TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

sahələrdə tələblərini öyrənən elmlər toplusu. 

Hüquq 

hüquqi 


Pozitiv  və  normativ  hüquq  nəzəriyyəsinə  görə  ictimai  münasibətləri  tənzimləyən,  dövlətin 

müəyyənləşdirdiyi  və  sanksiyalaşdırdığı,  dövlət  tərəfindən  qorunan,  ümumməcburi  davranış 

qaydalarının  məcmusu,  liberal  hüquq  nəzəriyyəsinə  görə  isə  hər  bir  şəxs  üçün  bərabər  azadlıq  və 

ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur. 

"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. 

Xalq 

tarixi 


Dil birliyi, ərazi ümumiliyi, məişət və mədəniyyət xüsusiyyətləri və həmçinin etnik özünüdərketməsi 

ilə səciyyələnən insan qrupları  

Müxtəlif  millətlərdən  olub,  bir  dövləti  təmsil  edən  insan  cəmiyyətinə  deyilir.  Müxtəlif  millətlərin 

fərqli  insanları  bir  bayraq  altında,  eyni  qanunlarla  yaşayır,  eyni  hüquqlardan  istifadə  edir,  vətən 

qarşısında eyni məsuliyyəti daşıyır. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və 

kiçik qruplara bölünür. Belə  əhali qrupuna  xalq deyilir. Dünyada sayca  ən böğyük xalq çinlilərdir. 

Onların sayı 1  milyarddan çoxdur. Xalq-insanların birliyinin tarixən qəbilə-tayfa  birliyinin ardınca 

gələn  və  ibtidai  icma  qurluşunun  xüsusi  mülkiyyətçilik  münasibətləri  ilə  əvəz  edilməsi,  siniflərin 

meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar 

olmuş formalardan biridir. Hər bir xalqın özünün toplu adı vardır. Xalq anlayışı həm quldarlıq həm 

də  feodalizm  qurluşları  üçün  xasdır.  Kapitalist  münasibətlərin  inkişafında  insan  birliyinin  yeni 

forması - millət əmələ gəlir. 



Xalq  deputatları 

soveti 

tarixi 


AR  Konstitusiyası  qüvvəyə  mindiyi  gündən  onların  fəaliyyətinə  xitam  verilmiş,  onların 

səlahiyyətlərini Yerli İH orqanıları həyata keçirməyə başlamışılar. 



Xalqların  böyük 

köçü 

tarixi 


(IV-VI  əsrlər)  -  II  əsrdə  hun  tayfaları  tərəfindən  Altayda  başlayıb  və  Avropaya  tərəf  yayılaraq  300 

ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz 

qoymuşdur. Yürüşün son akkordları VII  əsrdə slavyanyaların Elbada, xorvatlar və serblərin müasir 

Bosniya  və  Dalmaçiyada  məskunlaşması  ilə  nəticələnir.  Böyük  Hun  İmperiyası  dağıldıqdan  sonra 

hun tayfaları Qərbə  doğru  hərəkət edib, Volqa  və  Ural  çayları  ətrafındakı torpaqları  ələ  keçirdilər. 

Onların Qərbə doğru əziyyətli hərəkəti sonralar uzun müddət davam etdi. Hunların və digər xalqların 

Qərbə  axını  "Xalqların  böyük  köçü"  adlanır.  Bu  köç  eramızın  IV  əsrində  hunlarla  Böyük  Çin 

səddində başladı və VI əsrə qədər davam etdi. 



Xarizma 

siyasi 


Yunanca, Allah vergisi. İşləndiyi ifadə: "Xarizmatik hakimiyyət" 

Xərac 

tarixi 


Xilafət vaxtı ümumi torpaq vergisi idi. 

Xəzər suitisi 

coğrafi 


Pərayaqlıların  yeganə  nümayəndəsidir  ki,  Dünya  okeanının  ən  kiçik  suitisi  kimi  «Ginnes»in 

rekordlar  kitabına  daxil  edilmişdir.  Bu  növ  yalnız  Xəzər  dənizində  yayılmış  endem  növdür.  Adı 

Beynəlxalq  Təbiəti  Mühafizə  İttifaqının  «Qırmızı  Siyahı»sına  daxil  edilmiş,  Azərbaycan 

Respublikasının «Qırmızı Kitab»ının növbəti ikinci nəşrinə daxil edilmək üçün təklif edilmişdir. 



Xronologiya 

tarixi 


Tarixi ardıcıllıq 

Xunta 

siyasi 


Hakimiyyəti ələ keçirən siyasi və ya hərbi qrup. 

Xüms 

tarixi 


(beşdə bir) Xilafət vaxtı daşınan əmlakdan (ləl-cavahirat və s.) verilirdi. 

İcma torpaqları 

tarixi 


Xilafət vaxtı kənddə əhaliyə məxsus torpaqlar idi. 

İctimai 

elmlər 

(Sosial elmlər) 

tarixi 


İnsan  cəmiyyətinin  müxtəlif  aspektlərini  öyrənən  akademik  biliklər  toplusu.  Termin  təbiət 

elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, 

iqtisadiyyat,  tarix,  linqvistika,  politologiya  və  s.  aid  edilir.  İctimai  elmlər  (sosial  elmlər)  təbiət 

elmləri və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. 



İctimai formasiya 

tarixi 


Bəşər cəmiyyətdə inkişafın müəyyən quruluşun xarakterik olduğu dövr: 1. İbtidai icma, 2. Quldarlıq, 

3. Feodalizm, 4. Kapitalizm, 5. Sosializm 6. Kapitalizm 



İdeologiya 

siyasi 


Qədim yunan sözü olub "ideya, obraz haqqında elm” deməkdir. İdeologiya cəmiyyətin və ya sosial 

hərəkatın müxtəlif təbəqələrin maraqlarını, dünyagörüşünü, idealarını ifadə edən ideyalar sistemidir. 

İdeologiya termini XIX əsrin əvvəllərində fransız filosofu iqtisadçısı A.Destyut de Trasi (1734-1836) 

tərəfindən elmə gətirilmişdir. 



İdxal 

iqtisadi 

Ölkənin daxili bazarında satılmaq üçün əmtəələrin və texnologiyaların xaricdən gətirilməsi. 

İkinci 

Dünya 

müharibəsi 

tarixi 


 

İqlim  dəyişmələri 

haqqında  çərçivə 

konvensiyası 

hüquqi 


1992-ci ildə Rio-De Janeyro şəhərində 180 ölkə tərəfindən iqlim dəyişməsi problemləri ilə əlaqədar 

ölkələr  üçün  ümumi  fəaliyyət  prinsipləri  ilə  əlaqədar  razılaşmadır.  21  mart  1994-cü  ildə  qüvvəyə 

minmişdir. 

İqta 

tarixi 


Xilafət vaxtı xilafət qarşısında xüsusi xidmətlərinə görə verilən, lakin nəslən keçməyən torpaqlar idi. 

Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi. 



İlğım 

coğrafi 


Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi. Geniş yayılmasına 

baxmayaraq  vahə  həmişə  mistik  hiss  yaradır.  Əksər  vahələr  qızmış  havanın  optik  xüsusiyyətlərini 

dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən 

çoxdan  izah  edilmiş  hadisədir.  Optik  effektin  əsasında  havanın  sıxlığının  şaquli  istiqamətdə 

yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur. 

İlhaq 

tarixi 


İşğal 

İmmiqrasiya 

coğrafi 


Ölkəyə insanların gəlməsi 

İmperativ norma 

hüquqi 


Konkret  davranış  qaydası  müəyyən  edilir  və  olduğu  kimi  icra  edilməlidir.  Dispozitiv  metodda 

subyekt  üçün  davranış  qaydası  müəyyən  edilsə  də,  digər  hərəkət  imkanları  da  tanınır.  Bu  metod 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə