TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   19   20   21   22   23   24   25   26   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

ölkədən ixlac edildiyini göstərən sənəd; c) sığorta sertifikatı-sığorta müqaviləsinin şərtlərini göstərən 

və sığorta polisini əvəz edən sənəd. 



Səhm 

iqtisadi 

Qiymətli kağızdır ki,öz sahibinin səhmdarlar cəmiyyətinin üzvü olduğunu (oraya pul qoyduğunu) və 

cəmiyyətin gəlirinin bölüşdürülməsində (dividend almağa) hüququ olduğunu təsdiq edir 



Səhmdarlar 

cəmiyyəti 

iqtisadi 

Hər  hansı  bir  işi  icra  etmək  məqsədilə  işgüzar  adamların  nizamnamə  əsasında  öz  vəsaitlərini 

birləşdirmək  üçün  yaratdıqları  cəmiyyət.Vəsait  qoyan  işgüzar  bunun  müqavilində  qiymətli  qağız 

səhm alır.Səhm sahibi olmaq isə hər bir işgüzara cəmiyyətin idarə olunmasında və gərilin müəyyən 

hissəsinin (dividendin) bölüşdürülməsində iştirak etmək hüququ verir. 



Səmavi 

 

Səmaya, göyə mənsub 



Sənaye səhraları 

coğrafi 


Daş, qum karxanaları, neft, qaz kəmərlərinin çəkilişi ilə yaranan pozulmuş ərazilər belə adlanır. 

Sənəd 

hüquqi 


(latınca,  documentum  —  nümunə,  şəhadətnamə,  sübut)  Qeyd  edilmiş  və  zaman,  məkan  üzrə  təyin 

edilmiş  informasiyaya  malik  material  daşıyıcı,  hər-hansı  faktı  və  ya  hüququ  təsdiq  edən  işgüzar 

məlumatdırdır. 

Sərəncam 

hüquqi 


Prezident,  Nazirlər  Kabineti  və  s.  tərəfindən  ümumi  qaydalar  istisna  olmaqla  başqa  məsələlər 

barəsində verilir. Dövlət orqanları, müəssisə, idarə, təşkilat rəhbərləri tərəfindən verilən yazılı və ya 

şifahi, məcburi və konkret göstərişlərdir. 

Sığorta 

iqtisadi 

(ing. incurance) Şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericilikdə 

qadağan  olunmayan  fəaliyyəti,  o  cümlədən  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  olan  əmlak 

mənafelərinin  müdafiəsi  sahəsində  riskin  ötürülməsinə  və  ya  bölüşdürülməsinə  əsaslanan 

münasibətlər sistemidir. 



Sintez 

tarixi 


Birləşmə, Analiz - parçalanma 

Siyasət 

siyasi 


"Siyasət" termini ilk dəfə qədim yunan mütəffəkiri Aristotel istifadə etmişdir. O, bu termini dövləti 

idarə  etmək  sənəti  kimi  müəyyən  edirdi.  Hələ  qədim  zamanlarda  siyasət  haqqında  belə  bir  fikir 

formalaşmışdır  ki,  "onun  haqqında  hamı  düşünə  bilər,  lakin  onu  yaratmaq  seçmə  insanlara 

məxsusdur". Müasir elmdə "siyasət" anlayışı hələ də birmənalı qəbul edilmir. 



Siyasi sistem 

siyasi 


Siyasi təsisatların, birliklərin və onlar arasında qarşılıqlı əlaqə formalarının məcmusu 

Sosial siyasət 

siyasi 


İnsan üçün insani şərait yaratmaq deməkdir. 

Sosializm 

siyasi 


İdeologiyasının kökləri çox qədim zamanlardan müşahidə  edilib. Az-çox sistemli şəkildə sosializm 

ideyaları  böyük  utopistlər  T.Mor  və  Kampanellanın,  sonralar  isə  Sen-Simon,  Furye  və  Ouenin 

əsərlərində  şərh  edilib.  J.J.Russonun  və  F.Babyöfün  də  xidmətləri  az  olmayıb.Əsas  ideya 

bərabər,ədalətli,xoşbəxt,istismarsız cəmiyyət qurmaqdır. 



Sosiologiya 

 

Cəmiyyəti  mikro  və  makro  səviyyədə  öyrənən  elmdir.  O,  cəmiyyəti,  onun  təşkil  edən  sistemlərin 



strukturu, funksiyaları və inkişafını, sosial institutları, münasibətləri və icmaları tədqiq edir. 

Soyurqal 

tarixi 


Monqolca  hərfi  mənası  “ehsan”,  “bəxşiş”,  “hədiyyə”,  “güzəşt”  -  orta  əsrlərdə  hərbi  xidmət 

müqabilində feodal əyanlara bağışlanılan torpaq sahəsi, mülk. Qızıl Orda, Orta Asiya, İran, İraq və 

Azərbaycanda  (XIV-XIX  yüzilliklərdə),  habelə  Hindistanda  (XVI-XIX  yüzilliklərdə)  və  bir  sıra 

başqa ölkələrdə geniş yayılmışdı. Zaman keçdikcə s. tiyul torpaq sahibliyi ilə əvəz olunmuşdur. 



Spitak 

zəlzələsi 

(Leninakan 

zəlzələsi,  Gümrü 

zəlzələsi) 

tarixi 


7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. 

Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Ümumilikdə zəlzələdən 

21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min 

nəfər  ölüb,  140  min  adam  şikəs  olub,  514  min  nəfər  evsiz  qalıb.  Alimlərin  hesablamalarına  görə, 

zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. 

Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. 

O  zaman  təbii  fəlakətdən  zərər  çəkənlərə  yardım  göstərmək  üçün  Bakıdan  fəlakət  zonasına  təcili 

yola  düşən  azərbaycanlılardan  ibarət  böyük  qrupu  təyyarə  qəzasına  düşmüşdü.  İL-76  təyyarəsinin 

qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu. 

Status-kvo 

siyasi 


Latınca "mövcud vəziyyətin saxlanılması" deməkdir. 

Stenoqram 

hüquqi 


İclas,  müşavirə  və  s.  kollegial  orqanların  yığıncaqlarından  məruzələrin,  mitinqlərin  və  s.  çıxışların 

stenoqrafiya üsulu ilə tərtib edilmiş sənəddir. 



Struktura 

siyasi 


Quruluş, dövlətin təşkili forması 

Sublimasiya 

coğrafi 


Suyun maye haldan bərk hala keçməsi. Dolu sublimasiya nəticəsində yaranan yağıntıdır. 

Suverenlik 

hüquqi 


(fr. ali hakimiyyət) Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və 

hüquqi  xüsusiyyəti  olub  onun  öz  daxili  və  xarici  funksiyalarını  azad  və  sərbəst  şəkildə  dövlətin 

Konstitusiyası  və  qanunları,  beynəlxalq  hüququn  hamılıqla  tanınmış  prinsipləri  və  normaları 

əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən 

etmək  hüququndan  ibarətdir.  Dövlət  suverenliyi  dedikdə,  dövlətin  ölkə  daxilində  və  onun  xarici 

siyasi  fəaliyyətində  müstəqilliyi  başa  düşülür.  Dövlətin  daxili  suverenliyi  onun  ərazisi  daxilində 

aliliyə  iddia  edən  başqa  hakimiyyətin  olmasını  istisna  edir.  Hətta  federativ  dövlətlərdə  belə 

federasiya  subyektləri  suveren  təşkilatlar  hesab  olunmur,  yalnız  federasiyanın  özü  suveren  təşkilat 

kimi  tanınır.  Xalqın  suverenliyi-  xaqlın  aliliyini,  öz  taleyini  özünün  həll  etməsi,  öz  dövlətlərinin 

siyasətinin  istiqamətini,  orqanlarının  tərkibini  formalaşdırmaq,  dövlət  hakimiyətinin  nəzarət  etmək 

hüququnu  bildirir.  Demokratik  dövlətin  konstitusiyasında  öz  əksini  tapan  “hakimiyyət  xalqa 

mənsubdur”,  “xalq  hakimiyyətin  mənbəyidir”  kimi  müddəalar  xalqın  suverenliyinin  hüquqi 

təminatıdır. 

Şahdəniz yatağı 

iqtisadi 

1999-cu ildə kəşf edilmişdir. Kollektorda 40 trilyon kub fut  – 1 trilyon kub metr qaz ehtiyatı ilə bu 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə