TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



Genealogiya 

tarixi 


Şəcərəni, nəsil, soy qohumlugunu öyrənən elmdir. 

Genetika 

coğrafi 


Orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında bioloji təlim 

Genezis 

tarixi 


Yunanca mənşə, əmələ gəlmə 

Genosid 

tarixi 


Hər hansı bir qrupu qismən,  yaxyd tam qırmaq qəsdi  ilə  hərəkət, dövlət  səviyyəsində təşkil olunan 

soyqırımı 



Göy qurşağı 

coğrafi 


Atmosferdə,  havadakı  su  damlacıqlarından  işığın  sınması  və  əks  olunması  nəticəsində  əmələ  gələn 

optik hadisə. Bu rəngarəng qövs şəklini alır. 



GUAM 

siyasi 


(Demokratiya  və  İqtisadi  İnkişaf  naminə  Təşkilat)  Gürcüstan,  Ukrayna,  Azərbaycan  və  Moldovanı 

birləşdirən  regional  təşkilat.  1997-ci  il  oktyabrın  10-da  yaradılmışdır.  1999-2005-ci  illərdə 

Özbəkistan da təşkilatın üzvü olmuşdur. 

Gücləndirilmiş 

elektron imza 

 

İmza  sahibinin  nəzarəti  altında  olan  elektron  imza  vasitələri  ilə  yaradılan  və  yalnız  imza  sahibinə 



məxsus  olmaqla  onu  identikləşdirən,  əlaqəli  olduğu  məlumat  bildirişinin  bütövlüyünü, 

dəyişməzliyini, təhrif olunmadığını və  saxtalaşdırılmadığını  müəyyən etməyə imkan  verən elektron 

imza 

Gündəlik 

əmək 

haqqı 

hüquqi 


2  təqvim  ayına  düşən  əmək  haqqının  həmin  aylarda  iş  günlərinin  sayının  məxrəcinə  bərabərdir. 

(Əmək Məcəlləsi, maddə 177) 



Hakimiyyət 

siyasi 


Bir iradənin digər iradə üzərində hökmranlıq etməsidir. Hakimiyyətin 3 tipi var: 1. Ənənəvi – tarixi 

dövr, və də mərhələ ilə bağlıdır. 2. Xarizmatik 3. Rasional 



Hakimiyyət 

bölgüsü 

hüquqi 


Dövlət  hakimiyyətinin  bir-birindən  müstəqil  (bəzi  hallarda  bir-birinə  nəzarət  edən)  3  dövlət 

hakimiyyəti qoluna (qanunverici, icra və məhkəmə hakimiyyətinə) bolünməsini nəzərdə tutan siyasi-

hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. 

Haqq 

siyasi 


Lüğət  mənası  "dəyişməz"  deməkdir.  Termin  olaraq  mənası  isə  "hər  şərt  altında  doğru  olan  şey" 

deməkdir.  Məsələn,  iki  dəfə  ikinin  dörd  etdiyi  kimi.  Batil  kəliməsinin  lüğət  mənası  "səhv,  yanlış" 

deməkdir. Termin olaraq mənası isə "hər şərt altında yanlış olan şey" deməkdir. Məsələn, iki dəfə iki 

üç  edir,  iddiası  kimi.  Bugünki  qərb  mədəniyyəti  özlərinin  hər  zaman  ifadə  etdikləri  kimi  qədim 

Roma  mədəniyyətinə,  qədim  Roma  mədəniyyəti  qədim  Yunan  mədəniyyətinə,  qədim  Yunan 

mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm 

edərkən  bu  etdikləri  zülmləri  "biz  sizə  zülm  edirik"  deyə  etməzlərdi.  Etdikləri  zülmləri  "bu  bizim 

haqqımızdır" deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi. 



Harmoniya 

siyasi 


Ahəngdarlıq 

Heraldika 

tarixi 


Ən qədim dövrdən mövcud olmuş möhür, emblem və nişanları öyrənən elm, gerbşünaslıq. 

Həmrəylik Günü 

tarixi 


31  Dekabr  -  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  dünyanın  70-dən  çox  ölkəsində 

azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. 

Dünya  Azərbaycanlılarının  Həmrəylik  Gününün  əsası  1989-cu  il  dekabrın  sonlarında  Azərbaycan 

Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 

SSRİ-nin süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, 

tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı 

millətin  həftələrlə  Araz  çayı  sahilində  gecə-gündüz  birləşmək  şüarı,  azərbaycanlıların  bir  millət 

olduğunu  dünya  miqyasında  bir  daha  canlandırdı.  Həmrəylik  günü  bu  birləşmək  məqsədinin 

simvolik nişanıdır. 

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya 

azərbaycanlılarının  birliyini  yaratmağın  əhəmiyyətini  nəzərə  alaraq,  dekabrın  31-ni  Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü elan edib. 

Elə  həmin  il  Azərbaycan  Milli  Şurasının  israrı  və  tövsiyəsi  ilə  Azərbaycan  prezidenti  Ayaz 

Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik Günü elan edib. Amma bu bayramın ilk 

dəfə  dövlət  səviyyəsində  rəsmən  qeyd  olunması  1992-ci  ildə  Azərbaycan  prezidenti  Əbülfəz 

Elçibəyin  (o,  həm  də  AXC  sədri  kimi  SSRİ-İran  sərhədlərinin  dağıdılmasının  təşəbbüskarı  olub) 

göstərişi  ilə  baş  tutub.  O  vaxtdan  bütün  azərbaycanlılar  üçün  əziz  olan  31  Dekabr  Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir. 



Hərrac 

iqtisadi 

Müəyyən malların qabaqcadan təyin olunmuş vaxtda və yerdə açıq satışı. Hərrac satış üçün ümumi 

şərtlərdən biri budur ki, satıcı malların keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. 



Horadiz 

əməliyyatı (1993) 

tarixi 


Azərbaycanın  1-ci  Qarabağ  müharibəsində  qələbə  ilə  nəticələnən  hərbi  əməliyyatıdır.  Horadiz 

əməliyyatı  1993-cü  il  dekabrından  başlamış  6  yanvar  tarixinə  kimi  davam  etmişdir.  Həmin  vaxt 

Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli 

ordumuz  əks-hücuma  keçmiş  və  qısa  müddətdə  Füzuli  rayonun  böyük  hissəni  azad  etmişdir. 

Döyüşlər Füzuli  və  Cəbrayılın  şəhər  mərkəzlərində  davam edirdi,  ordumuzun bölmələri Xudafərin 

körpüsünə  kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. 

Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu 

Horadiz  qəsəbəsini  və  Füzulinin  20  arazboyu  kəndini  o  cümlədən  Cəbrayılın  Cocuq  Mərcanlı 

kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. 

Hoy-hay 

iqtisadi 

İstehsalat,  elmi-texniki  və  digər  biliklərin  sirləri  (“bilirəm,  amma  demirəm”);  Ölkələr  arası  sazişin 

elmdə  və  texnikada  müxtəlif  biliklərin  obyekti;  Sənayenin  ən  qısa  müddətdə  istehsal  təşkili  və 

ixtiraların  tətbiqi  üçün  tələb  olunan  texniki  biliklərin,  təcrübə,  xüsusi  yeniliklərin  və  istehsal 

sirlərinin məcmusu. 



Humanitar elmlər 

 

Analitik  və  tənqidi  metodlardan  istifadə  edərək  insan  həyatının  mənəvi,  idrak,  mədəni,  ictimai 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə