TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   19   20   21   22   23   24   25   26   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



Oferta 

iqtisadi 

Komersiya  təcrübəsində  satıcının  yazılı  təklifi.  Adətən  güman  edilən  alıcıya  göndərilir  və  burada 

satıcının müəyyən şərtlərdə partiya mal satacağı bildirilir. 



Oliqarxiya 

siyasi 


Az adamın hakimiyyəti 

Onomastika 

tarixi 


Dildə mövcud olan xüsusi adların hamısı 

Opponent 

siyasi 


Qarşı tərəf 

Orhus 

Konvensiyası 

coğrafi 


25 iyun 1998-ci ildə Danimarkanın Orhus şəhərində qəbul edilmiş "Ətraf mühit ilə bağli məsələlərdə 

məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq 

keçirilməsi  haqqında"  BMT-nin  konvensiyası.  Azərbaycan  Respublikası  1999-cu  ildə  bu 

Konvensiyaya  qoşulmuşdur.  Orhus  Konvensiyası  ətraf  mühit  hüquqları  ilə  insan  hüquqlarını 

birləşdirən  bir  müqavilədir.  Bu  Konvensiyanın  qəbul  edilməsi  əhalinin  ekoloji,  o  cümlədən  bioloji 

müxtəliflik haqqında məlumatlandırılmasına əlverişli şərait yaratmışdır. 



Orta  aylıq  əmək 

haqqı 

hüquqi 


Orta aylıq əmək haqqına pul və natura formasında aşağıda göstərilən ödəmələr daxil edilir: 

• işlənilmiş və işlənilməmiş vaxta görə günəmuzd işçilərin əmək haqqı; 

•  illik  və  birdəfəlik  həvəsləndirici  ödəmələr;  işəmuzd  işçilərin  əmək  haqqı  və  işlənilməmiş  vaxta 

görə ödəmələr; 

•  iş  vaxtından  artiq  vaxtda  görülən  işə,  gecə  vaxtı,  çoxnövbəli  iş  rejiminə  və  bayram  günlərində 

görülən işə görə əlavələr; 

• fasiləsiz iş stajina və xüsusi ixtisasa görə əlavələr

• rayon tənzimlənməsi ilə şərtləndirilən, dağlıq və ağır iqlim şəraitinə görə əlavələr; 

• əlverişsiz, ağır, zərərli, habelə xüsusilə ağır və zərərli əmək şəraitində işə görə əlavələr. 

Orta əmək haqqı 

hüquqi 


İşçiyə  vəzifəsi  (peşəsi)  üzrə  işəgötürən  tərəfindən  ödənilmiş  məvacib  və  onun  tərkibinə  daxil  olan 

ödənclərin  müəyyən  olunan  məbləğdir.  Əmək  məzuniyyəti  dövrü  üçün  verilən  əmək  haqqı  istisna 

olmaqla,  qalan  bütün  hallarda  işçinin  orta  əmək  haqqı  ödənişdən  əvvəlki  2  təqvim  ayı  ərzində 

qazandığı  əmək  haqqının  cəmi  həmin  aylardakı  iş  günlərinin  sayına  bölünməklə  bir  günlük  əmək 

haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 

2  aydan  az  işləmiş  işçilər  üçün  orta  aylıq  əmək  haqqı  aşağıdakı  qaydada  hesablanır:  işçinin  faktik 

işlədiyi  günlər  ərzində  qazandığı  əmək  haqqını  həmin  günlərə  bölməklə  bir  günlük  əmək  haqqı 

müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur. Orta əmək haqqı 

müəyyən aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar da hesaba alınır. 

İstehsalat  vahidlərinin  işçi  qüvvəsi  tərəfindən  göstərilən  xidmətin  orta  qiyməti  işçilərin  orta  əmək 

haqqı  ilə  ölçülür.  Əmək  haqqı  ümumi  ödəmələrə  aiddir  (qanunvericiliyə  uyğun  olaraq  vergilər  və 

digər tutulmalar çıxılmadan göstərilir) və işlənilmiş vaxta görə işəgötürən tərəfindən pulla ödənilən 

mükafatdır.  

Natura formasında ödənilən əmək haqqı – bazar qiymətləri ilə axırıncı tarixi qeyd olunmaqla işçilərə 

verilmiş ərzaq yaxud malların (işin, xidmətin) dəyərini təsvir edir, bu malların (işlərin, xidmətlərin) 

qiymətləri dövlət tərəfindən tənzimlənirsə, onda pərakənd qiymətləri əsasında hesablanır. 

2013 noyabr – 419 AZN 

Ön  Asiya  (Qərbi 

Asiya, 

Cənub-

Qərbi Asiya) 

coğrafi 


Asiyada  coğrafi  region.  Coğrafi  baxımdan  Zaqafqaziya,  Kopetdağ,  Kiçik  Asiya,  İran  yaylası, 

Mesopotamiya,  Ərəbistan  yarımadası  və  Levantı  əhatə  edir.  Siyasi  baxımdan  isə  Yaxın  Şərq 

(Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. 

Ön Qafqaz 

coğrafi 


 

Özəlləşmə 

iqtisadi 

İstehsal vasitələri üzərində mülkiyyətin dövlətdən müəssisə kollektivi üzvlərinin əlinə keçməsi. 

Padan 

coğrafi 


Cənubi Avropanın ən böyük düzənliyidir. 

Paleoqrafiya 

tarixi 


Qədim  yazılı  abidələrin  müəllifinin  müəyyən  edilməsini,  bu  yazılı  abidələrin  yaranma  tarixini  və 

yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarixi-filoloji fənn 



Paritet 

siyasi 


Birgə əsaslarla 

Parlament 

siyasi 


Hakimiyyətin  ali  təmsilçi  orqanıdır.  Orta  əsrlər  Avropada  yüksək  təbəqələrin  nümayəndələrdən 

formalaşan məşveret və qanunveridiçi orqanı idi. Müasir mənasını 17-19 əsr burjua inqilablarından 

sonra  almışdır.  Parlamentarizm  cəmiyyətin  dövlət  idarəçilik  sistemidir.  O,  parlamentin  başqa 

hakimiyyət  qanadlarına  münasibətdə  üstün  mövqeyə  malik  olması  ilə  yanaşı,  qanunverici  və 

icraedici  funksiyaların  dəqiq  şəkildə  müəyyənləşdirilməsi  ilə  xarakterizə  olunur.  Azərbaycanda 

parlament 1995-ci ildə yaradılmış Milli Məclisdir. 



Parnik effekti 

coğrafi 


Günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. 

Atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5-6

0

 S artırır. 



XX  əsrin  70-ci  illərində  sübut  edilmişdir  ki,  digər  qazlar  karbon  qazından  daha  kiçik  miqdarlarda, 

hiss  olunan  parnik  effektlər  verirlər.  Bu  illərdə  aparılan  eksperimentlər  təsdiq  etmişdir  ki,  karbon 

qazının iki dəfə artırılması nəticəsində qlobal iqlimin 2-40 S, şimal yarımkürənin qütb oblastında isə 

6-80 S çox istiləşməsi mümkündür. 

Parnik  qazlarının,  xüsusilə  də  karbon  qazının  atmosferə  atılması  ardıcıl  olub  artmaqda  davam  edir. 

Sonuncunun  mənbəyi  –  kömürün  və  digər  karbon  tərkibli  yanacaqların,  neftin,  qazın  və  onların 

törəmə məhsullarının ilk öncə, benzinin yanmasıdır. Parnik effektini artıran digər qazların – metanın, 

azot  oksidlərinin,  halogen  –  karbohidrogenlərin  tullantısı  böyük  sürətlə  artmaqda  davam  edir.  Bəzi 

rəylərə  görə,  son  illərə  15-20%  parnik  effekti  düşür.  Təkcə  1988-ci  ildə  tropik  meşənin  məhv 

edilməsi nəticəsində atmosferə 5,5 milyard ton karbon atılmışdır. 



Partiya 

siyasi 


"Partiya" termini, "pars"  – hissə  və  ya "partire"  – bölmək  olan latın sözləridən  meydana gəlmişdir. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə