TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

Birinci  dünya  müharibəsi  dövründə  (1914-1918)  "dostluq  sazişi"  (Antanta)  dövlətlərinə  qarşı  olan 

Almaniya,  Avstriya-Macarıstan  və  Osmanlı  imperiyalarının  hərbi-siyasi  bloku.  İttifaq  dövlətlərinin 

müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa 

üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi. 



İzoqalin 

coğrafi 


Eyni duzluluğa malik əraziləri birləşdirən xətt 

Jurnalistika 

siyasi 


KİV işçilərinin fəaliyyət sahəsi. Jurnalistika növləri: Qəzet, Televiziya, Radio-jurnalistika, İnternet-

jurnalistika, Foto-jurnalistika 



Kapitulyasiya 

tarixi 


Hərbi əməliyyatlarının dayandırılması barədə razılaşma müqaviləsi 

Kardinal 

tarixi 


Katolik kilsədə papadan sonra 2-ci yüksək şəxsiyyət 

Kargüzarlıq 

hüquqi 


Təşkilatların sənədlərlə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. 

Sənədlərin  tərtib  olunması,  çap  edilib  çoxaldılması,  əldə  edilməsi,  əldə  edilməsinin 

rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və 

saxlanması prosesi kargüzarlığa aiddir. 



Kassasiya 

hüquqi 


(latinca  “cassatio”  –  “rədd  etmə”,  “ləgv  etmə”)  Qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarının 

qanuniliyini daha yuxarı məhkəmə hakimləri tərəfindən müəyyən etmək üçün müraciətdir. Kassasiya 

2 formada olur: 

1.  Məhkəmə  qərar  və  hökmlərindən  yuxarı  məhkəməyə  şikayət  verilməsi,  yaxud  onlara  yenidən 

baxılması qaydası; 

2. Konstitusiyanın və ya seçki qanunun pozulması ilə əlaqədar seçkilərin etibarsız sayılması və ləğv 

olunması 

Appelyasiyadan  fərqli  olaraq  kasasiyada  fakt  yox,  hüquq  məsələsi  həll  olunur.  Yəni  cəzanın 

dəyişdirilməsi deyil, işə yenidən baxılması ilə bağlı müraciətdir. 

Kasta  (Varna) 

tarixi 


Portuqalca  nəsil  və  qəbilə  mənasındadır.  Qəti  müəyyənləşmiş  hüquq  və  vəzifələri  olan  insan 

hüquqları 



Kioto Protokolu 

 

hüquqi 


1997-ci ilin dekabrında Yaponiyada BMT-nin “İqlim dəyişmələri haqqında” çərçivə konvensiyasına 

əlavə  olaraq  qəbul  edilmiş  beynəlxalq  razılaşmadır.  Bu  protokol  İE  və  İEO  ölkələr  qarşısında 

atmosferə buraxılan parnik qazlarının azaldılması və tənzimlənməsi tələbi qoyur. 

Klivlinq 

iqtisadi 

Banklar arasında nağdsız hesablaşma; Bir dövlət çərçivəsində qəbzlər əsasında qarşılıqlı ödəmələr 

Koalisiya 

siyasi 


İttifaq 

Kommunikasiya 

siyasi 


Siyasi sistemlə mühit arasında qarşılıqlı fəaliyyət 

Kompromis 

siyasi 


Güzəşt. Əsl mənası qarşılıqlı məğlubiyyət olmasına baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq 

üçün razılığa gəlmək anlamında işlədilir. 



Konfederasiya 

coğrafi 


Müstəqil  qurumlar  və  təşkilatlar  tərəfindən,  suverenliklərini  mühafizə  etmək  şərtiylə,  ortaq  və 

məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən andlaşma ilə qurulan birliklərdir. 



Konfrontasiya 

tarixi 


Üz-üzə toqquşma, qarşıdurma-sosializm-kapitalizm 

Konkordat 

siyasi 


Latınca “razılıqlı olmaq”  mənasındadır. Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə 

katolik kilsənin fəaliyyətinin müəyyən edən razılaşmalı müqavilə buna aiddir. 



Konsaltinq 

iqtisadi 

İdarəçilik üzrə məsləhətvermə 

Konsensus 

iqtisadi 

Kollegial  qərar  qəbul  edilmə  forması.  Bu  qərar  o  zaman  qəbul  edilmiş  hesab  olur  ki,  səsvermənin 

bütün iştirakçıları heç bir istisna olmadan buna razılıq vermiş olsunlar. 



Konservativ 

siyasi 


Mühafizəkar 

Konservatizm 

tarixi 


Yeniliyə düşmən bəsləyən köhnə, mürtece təfəkkür cərəyanı 

Konsolidasiya 

coğrafi 


Bir  nsçə  qohum  etnosun  (tayfa,  xalq)  böyük  bir  xalqa  çevrilməsinə,  ya  da  sosial-iqtisadi,  mədənı 

inkişaf nəticəsində formalaşmış xalqın daha da mütəşəkkilləşməsinə deyilir. 



Konsorsium 

iqtisadi 

Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqı; konsorsiumun tərkibində ticarət istehsal-satış 

koopersiyasının  bir  növüdür;  Qarşılıqlı  işgüzar  əməliyyatları  icra  etmək  məqsədilə  firmalar  və  ya 

banklar arasında(o cümlədən müxtəlif ölkələrdə) bağlanan saziş. 

Konstitusiya 

hüquqi 


 (lat. constitutio — «quruluş») Dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin 

dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və 

azadlıqlarını elan edir və zəmanət verir. 

Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. 

Konstitusiya – Dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə 

orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı 

münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir. 

Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi 

hüquqi qaydalar. 

Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük 

Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu 

dəyişiklilərlə bü gün də qüvvədədir. 

Bəzi ölkələrin Konstitusiyalarının qəbulu: 

San-Marino, 1600-cü il, Konstitusiyalı respublika 

ABŞ, 1789-cu il, Konstitusiyalı federativ respublika 

Norveç, 1814-cü il, Konstitusiyalı monarxiya 

Niderland, 1815, Konstitusiyalı monarxiya 

Kosta-Rika, 1838, demokratik respublika 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə