TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

1994-cü ildə ATƏT-in Budapeşt sammitində həmtəsisçilik institutu yaradıldı və onun ilk həmsədrləri 

Rusiya və əvvəlcə Finlandiya, sonra isə İsveç oldu. 

1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. 

Qrupun  əsas  vəzifəsi  Ermənistan-Azərbaycan  münaqişəsinin  sülh  yolu  ilə  aradan  qaldırılmasına  və 

Dağlıq  Qarabağ  probleminin  dinc  vasitələrlə  həll  edilməsinə  bilavasitə  kömək  etməkdir.  Bu  günə 

kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. 



Molla Nəsrəddin 

tarixi 


Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də Tiflisdə işıq üzü görüb. 

Monarxiya 

siyasi 


(yunanca – təkhakimiyyətlilik) Elə bir idarəetmə formasıdır ki, burada ali hakimiyyət vətəndaşların 

iradəsindən  asılı  olmayaraq  tam  və  ya  qismən  bir  mütləq  dövlət  başçısının  (imperator,  kral,  sultan, 

şah  və  s.)  əlində  cəmləşmişdir.  Monarxiyanın  xusisiyyətləri:  hakimiyyət  vərasət  yolu  ilə  ötürülür; 

müddətsiz olaraq həyata keçirilir; əhalinin iradəsindən asılı deyil. 



Monoqamiya 

tarixi 


Tək kəbinlik, biravadlıq 

Monoton 

siyasi 


Yeknəsək, eyniton 

Moratorium 

hüquqi 


(lat. moratorius — ləngitmə, təxirəsalalma) 

Mülki  hüquqda  —  hökumət  tərəfindən  müəyyən  edilmiş  öhdəlik  müəyyən  müddətə  və  ya  hansısa 

fövqalədə  hadisənin  sonuna  qədər  yerinə  yetirilməsinin  təxirə  salınması  (məsələn,  müharibə,  təbii 

fəalakət). 

Beynəlxalq  hüquqda  —  dövlətin  öhdəliklərini  yerinə  yetirilməsi  vaxtının  geri  çəkilməsi,  yaxud  hər 

hansı bir hərəkətdən imtina edilməsi. 



Moratorium 

siyasi 


Öhdəliklərin yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud dövlətin öz hökumətinin rəsmi olaraq 

müəyyənləşdirilmiş  təşəbbüsü  ilə,  yaxud  beynəlxalq  sazişlər  nəticəsində  hər  hansı  bir  hərəkətdən 

imtina  etməsi.  müəyyən  müddət  üçün,  yaxud  xüsusi  şərait  dövründə  elan  olunur.  ümumi  yaxud 

qismən ola bilər. 



Motivasiya 

tarixi 


İnsanı  hərəkətə  gətirən  güc  və  hərəkətlərin  istiqamətini  müəyyənləşdirən,  onların  düşüncələri, 

ümidləri, inamları, arzu, tələbat və qorxularıdır. 



Motivizasiya 

siyasi 


Səbəb 

Musson küləkləri 

coğrafi 


Dövrü xarakter daşıyan küləklər 

Müddəa 

hüquqi 


Müəyyən şəxslərə  ünvanlanan rəsmi  xarakterli  göstərişlərdir. Normativ  və  q-normativ  aktlarda  əks 

olunur. 


Mülk 

tarixi 


Xilafət vaxtı yerli feodalların irsi mülkiyyətində olan torpaqlar idi. 

Mülki hüquq 

hüquqi 


Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ 

gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə və 

digər  əsaslar  üzrə  yaranan  öhdəlik  münasibətlərini  və  digər  əmlak  və  şəxsi  qeyri  əmlak 

münasibətlərini tənzimləyən hüquq sahəsidir. 



Mülki məcəllə 

hüquqi 


Mülki  Məcəllə  mülki  hüquq  normalarını  əks  etdirən  digər  məcəllə  və  qanunlarla  ziddiyyət  təşkil 

etdikdə Mülki Məcəllə tətbiq edilir. 



Mülki  prosessual 

hüquq 

hüquqi 


Mülki  işlər  üzrə  ədalət  mühakiməsi  həyata  keçirilməsi  ilə  əlaqədar  məhkəmə  ilə  tərəflərin  və 

prosesin  digər  iştirakçıları  arasında  yaranan,  mülki  prosessual  hüquq  münasibətlərini  və  mülki  işə 

məhkəmə  baxışı  zamanı  həyata  keçirilən  prosessual  hərəkətləri  nizamlayan  hüquq  normalarının 

sistemi və hüquq sahəsidir. 



Müstəqil 

Dövlətlər  Birliyi 

(MDB) 

tarixi 


İlkin  dövrdə  3  dövlət-  Rusiya,  Ukrayna,  Belorusiya  tərəfindən  qurulmuşdur.  MDB-nin  qurulması 

haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının 

(SSRİ  faktiki  olaraq  25  dekabr  1991-ci  il  Qorbaçovun  istefasından  sonra  dağıldı)  labüdlüyünü 

anlayır və  öz  aralarında  sonralar siyasi,  iqtisadi,  mədəni əlaqələri genişləndirmək  üçün  bu qurumu 

təşkil  etdilər.  Həmçinin  MDB  SSRİ-nin  "mədəni  dağılmasını",  onun  mülklərinin  keçmiş  İttifaq 

ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. 

Daha  sonralar  Azərbaycan,  Ermənistan,  Qazaxıstan,  Qırğızıstan,  Moldaviya,  Tacikistan, 

Türkmənistan,  Özbəkistan  21  dekabr  1991-ci  ildə  Alma-Atada  Rusiya,  Ukrayna  və  Belarusiya  ilə 

birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. 

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam 

hüquqlu üzvü oldu. 

1993-cü  ilin  oktyabrında  MDB-yə  üzv  qəbul  edilən  Gürcüstan  2008-ci  ilin  avgust  ayında  Rus 

ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. 

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. 

Ukrayna  2014-ci  ilin  mart  ayında  Rus  ordusunun  Krıma  daxil  olmasından  sonra  həmin  qurumun 

üzvlüyündən çıxdı. 



Müttəfiq 

respublika 

hüquqi 


Keçmiş SSRİ-nin tərkibində olan respublikaların statusu 

Nabukko 

qaz-

boru kəməri 

iqtisadi 

(planlaşdırılır)  Xəzər  bölgəsi  və  Orta  Şərq  təbii  qaz  ehtiyatlarını  Avropa  bazarlarına  çatdırmağı 

nəzərdə  tutan  qaz  kəməri  layihəsi.  3300  kilometrlik  bu  boru  xətti  layihəsində  OMV  (Avstriya), 

Bulgargaz (Bolqarıstan), MOL (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. 

Alman RWE Qaz Şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı 

olmuşdur.  

Boru  kəmərinin  çəkilməsinin  məqsədi  Avropanın  Rusiyadan  qaz  alışında  asılılığını  azaltmaqdır. 

Layihə  Avropa  Birliyi  ölkələri  və  ABŞ  tərəfindən  dəstəklənir  və  Rusiyanın  Qazprom  şirkətinin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə