TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

üçün qoyulan miqdar və ya dəyər həddi; Ticarətdə məhdudiyyət həddi; Məhsul buraxılışında nəzarət 

rəqəmi (məhdudiyyət həddi) 



Kоrrupsiyaya 

Qarşı 

Mübarizə 

üzrə Kоmissiya 

hüquqi 


«Kоrrupsiyaya  qarşı  mübarizə  haqqında»  Azərbaycan  Rеspublikası  Qanununun  4.2-ci  maddəsinə 

uyğun  оlaraq  yaradılmışdır  və  kоrrupsiyanın  qarşısının  alınması  sahəsində  iхtisaslaşmış  оrqan 

funksiyalarını  həyata  kеçirir.  Kоmissiya  15  nəfər  üzvdən  ibarət  tərkibdə  təşkil  еdilir  və  fəaliyyət 

göstərir.  Kоmissiyanın  5  üzvü  Azərbaycan  Rеspublikasının  Prеzidеnti  tərəfindən,  5  üzvü 

Azərbaycan  Rеspublikasının  Milli  Məclisi  tərəfindən,  5  üzvü  isə  Azərbaycan  Rеspublikasının 

Kоnstitusiya Məhkəməsi tərəfindən təyin еdilir. Komissiyanın səlahiyyətləri AR-ın 2005-ci il 3 may 

tarixli  qanunu  ilə  təsdiq  edilmiş  Əsasnamə  ilə  müəyyən  olunur.  Kоmissiya  öz  fəaliyyətini  AR-ın 

Prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisi  və  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsi  ilə  qarşılıqlı  əlaqədə  qurur  və  korrupsiyaya  qarşı  mübarizənin  vəziyyəti  barədə 

mütəmadi  olaraq  оnları  məlumatlandırır.  Komissiyanın  vəzifələrinə  kоrrupsiyaya  qarşı  mübarizə 

sahəsində  dövlət  siyasətinin  fоrmalaşdırılmasında  iştirak  еtmək,  bu  sahədə  dövlət  orqanlarının  və 

digər  qurumların  fəaliyyətini  əlaqələndirmək,  korrupsiyaya  qarşı  mübarizənin  vəziyyətini  və 

səmərəliliyini  təhlil  etmək,  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət  Proqramının  icrasına  nəzarəti 

həyata  keçirmək,  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında“  Azərbaycan  Respublikası  Qanununun 

5.1-ci  maddəsində  nəzərdə  tutulan  maliyyə  xarakterli  məlumatarı  qəbul  etmək  və  bu  məlumatların 

təqdim  edilməsinə  nəzarəti  həyata  keçirmək,  korrupsiya  ilə  əlaqədar  hüquqpozmalarla  bağlı 

məlumatları  toplamaq,  təhlil  etmək,  ümumiləşdirmək  və  müvafiq  dövlət  orqanlarına  təkliflər 

vermək,  korrupsiyaya  qarşı  mübarizə  sahəsində  dövlət  orqanları  və  digər  qurumlarla  əməkdaşlığı 

həyata  keçirmək  daxildir.  Komissiyanın  səlahiyyətlərinə  aid  edilmiş  məsələlərə  onun  iclaslarında 

baxılır.  Kоmissiyanın  iclasları  mütəmadi  оlaraq,  lakin  üç  ayda  bir  dəfədən  az  оlmayaraq  kеçirilir. 

Komissiyanın sədri Komissiyanın üzvləri tərəfindən seçilir. 

Qanun 

hüquqi 


Hüquq  normalarının  sistemli  toplusu  olub,  cəmiyyətdə  yaran  ictimai  münasibətləri  tənzimləyir  və 

insanları  hüquq  pozuntusundan  qoruyur  həmçinin,  qoyulan  qadağalara  əməl  etməyən  şəxsləri 

cəzalandırılmasını  müəyyən  edir.  Qanunlar  qanunvericilik  orqanları  tərəfindən  qəbul  olunur. 

Vaciblik  dərəcəsinə  və  tənzimlənən  ictimai  münasibətlərin  xarakterinə  görə  qanunlar  konstitusiya 

qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. 

Qanunlar 

külliyyatı 

hüquqi 


AR-ın qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu 

Qanunvericilik 

təşəbbüsü hüququ 

hüquqi 


Qanun  layihələrini  və  başqa  məsələləri  MM-in  müzakirəsinə  təqdim  etmək  hüququdur. 

Qanunvericilik təşəbbüsü hüququnun mənsubiyyəti: 

• MM deputatları (qanun və qərar layihəsini təcili elan etmək hüququ nəzərdə tutulmayıb); 

• Prezident; 

• Ali Məhkəmə; 

• Seçki hüququ olan 40 min vətəndaş (hüquqdan istifadə etməsi qaydası qanunla müəyyən edilir); 

• Respublika Prokurorluğu; 

• Naxçıvan MR Ali Məclisi; 

Qanun və qərar layihələri MM-də təqdim olunmuş şəkildə 2 ay ərzində (təcili elan edilibsə, 20 gün) 

müzakirəyə  çıxarılaraq səsə  qoyulur, təşəbbüs tərəfinin razılığı  ilə  dəyişiklik edilə  bilər.  Qanun  və 

qərar layihələri əsaslandırılmalı, məqsəd göstərilməlidir. 

Qanunvericiliyin 

sistemləşdirilməsi 

hüquqi 


Normativ  hüquqi  aktların  nizama  salınması,  onların  daxili  uzlaşdırılmış  vahid  sistemə  çevrilməsi 

üzrə fəaliyyət 



Qarakənd faciəsi 

tarixi 


1991-ci  il  20  noyabrda  Xocavənd  rayonunun  Qarakənd  kəndinin  yaxınlığında,  Ağdam  rayonunun 

Mərzili  kəndi  ərazisində  erməni  həbiləşdirilmiş  dəstələri  tərəfindən  vurulan  Azərbaycan  hərbi 

helikopter hadisəsi 

Qars Müqaviləsi 

tarixi 


Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində 13 oktyabr 

1921-cidə bağlanmış dostluq müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş 

və bitmə müddəti müəyyənləşdirilməmişdir. 

Qarşılıqlı  İqtisadi 

Yardım Şurası 

iqtisadi 

1949 (yanvar) yaranmış Avropa sosialist dövlətləri beynəlxalq təşkilatı 

Qaydalar 

hüquqi 


 

Qazı 

tarixi 


Xilafət  vaxtı  məhkəmə,  vəqf  işlərinə  nəzarət  edir,  amilin  hərəkətlərindən  narazı  olan  şəxslərin 

işlərinə baxırdı. 



Qeyri-normativ 

hüquqi aktlar 

hüquqi 


Konkret,  birdəfəlik  təşkilati,  nəzarət  və  ya  sərəncamverici  tədbirlərin  həyata  keçirilməsi  məqsədilə 

birdəfəlik  tətbiq  halları  üçün  nəzərdə  tutulmuş  aktlardır.  Daxildir:  MM  qərarları,  Prezidentin 

sərəncamları, NK sərəncamları, VVADQ aktları və s. 

Qərar 

hüquqi 


Kollegial  dövlət  orqanları  (MM,  NK,  seçki  komissiyaları,  Tarif  Şurası)  tərəfindən  verilir.  Ümumi 

qaydalar  müəyyən  etdikdə  normativ  hüquqi  akt,  normativ  xarakterli  akt  hesab  edilir,  konkret 

qaydalar müəyyən etdikdə isə qeyri-normativ akt hesab edilir. 

Qəribə müharibə 

tarixi 


Hələ  1939-cu  ilin  sentyabrın  3-də  Almaniyaya  müharibə  elan  etmiş  İngiltərə  və  Fransa  1940-cı  il 

mayın 10-a kimi düşmənə qarşı heç bir hərbi əməliyyat aparmamışdılar. Halbuki, qərb cəbhəsində 23 

alman diviziyasına qarşı onların 115 diviziyası durmuşdu. Buna görə də bu dövr „qəribə müharibə“ 

adını almışdı. Müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edən Almaniya təcavüzü genişləndirirdi. 



Qətnamə 

hüquqi 


Dövlət  idarəetmə  orqanları  müxtəlif  kollegiyal  və  ictimai  orqanlar,  qurultaylar,  konfranslar, 

müşavirələr,  yığıncaqlar  tərəfindən  mühüm  məsələləri  həll  etmək  üçün  qəbul  edilir.  Dövlət 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə