TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

şəraitində konkret şəkildə və dolğun müzakirə edərək, 

1. Bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul 

olunmuş  qərarlar  və  sənədlər  əsasında  siyasi  yolla  həlli  ilə  Cənubi  Qafqazda  vəziyyətin 

sağlamlaşmasına  və  regionda  sabitliyin  və  təhlükəsizliyin  bərqərar  edilməsinin  təmin  olunmasına 

kömək  edəcəklər  ki,  bu  da  regionda  iqtisadi  inkişaf  və  hərtərəfli  əməkdaşlıq  üçün  əlverişli  şərait 

yaradacaqdır. 

2. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib 

hazırlanması  məqsədi  ilə  2007-ci  ilin  noyabrın  29-da  Madriddə  tərəflərlə  keçirilmiş  görüşü  və 

sonrakı  diskussiyalar  nəzərə  alınmaqla,  həmsədrlərin  vasitəçilik  səylərinin  davam  etdirilməsinin 

böyük əhəmiyyətə malik olmasını təsdiq edirlər. 

3. Razılaşırlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri 

hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir. 

4.  Qeyd  edirlər  ki,  Azərbaycan  və  Ermənistan  prezidentləri  Dağlıq  Qarabağ  münaqişəsinin  siyasi 

yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə 

təmasların  gedişində  davam  etdirmək  barədə  razılığa  gəlmişlər  və  özlərinin  xarici  işlər  nazirlərinə 

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları 

fəallaşdırmağı tapşırmışlar. 

5.  Münaqişənin  həllinə  dair  səylər  kontekstində  etimadın  möhkəmləndirilməsi  üçün  tədbirlərin 

reallaşdırılmasına şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər. 

Mayorat 

tarixi 


İngiltərənin öz xadəgan titullarını ABŞ-da da saxlaması 

Mazaxizm 

 

Özünə əzab 



Mediator 

iqtisadi 

Münaqişəli problemlər üzrə danışıqlarda vasitəçi 

Mehmandar 

tarixi 


Bakıda vəzifəsi qonaqları qarşılamaq olan xüsusi ayrılmış adam 

Mehri 

tarixi 


Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon 

Melanxolik 

ictimai 


Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara 

münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda 

bilmirlər.  Dönə-dönə  bu  hadisəni  xatırlayırlar,  kədərlənirlər,  öz  aləmlərində  ölçüb-biçirlər.  Heç  bir 

tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər 

istənilən  problemin  qarşısında  acizdirlər.  Ən  kiçik  problemlə  üzləşdikdə  belə  özlərini  itirirlər, 

vəziyyətdən  çıxış  yolu  tapa  bilmirlər.  Əslində,  bu  acizliyi  onlar  özü-özlərinə  aşılayırlar.  Çünki 

sözügedən  tiplər  bu  dünyada  ən  çox  özlərindən  narazıdırlar.  Özlərinin  heç  bir  bacarığını 

dəyərləndirmirlər. 



Meliorasiya 

coğrafi 


(lat. melioratio) Kənd təsərrüfatının və ya ərazinin ümumi sağlamlandırılmasının inkişafı üçün daha 

səmərəli 

şəraitlərin  yaradılması  məqsədilə  ərazilərdə  su  rejiminin  yaxşılaşdırılmasına 

istiqamətlənmiş  tədbirlər  sistemi.  Meliorasiyanın  əsas  növləri:  suvarma,  su  təminatı,  torpaqların 

qurudulması,  şoran  torpaqların  yuyulması,  eroziyaya,  çürümələrə,  yuyulmalara,  subasmalara  və  s. 

qarşı  mübarizə,  səpələnən  qumların  möhkəmləndirilməsi  və  həmçinin  torpaqların  fiziki-kimyəvi 

xassələrinin yaxşılaşdırması. 

Menecer 

iqtisadi 

Müəyyən  inzibati-təsərrüfat  müstəqilliyi  olan,  istehsal,  satış  və  xidmət  sahələrində  təşkiletmə  və 

idarəetmə ilə məşğul olan peşəkar mütəxəssis 



Menecment 

iqtisadi 

Səmərəliliyi  yüksəltmək  və  gəliri  artırmaq  məqsədilə  istehsalatın  idarə  olunmasında  tətbiq  edilən 

stategiya,fəlsəfə,prinsiplər,üsullar,vasitələr və formaların çoxluğu. 



Menşevizm 

tarixi 


RSDFP II-ci qurultayında (1903) yaranmış, marksizm-leninizmə düşmən olan xırda burjua cəmiyyəti 

Metaməlumatlar 

iqtisadi 

Statistik  tədqiqatı  təşkil  edən  bütün  obyektlər,  məlumat  yığımının  tərkibi  və  əhatəsi,  aqreqasiya 

edilmiş statistik göstəricilərin hesablanma qaydaları və düsturları, statistik göstəricilərin tərifləri. 



Metropoliya 

tarixi 


Müstəmləkəsi olan ölkə 

Məcəllə 

hüquqi 


İctimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. 

Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi 

formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması 

ilə  məcəllənin  norması  arasında  ziddiyət  (kolliziya)  yaranarsa,  bu  halda  məcəllədə  təsbit  edilmiş 

normaya  üstünlük  verilir.  Məcəllə  ayrı-ayrı  hüquq  sahələrinə  aid  olan  normaları  bir  araya  gətirir. 

Mündəricat  verilməlidir.  Məcəllələşdirilmiş  normativ  hüquqi  aktın  bölmələri  ümumi  və  xüsusi 

hissələrdə birləşdirilə bilər. 

Məcəllələşdirmə 

hüquqi 


Normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ 

hüquqi aktlarda birləşdirilməsi 



Mədrəsə 

tarixi 


Yaxın və orta şərq ölkələrində din xadimləri hazırlayan orta ruhani məktəbi 

Məhkəmə-Hüquq 

Şurası 

hüquqi 


Azərbaycan  Respublikasında  məhkəmə  sisteminin  təşkilinin  və  hakimlərin  müstəqilliyinin  təmin 

edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra - "hakim vəzifəsinə 

namizədlər")  seçilməsinin  təşkili,  hakimlərin  fəaliyyətinin  qiymətləndirilməsi,  onların  iş  yerinin 

dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və 

hakimlərlə  bağlı  digər  məsələləri  səlahiyyəti  daxilində  həll  edən  məhkəmə  hakimiyyətinin 

özünüidarə funksiyalarını həyata keçirən orqan. 

Məhkəmə-Hüquq  Şurası  2005-ci  ilin  fevral  ayından  fəaliyyətə  başlamışdır.  15  nəfərdən  ibarət  оlan 

Şura  əsasən  hakimlərdən  (9  nəfər)  fоrmalaşmış,  eyni  zamanda  оnun  tərkibinə  hakimiyyətin  digər 

qоllarının,  habelə  məhkəmə  prоsesində  tərəf оlan prоkurоrluğun və  vəkilliyin nümayəndələri daхil 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə