TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

mülki,  əmək,  ailə  hüququna  aiddir.  İmperativ  metodda  isə  subyektin  davranışı  dəqiq  tənzimlənir. 

Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ 

üçün  xarakterikdir.  Məsələn:  “daxil  edilə  bilər”  ifadəsinin  dispozitiv  “daxil  edilməlidir”  imperativ 

normadır. 



İmperializm 

tarixi 


Kapitalizmin ən yüksək mərhələsi 

İnaqurasiya 

siyasi 


Andiçmə mərasimi 

İnflyasiya 

iqtisadi 

Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi.Malların qiymətlərinin bahalaşması və əmtəə dövriyyəsi 

kanallarının təmin olunmayan pul kütləsilə dolması ilə müşayət olunur. 



İnformasiya 

texnologiyaları 

 

İnformasiya ehtiyatlarından istifadə olunması proseslərinin ağırlığını azaltmaq, onların etibarlığını və 



operativliyini  çoxaltmaq  məqsədilə  informasiyanın  toplanması,  emalı,  saxlanması,  ötürülməsini 

təmin  edən  və  texnoloji  zəncirdə  birləşdirən  metodlar,  istehsal  prosesləri  və  texniki-proqram 

vasitələri  toplusudur.  İnformasiya  texnologiyaları  dedikdə  kompüter  texnologiyaları  başa  düşülür. 

Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlanırlar. 



İnfrastruktur 

iqtisadi 

Sistemin fəaliyyəti üçün bir-biri ilə bağlı olan struktur və obyektlərin məcmusu. Məsələn, təhsildə - 

tədrisi  təşkil  edən  idarə  və  təşkilatlar;  hərbidə  -  hərbi  qüvvələr  və  onların  fəaliyyətini  təşkil  edən 

idarə və təşkilatların birgə sistemi 

İnkasso 

iqtisadi 

Xarici  ticarətdə  hesablaşma  formalarından  biri.İnkassoya  görə  bank  öz  öhdəsinə  götürür  ki,müştəri 

üçün  alıcıdan  ödənişləri  alsın.Hazırda  “təmiz  inkasso”  -  ödənçlərin  müxtəlif  tədiyyə  sənədləri 

(veksel, qəbz) üzrə alınması, və “dokumentar inkasso” - əmtəə sənədlərinin alıcıya verilməsinə qarşı 

ödənclərin alınmasıdır. 



İnkorporasiya 

hüquqi 


Normativ  hüquqi  aktların  məzmunu  dəyişdirilmədən  müəyyən  qaydada  toplularda  (külliyyatlarda) 

birləşdirilməsi; 



İnkvizasiya 

tarixi 


Bidətçilərə qarşı kilsə məhkəməsi 

İnqilab 

siyasi 


Dövlətin və cəmiyyətin inkişafında keyfiyyətcə yeni perspektivlər açan, hakimiyyət strukturlarının, 

bütün  siyasi  sistemin  kökündən  və  tamamən  dəyişdirilməsidir.  İnqilablara  dəyişikliklərin 

gerçəkləşməsində  məcburi,  yönəldiyi  sosial  və  siyasi  güclərin  müqavimətinin  ortadan 

qaldırılmasında zorakı xarakter xasdır. 



İnses 

 

Bioloji termin qanın qarışması 



İnteraktiv 

ictimai 


(ingiliscə  “qarşılıqlı  əlaqə”)  Obyektlər  arasında  qarşılıqlı  əlaqəni  və  elektron  informasiya 

mübadiləsinin  xüsusi  təşkilinin  həyata  keçirilməsini  nəzərdə  tutan  prinsiplərdir.  İnformasiya 

nəzəriyyəsi, informatika, telekommunikasiya, sosiologiya, sənaye dizayn, və digər sahələrdə istifadə 

olunur. 


İnteraktiv təlim 

ictimai 


İdraki və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə 

proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm 

də  şagirdlər  öz  aralarında  söhbət  və  dialoq  rejimində  fəaliyyət  göstərirlər.  İnteraktiv  metodlar 

biliklərin  şagirdlərə  hazır  şəkildə  verilməsini  deyil,  bu  bilikləri  daha  çox  onların  özlərinin  birlikdə 

axtarıb  tapmalarına  yardımı  nəzərdə  tutduğundan  təlim  prosesində  müəllim  təşkiledici, 

əlaqələndirici,  istiqamətverici  və  məsləhətverici,  şagirdlər  isə  təcrübəçi,  tədqiqatçı  və  yaradıcı 

subyektlər kimi fəaliyyət göstərirlər. 

İnternasional 

tarixi 


Beynəlxalq fəhlə cəmiyyəti 

İnvestisiya 

iqtisadi 

Gəlir götürmək məqsədilə xalq təsərrüfatının müxtəlif sahələrinə uzun müddətli kapital qoyuluşu 

İnzibati akt 

hüquqi 


İnzibati  orqan  tərəfindən,  inzibati  fəaliyyət  ilə  əlaqədar  alınan,  tək  tərəfli  hüquqi  əqd.  İnzibati  akt 

qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks 

nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. 

İnzibati hüquq 

hüquqi 


İdarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusu. 

İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn 

ictimai münasibətləri nizama salan hüquq sahəsidir. 

İnzibati orqan 

hüquqi 


İnzibati  fəaliyyət  həyata  keçirən  təsisat.  Dövlət  orqanı  olması  şərt  deyildir:  bələdiyyələr,  vəkillər 

kollegiyası,  Təhsil  Nazirliyindən  müstəqil  olan  univesitetlər,  özəl  universitetlər,  ictimai  xidməti 

inhisarçı qaydada həyata keçirən birliklər də inzibati orqan sayılır. 

İpoteka 

iqtisadi 

Mülkün girov qoyulması və bu girov müqabilində alınan borc (ipoteka krediti) 

İppologiya 

tarixi 


Atlar haqqında elm 

İrəvan 

tarixi 


Azərbaycanın tarixi ərazisi, indiki Ermənistan Respublikasının paytaxtı 

İrrasional 

tarixi 


Qeyri səmərəli iş 

İSESKO 

siyasi 


1979-cu ildə yaradılmış təhsil məsələləri üzrə islam təşkilatıdır. 

İslam  Əməkdaşlıq 

Təşkilatı 

coğrafi 


2011-ci  ilə  qədər  İslam  Konfransı  Təşkilatı    (İKT  )  adlanıb.  1969-cu  il  dekabrın  9-da  Mərakeşin 

paytaxtı  Rabatda  müsəlman ölkələrinin dövlət  və  hökumət  başçılarının konfransında  yaradılmışdır. 

60-a  yaxın  dövləti  özündə  birləşdirir.  Bəzi  ölkələrin  müsəlman  icmalarının,  habelə  bir  sıra 

beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. 



İstiqraz 

iqtisadi 

Onun  sahibinin  onu  buraxmış  şəxsdən  istiqrazda  nəzərdə  tutulan  müddətdə  istiqrazın  nominal 

dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. 



İŞİD 

siyasi 


İraq Şam İslam Dövləti — İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma, 

3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını 

elan etmiş tanınmamış dövlət. 

İttifaq dövlətləri 

tarixi 


“Mərkəzi dövlətlər”, və ya “3-lər ittifaqı” 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə