TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru 

kəməri  üçün  lazım  olan  miqdarda  təbii  qaz  ehtiyatlarının  olmadığından  ehtiyat  edirlər.  Layihənin 

əsas  xammal  tədarükçüsünün  Azərbaycan,  Türkmənistan  və  Misirin  də  həmçinin  layihənin 

təchizatçısı olması ehtimal edilir.  

Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan 

bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 

23  milyard  barrel  illik  daşıma  həcminə  sahib  olması  və  2018-ci  ildə  istismara  verilməsi  nəzərdə 

tutulur. 



Neofaşizm 

siyasi 


II Dünya müharibəsindən sonra ləğv edilmiş faşist təşkilatlarının yeni varisi 

Nikson şoku 

iqtisadi 

15  avqust  1971-ci  ildə  ABŞ  prezidenti  Riçard  Nikson  çıxış  edərək  dolların  qızılla  təminatının 

tamamilə dayandırılmasını elan etdi. ABŞ qızıl standart sistemindən çıxdı.  



Nival sahə 

coğrafi 


Buzlaq 

Nizamnamə 

hüquqi 


Nizamnamələrin,  əsasnamələrin,  təlimatların,  reqlamentlərin  və  qaydaların  hüquqi  qüvvəsi  onları 

təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 



Nobel mükafatı 

tarixi 


Dəyərli  elmi  tədqiqatlar,  inqilabi  ixtiralar,  mədəniyyətə  və  ya  cəmiyyətin  inkişafına  edilən  zəngin 

töhfəyə  görə  1901-ci  ildən  verilən  nüfuzlu  beynəlxalq  mükafat    27 noyabr 1895-ci  ildə Alfred 

Bernard Nobelin (1833-1896) vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Nobel 1833-cü il oktyabrın 

21-də  İsveçin  Stokholm  şəhərində,  mühəndis  ailəsində  anadan  olmuşdur.  O,  kimyaçı,  mühəndis  və 

ixtiraçı  kimi  tanınmışdır.  Əldə  etdiyi  gəlirin  böyük  hissə  onun  355  ixtirasının  (dinamit,  tüstüsüz 

barıt) payına düşür. 

Nobel mükafatının məbləği hal-hazırda təxminən $1mln. 450 min-ə bərabərdir. 

Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı 5 sahə üzrə verilməlidir: 

Nobel Kimya Mükafatı (ilk mükafatı  Yakob Vant-Hoff almışdır) 

Nobel Fizika Mükafatı (ilk mükafatı Vilhelm Rentgen almışdır) 

Nobel Tibb və Fiziologiya Mükafatı 

Nobel Ədəbiyyat Mükafatı (ilk mükafatı  Sülli-Prüdom almışdır) 

Nobel Sülh Mükafatı (ilk mükafatı  Anri Dühan almışdır) 

Nobel İqtisadiyyat Mükafatı 1969-cu ildən İsveç Bankının təşəbbüsü ilə verilir 



Nominal 

iqtisadi 

Qiymətli kağızların (səhmlərin, istiqrazların, kağız pulların) üzərində göstərilən qiymət 

Nord 

coğrafi 


Xəzri küləyi 

Normativ aktlar 

hüquqi 


Dövlət  (NK,  mərkəzi  və  yerli  İH  orqanlar)  və  yerli  özünüidarə  tərəfindən  qəbul  edilən  bir  qrup 

insanlar  (məhdud  subyektlər  dairəsi)  üçün    məcburi  davranış  qaydalarını  əks  etdirir.  Müvəqqəti 

xarakter daşımır, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur. Fərmana uyğun gəlməlidir. 

Normativ  hüquqi 

aktlar 

hüquqi 


Dövlət  orqanları  tərəfindən  və  ya  referendum  yolu  ilə  qəbul  edilmiş,  hamı  üçün  məcburi  davranış 

qaydalarını  əks  etdirən,  qeyri-müəyyən  subyektlər  dairəsi  üçün  və  dəfələrlə  tətbiq  olunmaq  üçün 

nəzərdə  tutulmuş  rəsmi  sənədlərdir.  Daxildir:  Konstitusiya,  Referendum  aktı,  qanunlar,  fərmanlar, 

NK qərarları, mərkəzi İH orqanlarının normativ hüquqi aktları. 

Normativ  hüquqi  aktlar  hüquqa  və  haqq-ədalətə  (bərabər  mənafelərə  bərabər  münasibət) 

əsaslanmalıdır. Bir sıra hallarda dövlət proqramına əsaslanır. Əsas növü qanundur. Səlahiyyətli şəxs 

tərəfindən  imzalanıb,  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilərək  rəsmiləşdirilir.  Normativ 

hüquqi aktlar dərc edildikdən sonra tətbiqi və icrası məcburidir.  



Normativ 

xarakterli akt 

hüquqi 


Dövlət  və  ya  yerli  özünüidarə  orqanları  tərəfindən  qəbul  edilmiş,  məhdud  subyektlər  dairəsi  üçün 

məcburi  davranış  qaydalarını  əks  etdirən  və  dəfələrlə  tətbiq  olunmaq  üçün  nəzərdə  tutulmuş 

aktlardır.  Daxildir:  Konstitusiya  Məhkəməsinin  qərarları,  MSK  qərar,  təlimat  və  izahları,  Mərkəzi 

Bankın qərarları, Məhkəmə-Hüquq Şurasının qərarları, MTRŞ qərarları, bələdiyyə qərarları, yerli İH 

orqanlarının qərarları. 

Normativ  xarakterli  aktlar  onların  icra  olunmamasına  görə  məsuliyyət  müəyyən  edə  bilməz. 

Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq 

normasına istinad etməlidir. 



Nou-hau 

hüquqi 


(ing.  know  how,  bilirəm  necə)  Kommersiya  sirri  ilə  qorunan  bilən  istənilən  xarakterli  məlumat 

(ixtira, orjinal texnologiya, bilik, bacarıq və s.). Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük 

əldə  etməyə  imkan  verir.  Bu  müəyyən  informasiya,  düsturlar,  sxemlər,  fəaliyyət  alətləridir.  Bəzi 

ölkələrdə  bura  patentlər  və  üstünlük  əldə  etməyə  imkan  verən  informasiya  da  daxildir.  Müəllif 

əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və 

nou-nou eyni anlayışlardır. 



Novruz 

tarixi 


“Novruz” fars sözü olub “yeni gün” deməkdir. Novruz astronomik baxımdan yazın başlandığı, gecə 

ilə  gündüzün  bərabər olduğu  gündür.  Bir  çox  ölkələrdə  xalq  arasında  populyarlığına  görə,  2009-cu 

ildə  UNESCO  Novruz  bayramını  dünyanın  mədəni  irsi  siyahısına  saldı.  2010-cu  ildə  BMT  mart 

ayının  21-ni  Beynəlxalq  Novruz  Günü  elan  etdi.  Türkiyədə,  İraqda,  Suriyada,  İranda  yaşayan  30 

milyon  kürd  üçün  Novruz  nəinki  bayramdır,  həm  də  milli  birlik,  milli  mübarizə  simvoludur. 

Türkiyədə Novruzun bayram olunması Avropa Birliyi tələbi ilə 2000-ci ildən qanuniləşib. 



Numizmatika 

tarixi 


Sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən 

elmdir. 


Oferent 

iqtisadi 

Saziş bağlamaq təklifi ilə çıxış edən şəxs, yəni saziş bağlamaq üçün bütün şərtləri göstərməklə rəsmi 

təklif verən şəxs. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə