hüquqi 


1 manat 10 qəpikdir. AR-ın qanunlarında və digər normativ hüquqi aktlarında aylıq  əmək haqqının 

minimum  məbləği  əsasında  hesablanan  əmək  haqları,  dövlət  rüsumları,  cərimələr,  maliyyə 

sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə 

hesablanır. 



Şimali  Atlantika 

Müqaviləsi 

Təşkilatı (NATO) 

tarixi 


4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq "Atlantika paktı" və ya "Atlantika alyansı" da adlanır. 

NATO  -  sülhün  qorunmasını  və  azadlıqların  müdafiəsini  siyasi  həmrəylik  yolu  ilə  təmin  edən  və 

üzvlərinə  qarşı  yönəlmiş  istənilən  aqressiya  formalarının  dəf  edilməsini,  lazım  gəldikdə  isə  hərbi 

gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır. 



Şimali Qafqaz 

coğrafi 


Şərqi  Avropada  region,  Rusiya  Federasiyasının  cənub  hissəsində  yerləşir.Tərkibinə  ön  Qafqaz, 

Böyük  Qafqaz  aşırımının  şimal  tərəfi  (şərq  hissəsi  Azərbaycana  aiddir)  , Psou  şayına  qədər  cənub 

sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionudur. Şimali Qafqaz əhalisinin çoxu 

Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir . 



Şliffen planı 

tarixi 


Birinci  Dünya  müharibəsində  Almaniya  uzun  müddət  alman  baş  qərargahına  rəhbərlik  etmiş  və 

müharibədən  az  öncə  vəfat  edən  rəhbərinin  adı  ilə  adlandırılmış  Şliffen  planına  əməl  edirdi. 

Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız 

qoşunlarını  əzmək,  həm  də  onu  Rusiya  zərbə  vurmaq  üçün  öz  qoşunlarını  bir  yerə  toplayanadək 

təslim  olmağa  məcbur  etmək  idi.  Bundan  sonra  qısa  müddətdə  Rusiyanı  da  darmadağın  etmək 

nəzərdə tutulurdu. 



Şovinizm 

siyasi 


(fransızca  “chauvinisme”)  Milli  müstəsnalığın  təbliği,  bir  millətin  mənafeyinin  başqa  millətin 

mənafeyinə qarşı qoyulması, millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara 

nifrət  və  ədavəti  qızışdırmağa  yönəlmişdir.  Şovinzm  siyasəti  "ikinci  dərəcəli"  millət  və  irqlər 

üzərində  hökmranlıq  etməli  bir  millətin  milli  müstəsnalığını  təbliğ  edir.  Şovinizm  termini  1831-ci 

ildə  Fransada  yazılmış  komediyalardan  birinin  qəhrəmanı  -  Napoleonun  işğalçılıq  siyasətinin 

pərəstişkarı  Nikola  Şovenin  adından  yaranmışdır.  Şovinizm  sözü  ilə  millətçilik  eksterminizmin 

müxtəlif təzahürlərini ifadə edirlər. XIX əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad 

-  cinqoizm  adını  almışdır.  Şovinizmin  digər  təzahürləri  sosial-şovinizm,  hakim  millətçilik 

şovinizmidir. 

Tandem 

siyasi 


Siyasi cütlük 

Tapşırıq 

hüquqi 


Rəhbərlik tərəfindən verilən şifahi göstərişlər 

Tarif Şurası 

 

iqtisadi 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 26 

dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilib. Fərmana görə quruma iqtisadiyyat və 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə