Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Genealogiya
tarixi
Şəcərəni, nəsil, soy qohumlugunu öyrənən elmdir.
Genetika
coğrafi
Orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında bioloji təlim
Genezis
tarixi
Yunanca mənşə, əmələ gəlmə
Genosid
tarixi
Hər hansı bir qrupu qismən, yaxyd tam qırmaq qəsdi ilə hərəkət, dövlət səviyyəsində təşkil olunan
soyqırımı
Göy qurşağı
coğrafi
Atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn
optik hadisə. Bu rəngarəng qövs şəklini alır.
GUAM
siyasi
(Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı
birləşdirən regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə
Özbəkistan da təşkilatın üzvü olmuşdur.
Gücləndirilmiş
elektron imza
İmza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə
məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü,
dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron
imza
Gündəlik
əmək
haqqı
hüquqi
2 təqvim ayına düşən əmək haqqının həmin aylarda iş günlərinin sayının məxrəcinə bərabərdir.
(Əmək Məcəlləsi, maddə 177)
Hakimiyyət
siyasi
Bir iradənin digər iradə üzərində hökmranlıq etməsidir. Hakimiyyətin 3 tipi var: 1. Ənənəvi – tarixi
dövr, və də mərhələ ilə bağlıdır. 2. Xarizmatik 3. Rasional
Hakimiyyət
bölgüsü
hüquqi
Dövlət hakimiyyətinin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarət edən) 3 dövlət
hakimiyyəti qoluna (qanunverici, icra və məhkəmə hakimiyyətinə) bolünməsini nəzərdə tutan siyasi-
hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib.
Haqq
siyasi
Lüğət mənası "dəyişməz" deməkdir. Termin olaraq mənası isə "hər şərt altında doğru olan şey"
deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəliməsinin lüğət mənası "səhv, yanlış"
deməkdir. Termin olaraq mənası isə "hər şərt altında yanlış olan şey" deməkdir. Məsələn, iki dəfə iki
üç edir, iddiası kimi. Bugünki qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim
Roma mədəniyyətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan
mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm
edərkən bu etdikləri zülmləri "biz sizə zülm edirik" deyə etməzlərdi. Etdikləri zülmləri "bu bizim
haqqımızdır" deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.
Harmoniya
siyasi
Ahəngdarlıq
Heraldika
tarixi
Ən qədim dövrdən mövcud olmuş möhür, emblem və nişanları
öyrənən elm, gerbşünaslıq.
Həmrəylik Günü
tarixi
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində
azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan
Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.
SSRİ-nin süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü,
tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı
millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət
olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin
simvolik nişanıdır.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya
azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya
Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz
Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik Günü elan edib. Amma bu bayramın ilk
dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz
Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub)
göstərişi ilə baş tutub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.
Hərrac
iqtisadi
Müəyyən malların qabaqcadan təyin olunmuş vaxtda və yerdə açıq satışı. Hərrac satış üçün ümumi
şərtlərdən biri budur ki, satıcı malların keyfiyyətinə görə heç bir məsuliyyət daşımır.
Horadiz
əməliyyatı (1993)
tarixi
Azərbaycanın 1-ci Qarabağ müharibəsində qələbə ilə nəticələnən hərbi əməliyyatıdır. Horadiz
əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt
Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli
ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etmişdir.
Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin
körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı.
Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu
Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı
kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu.
Hoy-hay
iqtisadi
İstehsalat, elmi-texniki və digər biliklərin sirləri (“bilirəm, amma demirəm”); Ölkələr arası sazişin
elmdə və texnikada müxtəlif biliklərin obyekti; Sənayenin ən qısa müddətdə istehsal təşkili və
ixtiraların tətbiqi üçün tələb olunan texniki biliklərin, təcrübə, xüsusi yeniliklərin və istehsal
sirlərinin məcmusu.
Humanitar elmlər
Analitik və tənqidi metodlardan istifadə edərək insan həyatının mənəvi, idrak, mədəni, ictimai