Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
sahələrdə tələblərini öyrənən elmlər toplusu.
Hüquq
hüquqi
Pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin
müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış
qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və
ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir.
Xalq
tarixi
Dil birliyi, ərazi ümumiliyi, məişət və mədəniyyət xüsusiyyətləri və həmçinin etnik özünüdərketməsi
ilə səciyyələnən insan qrupları
Müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin
fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir, vətən
qarşısında eyni məsuliyyəti daşıyır. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və
kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Dünyada sayca ən böğyük xalq çinlilərdir.
Onların sayı 1 milyarddan çoxdur. Xalq-insanların birliyinin tarixən qəbilə-tayfa birliyinin ardınca
gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin
meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar
olmuş formalardan biridir. Hər bir xalqın özünün toplu adı vardır. Xalq anlayışı həm quldarlıq həm
də feodalizm qurluşları üçün xasdır. Kapitalist münasibətlərin inkişafında insan birliyinin yeni
forması - millət əmələ gəlir.
Xalq deputatları
soveti
tarixi
AR Konstitusiyası qüvvəyə mindiyi gündən onların fəaliyyətinə xitam verilmiş, onların
səlahiyyətlərini Yerli İH orqanıları həyata keçirməyə başlamışılar.
Xalqların böyük
köçü
tarixi
(IV-VI əsrlər) - II əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300
ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz
qoymuşdur. Yürüşün son akkordları VII əsrdə slavyanyaların Elbada, xorvatlar və serblərin müasir
Bosniya və Dalmaçiyada məskunlaşması ilə nəticələnir. Böyük Hun İmperiyası dağıldıqdan sonra
hun tayfaları Qərbə doğru hərəkət edib, Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər.
Onların Qərbə doğru əziyyətli hərəkəti sonralar uzun müddət davam etdi. Hunların və digər xalqların
Qərbə axını "Xalqların böyük köçü" adlanır. Bu köç eramızın IV əsrində hunlarla Böyük Çin
səddində başladı və VI əsrə qədər davam etdi.
Xarizma
siyasi
Yunanca, Allah vergisi. İşləndiyi ifadə: "Xarizmatik hakimiyyət"
Xərac
tarixi
Xilafət vaxtı ümumi torpaq vergisi idi.
Xəzər suitisi
coğrafi
Pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in
rekordlar kitabına daxil edilmişdir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Adı
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına daxil edilmiş, Azərbaycan
Respublikasının «Qırmızı Kitab»ının növbəti ikinci nəşrinə daxil edilmək üçün təklif edilmişdir.
Xronologiya
tarixi
Tarixi ardıcıllıq
Xunta
siyasi
Hakimiyyəti ələ keçirən siyasi və ya hərbi qrup.
Xüms
tarixi
(beşdə bir) Xilafət vaxtı daşınan əmlakdan (ləl-cavahirat və s.) verilirdi.
İcma torpaqları
tarixi
Xilafət vaxtı kənddə əhaliyə məxsus torpaqlar idi.
İctimai
elmlər
(Sosial elmlər)
tarixi
İnsan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət
elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya,
iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət
elmləri və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir.
İctimai formasiya
tarixi
Bəşər cəmiyyətdə inkişafın müəyyən quruluşun xarakterik olduğu dövr: 1. İbtidai icma, 2. Quldarlıq,
3. Feodalizm, 4. Kapitalizm, 5. Sosializm 6. Kapitalizm
İdeologiya
siyasi
Qədim yunan sözü olub "ideya, obraz haqqında elm” deməkdir. İdeologiya cəmiyyətin və ya sosial
hərəkatın müxtəlif təbəqələrin maraqlarını, dünyagörüşünü, idealarını ifadə edən ideyalar sistemidir.
İdeologiya termini XIX əsrin əvvəllərində fransız filosofu iqtisadçısı A.Destyut de Trasi (1734-1836)
tərəfindən elmə gətirilmişdir.
İdxal
iqtisadi
Ölkənin daxili bazarında satılmaq üçün əmtəələrin və texnologiyaların xaricdən gətirilməsi.
İkinci
Dünya
müharibəsi
tarixi
İqlim dəyişmələri
haqqında çərçivə
konvensiyası
hüquqi
1992-ci ildə Rio-De Janeyro şəhərində 180 ölkə tərəfindən iqlim dəyişməsi problemləri ilə əlaqədar
ölkələr üçün ümumi fəaliyyət prinsipləri ilə əlaqədar razılaşmadır. 21 mart 1994-cü ildə qüvvəyə
minmişdir.
İqta
tarixi
Xilafət vaxtı xilafət qarşısında xüsusi xidmətlərinə görə verilən, lakin nəslən keçməyən torpaqlar idi.
Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi.
İlğım
coğrafi
Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi. Geniş yayılmasına
baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini
dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən
çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə
yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.
İlhaq
tarixi
İşğal
İmmiqrasiya
coğrafi
Ölkəyə insanların gəlməsi
İmperativ norma
hüquqi
Konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. Dispozitiv metodda
subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. Bu metod