TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

оlmuşlar. 

Hakimlərin  ilkin  və  davamlı  tədrisinin  təşkili,  fəaliyyətinin  qiymətləndirilməsi,  iş  yerinin 

dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə 

bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. 

Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər 

hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə 

orqanlarından,  habelə  hüquqi  və  fiziki  şəxslərdən  asılı  deyildir.  Məhkəmə-Hüquq  Şurası 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanları,  Azərbaycan  Respublikasının  Vəkillər 

Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir. 

Sədri Ədliyyə naziridir. 



Məxməri  inqilab 

(Nəzakətli inqilab) 

siyasi 


Çexoslovakiyada  1989-cu  ilin  17  noyabrından  29  dekabrına  qədər  baş  verən  dinc  və  qeyri-zorakı 

inqilab.  Çexoslovakiya  Kommunist  Partiyasının  tək  partiya  hökumətinə  qarşı  tələbə  və  digər 

populyar  nümayişlər  üstünlük  təşkil  edən  inqilab,  partiyanın  ölkə  üzrə  nəzarətinin  dağılmasına  və 

sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı. 



Mənbəşünaslıq 

tarixi 


Tarixi  mənbələrin  tədqiqi  və  onlardan  istifadə  üsullarını  işləyib  hazırlayan  köməkçi  fənn,  habelə 

həmin mənbələrin özü; məxəzşünaslıq 



Mərzban 

tarixi 


Sanilər dövründə Azərbaycanda canişin 

Mətbuat 

siyasi 


Dünyada 4-cü hakimiyyət kimi qəbul olunur 

Miatsum 

siyasi 


İlhaqçılıq, Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası 

Bu  ideyanı  ortaya  atan  erməni  millətçiləri  buna  Miatsum  (ermənicə  birləşmə)  adı  vermişdilər. 

Miatsum ideyasına  əsasən  Qarabağ Ermənistana  birləşdirilməli,  Ermənistan  və  Qarabağda  yaşayan 

azərbaycanlılar isə öz ata baba torpaqlarından qovulmalı idilər. 



Mikado 

tarixi 


Yaponiya imperatorunun titulu 

Mikalogiya 

tarixi 


Biologiyanın bir bölməsi, göbələklər haqqında elm 

Miqrasiya 

coğrafi 


Əhalinin yerdəyişməsi 

Milad bayramı 

tarixi 


Hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri 

olan  və  bütün  dünyada  həm  də  qeyri-xristian  olan  milyonlarla  insan  tərəfindən  qeyd  edilən 

bayramdır.  Müasir  bayram  ənənələrinə  hədiyyə  vermə,  Milad  musiqisi  və  tamaşaları,  Milad 

açıqcalarının  verilməsi,  kilsə  mərasimi,  xüsusi  yemək,  Milad  ağacı,  Milad  işıqları,  doğulma 

səhnələri,  girlandalar,  çələnglər,  zınqırovlar  da  daxil  olmaqla  Milad  bəzəkləri  daxildir.  Həmçinin 

bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, 

Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama 

və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi 

təsir göstərərək, canlanma və inkişafa səbəb olur. 

Millətlər 

cəmiyyəti 

tarixi 


I-ci dünya müharibəsi ilə II-ci dünya müharibəsi arasindakı dövrdə olmuş beynəlxalq təşkilat 

Milli Parklar 

coğrafi 


Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti 

mühafizə,  maarifçilik,  elmi,  mədəni  və  digər  məqsədlər  üçün  istifadə  olunan  təbiəti  mühafizə  və 

elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir.  

Millitarizm 

tarixi 


Özgə torpağını istila etmək, müstəmləkələr ələ keçirmək 

Mineral sular 

coğrafi 


Aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Yerin təkindən gələn yeraltı sular 

təbii  bulaqlar  vasitəsilə  yer  üzərinə  çıxır  və  bu  sulara  mineral  sular  deyilir.  Bu  suların  tərkibində 

yüksək  miqdarda  qazlar,  kimyəvi  elementlər  və  onların  birləşmələri  olur  və  öz  radioaktivliyi  ilə 

seçilir.  Bir  çox  mineral  sular  müalicə  məqsədi  ilə  istifadə  edilirsə,  bəziləri  süfrə  suları  kimi  tətbiq 

edilir. Müalicəvi sulara İstisu, Yesentuki 4, Yesentuki 17, Mahaçkala suları, süfrə sularına Narzan, 

Yesentuki 20, Kiyev  suları və  s. Badamlı,  Borjomi,  Cermuk, Turşsu həm  müalicəvi,  həm də  süfrə 

sularına aiddir. 

Mineral  su  mənbələrinin  əksəriyyəti  Şimalı  Qafqazda,  Zaqafqaziyada,  Ukraynada,  Krımda  və  az 

miqdarda Orta Asiyadadır. 

Minimum 

əmək 

haqqı 

iqtisadi 

Qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən 

edən sosial normativ 



Minimum  istehlak 

səbəti 

hüquqi 


İnsanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq 

malları  və  xidmətlərin  elmi  normalar  əsasında  müəyyən  edilmiş  toplusu  (“Yaşayış  minimumu 

haqqında”  Qanundan)  Əhalinin  sosial  durumunu  müəyyənləşdirən  əsas  göstəricilərdən  biri  də 

minimum istehlak səbətinin dəyəri və aylıq minimum gəlirdir. 

Bu  yaxınlarda  Nazirlər  Kabineti  minimum  istehlak  səbətinin  tərkib  və  strukturunda  dəyişikliklər 

etmək  barədə  qərar  qəbul  edib.  Qərarı baş  nazir  Artur  Rəsizadə  imzalayıb.  Sənədə  əsasən,  23  iyun 

2005-ci  il  tarixli  №  118  qərarla  təsdiq  edilən  minimum  istehlak  səbətinin  tərkibi  yeni  redaksiyada 

verilir. 

Minimum  istehlak  səbətinin  hesabı  əhalinin  üç  kateqotiyası  üzrə  aparılır:  əmək  qabiliyyətli  əhali, 

pensiyaçılar və 0-14 yaş arası uşaqlar. 



Minsk Qrupu 

hüquqi 


Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli 

üçün  yaradılmış  qurumdur.  ATƏT-in  Nazirlər  Şurasının  1992-ci  ilin  24  martında  Helsinkidə 

keçirilmiş  görüşündə  yaradılmışdır.  Azərbaycan,  Ermənistan,  Rusiya  Federasiyası,  Amerika 

Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə