TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   19   20   21   22   23   24   25   26   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

Partiya  adlandırılan  siyasi  birləşmələr  hələ  qədim  zamanlardan  məlum  olsalar  da,  müasir  dövrdə 

onların  yeri  və  rolu  bilavasitə  demokratiyanını  inkişafı  və  təmsili  hakimiyyət  orqanlarının 

möhkəmlənməsi ilə bağlıdır. 

Person non qrata 

siyasi 


(lat. persona non grata) Arzuolunmaz şəxs 

Personalizm 

siyasi 


(latınca  “şəxsiyyət”)  Müasir  fəlsəfədə  teistik  istiqamətdir.  Adından  göründüyü  kimi,  burada 

şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət 

göstərdiyi dünya Ali şəxsiyyət– Allah yaradıcılıq fəallığının təzahürüdür. 

Piratçılıq 

hüquqi 


Kommersiya miqyasında müəllif hüquqlarının pozulması 

Plagiat 

hüquqi 


Oğurluq 

Podzol torpaqlar 

coğrafi 


Küləçalan  torpaqlardır,  yalnız  Şimali  Amerika  və  Avrasiya  materiklərində  rast  gəlinir  və  tayqa 

zonasına xasdır. 



Poliqon 

siyasi 


Sınaq, döyüş meydanı 

Politologiya 

siyasi 


Yunanca, politika – siyasət, loqos – elm. 

Politologiya 

(Siyasi elm) 

siyasi 


Bir sosial elm olub siyasi davranışın, siyasi sistemlərin və geniş mənada siyasətin nəzəriyyəsi, təhlili, 

təsviri və proqnozu ilə məşğul olur. 



Potsdam 

konfransı 

 

tarixi 


Avropanın muharibədən sonrakı quruluşu və Almaniyanın gələcək muqəddəratı məsələləri uc boyuk 

dovlətlər – SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin1945-ci il iyulun 17-dən avqustun 2-dək Potsdamda 

kecirilən  konfransında  həll  edildi.  Konfransda  dovlətləri  Stalin,  Trumen  və  Corcill  təmsil  edirdilər. 

Muttəfiqlər razılığa gəldilər ki, Almaniyanı SSRİ, ABŞ, İngiltərə və Fransa 

qoşunları işğal edəcəklər. Almaniyaya aid butun məsələləri həll etmək ucun Nəzarət şurası yaradıldı. 

Almaniyanın  tam  tərk-silah  edilməsi  və  iqtidardan  salınması  həyata  kecirmək,  hərbi  sənayeni  ləğv 

etmək,  faşist  partiyasını  buraxmaq,  hər  cur  nasizm  və  militarizm  təbliğatını  qadağan  etmək  qərara 

alındı.  Konfrans  Koniqeberq  şəhərini  və  onun  ətrafındakı  rayonu  (indiki  Kalininqrad  şəhəri  və 

Kalininqrad vilayəti) SSRİ-yə verməyi qərara aldı. 

Praqa 

prosesi 

(Mərhələli həll) 

siyasi 


Azərbaycanda 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişindən sonra erməni tərəfi bildirirdi ki, 

danışıqları  bundan  əvvəl  Ki-Uestdə  əldə  edilmiş  razılaşmalar  əsasında  aparacaqlar.  Lakin 

Azərbaycan dövlət başçısı danışıqların sıfırdan başlayacağını elan etdi. 

 

2004-cü  il  aprelin  16-dan  başlayaraq  Praqada  Azərbaycan  və  Ermənistan  xarici  işlər  nazirləri 



səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan “Praqa prosesi” adını almış danışıqların bu 

mərhələsində  2005-ci  ilin  yayına  qədər  iki  dövlətin  xarici  işlər  nazirləri  11  görüş  keçirərək 

münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər. 

 

2005-ci  il  yanvarın  3-də  Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakıda  Təhlükəsizlik  Şurasının 



iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində 

əlverişli  şəraitin  yarandığını  və  bu  problemin  “Praqa  prosesi”  əsasında  getdiyini  bildirməklə 

danışıqlarda  yeni  mərhələnin  başlandığını bəyan etdi.  2005-ci  il  mayın 15-də  Varşavada, avqustun 

27-də  isə  Kazanda  iki  ölkənin  prezidentləri  arasında  keçirilən  növbəti  görüşlərdə  danışqların  əsas 

mövzusu təklif olunan yeni sülh planının detallarının müzakirəsi oldu. 

Keçirilən  görüşlərdə  Ermənistanın  qeyri-konstruktiv  mövqedən  çıxış  etməsi  “Praqa  prosesi”nin 

yenidən  dalana  dayanmasına  və  danışıqların  nəticəsiz  qalmasına  gətirib  çıxartdı.  Ermənistan-

Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 

2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu. 

Bundan  sonra,  2008-ci  il  iyunun  5-də  Sankt-Peterburqda,  noyabrın  2-də  Moskvada,  2009-cu  il 

yanvarın  28-də  Sürixdə,  mayın  7-də  Praqada,  iyunun  4-də  Sankt-Peterburqda,  iyulun  17-18-də 

Moskvada, oktyabrın 8-9-da  Kişinyovda, noyabrın 22-də isə Münhendə Azərbaycan və Ermənistan 

prezidentlərinin  8  görüşü  keçirildi.  Bu  görüşlər  zamanı  danışıqların  mahiyyəti  haqqında  verilən 

məlumatlarda bildirilir ki, son beş ildə “Praqa prosesi” çərçivəsində işlənilməsi başlanılan və Madrid 

sənədinə çevrilən baza prinsipləri mövcuddur.  

Prezident 

iqtisadi 

Keçmişdə olmuş və bu gün ola biləcək eyni tipli hadisələrə misal ola bilən hadisə, hərəkət,rəftar. 

Pristij 

siyasi 


Nüfuz 

Profan 

ictimai 


Hər hansı bir sahədə biliyi olmayanlar 

Prokurorluq 

hüquqi 


Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların 

icra  və  tətbiq  olunmasına  nəzarət  edir;  qanunla  nəzərdə  tutulmuş  hallarda  cinayət  işləri  başlayır  və 

istintaq  aparır;  məhkəmədə  dövlət  ittihamını  müdafiə  edir;  məhkəmədə  iddia  qaldırır;  məhkəmə 

qərarlarından protest verir. 



Prolonqasiya 

iqtisadi 

Hər hansı bir müqavilənin, sazişin müddətinin uzadılması. 

Promille 

coğrafi 


Duzluluğun ölçü vahididir. 1000 qram suda olan duzun qramla miqdarını bildirir. 

Proporsional seçki 

sistemi 

hüquqi 


Səslərin  ayrı-ayrı  şəxslərə  deyil,  partiyalara  verilməsidir.  İlk  dəfə  olaraq  1889-cu  ildə  Belçikada 

tətbiq olunub. 



Proses 

siyasi 


Latınca, irəliyə doğru hərəkət. 

Protest 

hüquqi 


Etiraz.  Prokurorun  qanunların  icrasına  nəzarəti  həyata  keçidiyi  zaman  aşkar  etdiyi  qanun 

pozuntularını aradan qaldırmaq üçün verdiyi hüquqi cəhətdən əsaslandırılmış rəsmi etiraz 



Psixologiya 

 

"psixika haqqında elm" deməkdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. 



Psixometr 

coğrafi 


Hiqrometr kimi havanın rütubətliyini ölçür. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə