“Təsdiq edilmişdir”



Yüklə 74,53 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü74,53 Kb.
#25169
növüQaydalar


 

 

 



 

 

 

 

 

 

 

 

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş  

İnformasiya Sistemi 

(KÖMİS) 

 

KÖMİS-in Loqotipindən  İstifadə Qaydaları 

 

 

 

Bakı-2009 

 

 

           “Təsdiq edirəm” 

            Azərbaycan Respublikası 

           Mərkəzi Bankının sədrinin  

         birinci müavini 

 

                 __________  A.Quliyev 



                 14  avqust  2009-cu il 

 


   

 



 

 

Müəlliflik hüququ barədə bildiriş 

Bu sənəd  Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırlanmışdır və məqsədi 

irəlidə təqdim olunacaq detalları üçünçü tərəfə  izah  etməkdir.  

Sənəddə  verilmiş  məlumatlar  üzrə  bütün  müəlliflik  hüquqları  Azərbaycan  Respublikası 

Mərkəzi Bankına məxsusdur. 

Bu  sənədin  nəşr  olunmuş  və  ya  elektron  formada  olan  nüsxələrinin  əldə  olunması, 

istifadəsi,  surətinin  çıxarılması  və  yayılması  müəlliflik  hüququnun  qorunması  sahəsində 

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilməlidir. 

Üçüncü  tərəf  sənəddə  əks  olunan  məlumatların  təhrif  edilməsinə  və  bu    Qaydanın 

tələblərinə uyğun istifadə edilməməsinə görə məsuliyyət daşıyır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



   

 



 

Mündəricat 

1.  Tanışlıq   

 

 

 

 

 

 

 

 

 

1.1  Sistemin məqsədi 

 

 

 



 

 

 



 

 



1.2  Sistemin iştirakçıları  

 

 



 

 

 



 

 



1.3  Loqotipin istifadəçiləri 

 

 



 

 

 



 

 



1.4  Müvafiq təqdimatın təmin edilməsi  

 

 



 

 

 





2.  Loqotipin elementləri 

 

 

 

 

 

 

 

 

2.1  Sistemin abbreviaturası 

 

 

 



 

 

 



 

2.2  Sistemin tam adı 



 

 

 



 

 

 



 

 



2.3  Çardaq 

 

 



 

 

 



 

 

 



 

2.4  Elektrik lampası 



 

 

 



 

 

 



 

 



2.5  Alov   

 

 



 

 

 



 

 

 



 

2.6  Telefon dəstəyi 



 

 

 



 

 

 



 

 



2.7  Su kranı və düşən su damçısı 

 

 



 

 

 



 



3.  Minimum boş haşiyə 



 

 

 

 

 

 

 

 

3.1  Minimum boş haşiyə  

 

 

 



 

 

 



 

3.2  Minimum ölçülər 



 

 

 



 

 

 



 

 



3.3  Loqotipin çap olunan reklam daşıyıcılarında ölçüləri 

 

 



 



4.  Loqotipdə istifadə olunan şriftlər 



 

 

 

 

 

 



5.  Loqotipin rəng çalarları 

 

 

 

 

 

 

 

 



6.  Loqotipin arxa fonu 

 

 

 

 

 

 

 

 

6.1  Loqotipin arxa fonu   

 

 

 



 

 

 



 

6.2  Loqotipin arxa fonunda qadağan olunan görünüşlər 



 

 

 





7.  Loqotipin təhrifi  

 

 

 

 

 

 

 

 



8.  Digər loqotiplərlə birgə istifadə  

 

 

 

 

 

 

8.1  Rəng bərabərliyi 

 

 

 



 

 

 



 

 



8.2  Digər loqotiplərlə ölçü mütənasibliyi 

 

 



 

 

 





9.  Loqotipin çapı və yayılması   

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


   

 



 

1.

 

Tanışlıq  

1.1.


 

Sistemin məqsədi 

Sistemin  yaradılmasında  məqsəd  sistemə  qoşulmuş  Kütləvi  Xidmət  Müəssisələri 

(KXM)  üzrə  mərkəzləşdirilmiş  elektron  abonent  bazası  yaratmaqla  abonentlərə  istənilən 

maliyyə  xidməti  nöqtəsindən  (bankların,  “Azərpoçt”    MMC-nin  filial  və  şöbələri, 

bankomatlar,  POS-terminallar  və  KÖMİS-in  Internet  servis  xidməti)  özünün  kütləvi 

xidmətlər  üzrə  borcları  haqqında  tam  informasiya  almaq  və  həmin  borcları  istənilən  ödəniş 

mexanizmi  (nağd  yolla,  plastik  kartlar,  İnternet  Bankçılıq  və  s.)  vasitəsilə  ödəmək  imkanı 

yaratmaqdır.  

1.2.


 

Sistemin iştirakçıları 

1.2.1

 

Azərbaycan Respublikası Mərkəzi Bankı; 



1.2.2

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən KXM-lər; 



1.2.3

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən Kart Prosessinq Mərkəzləri; 



1.2.4

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar; 



1.2.5

 

“Azərpoçt” MMC;  



1.2.6

 

Sistemə qoşulmuş digər hüquqi şəxslər. 



1.3.

 

 Loqotipin istifadəçiləri 



Loqotip yalnız Sistemin iştirakçıları tərəfindən istifadə oluna bilər. 

1.4.


 

Müvafiq təqdimatın təmin edilməsi 

KÖMİS-in Loqotipi üçün standartlar sistemin  iştirakçıları  tərəfindən onun düzgün , 

uyğun  təkrar  istehsalı,  istifadəsi  və  müvafiq  yerdə  nümayiş  etdirilməsini  təmin  etmək  üçün 

yaradılmışdır. Loqotipdə bu sənəddə göstərilməmiş digər standartlar istifadə oluna bilməz. 

 

 



Şəkil 1. Loqotipin görünüşü 

 

 



2.

 

Loqotipin elementləri 

Loqotip 7 elementdən ibarətdir. Bu elementlər hər hansı bir şəxs tərəfindən dəyişdirilə və ya 

təhrif oluna bilməz. 



   

 



 

 

Şəkil 2. Loqotipin elementləri 

2.1.


 

Sistemin abbreviaturası 

Sistemin  abbreviaturası  onun  Azərbaycan  dilində  adının  açıqlamasını,  yəni  Kütləvi 

Ödənişlər  üzrə  Mərkəzləşdirilmiş  İnformasiya  Sistemini  ifadə  edir.  Abbreviatura  vahid  rəng 

palitrasında,  tünd  göy  rəngdə  əks  olunaraq,  Loqotipin  əyani  görünüşünü  və  cəlbediciliyini 

gücləndirir. 

2.2.

 

 Sistemin tam adı 



Sistemin  abbreviaturasının  altında  əks  olunan    tam  adı,  Loqotipin  digər  elementləri  ilə 

birlikdə sistemin fəaliyyət istiqaməti haqqında  məlumat verir. 

2.3.

 

Çardaq 



Çardaq  tünd  göy  rəngdə  əks  olunaraq,  4  çevrənin,  sistemin  abbreviaturasının  və  tam 

adının  üzərində  yerləşmişdir.  Bu  element  sistemin  müxtəlif  xidmətlər  üzrə  ödənişlərin  vahid 

pəncərə prinsipi ilə qəbul edilməsi imkanını ifadə edir.  

2.4.


 

Elektrik lampası 

Loqotipdə tünd göy rəngli çevrə daxilində, sarı rəngin fonunda, ağ rəngli elektrik lampası 

əks  olunmuşdur.  Bu  element  ayrı-ayrı  çevrələrdə  əks  olunan  digər  3  elementlə  birgə  sistemin 

əsas fəaliyyəti ilə uyğunluq təşkil edir. Bu element sistemdə elektrik enerjisinin pərakəndə satışı 

üzrə KXM-in abonentləri tərəfindən  borclar haqqında məlumatların alınmasını və abonentlərdən 

ödənişlərin qəbul olunmasını bildirir. 

2.5.


 

Alov 


Loqotipdə  tünd  göy  çevrə  daxilində  qırmızı  rəngin  fonunda  ağ  rəngli  buta  forması 

daxilində kölgəli qırmızı rəngli alov əks olunmuşdur. Bu element sistemdə təbii qazın pərakəndə 

satışı  üzrə  KXM-in  abonentləri  tərəfindən    borclar  haqqında  məlumatların  alınmasını  və 

abonentlərdən ödənişlərin qəbul olunmasını bildirir. 

2.6.

 

Telefon dəstəyi 



Loqotipdə  tünd  göy  çevrə  daxilində  yaşıl  rəngin  fonunda,  ağ  rəngli  telefon  dəstəyi  əks 

olunmuşdur.  Bu  element  sistemdə  telekommunikasiya  sahəsində  xidmətlərin  göstərilməsi  üzrə 

KXM-in  abonentləri  tərəfindən    borclar  haqqında  məlumatların  alınmasını  və  abonentlərdən 

ödənişlərin qəbul olunmasını bildirir. 




   

 



 

 

 



2.7.

 

Su kranı və düşən su damçısı 



Loqotipdə  tünd  göy  çevrə  daxilində  mavi  rəngin  fonunda,  ağ  rəngli  su  kranı  və  mavi 

konturlu ağ rəngli su damçısı əks olunmuşdur. Bu element sistemdə suyun pərakəndə satışı üzrə 

KXM-in  abonentləri  tərəfindən    borclar  haqqında  məlumatların  alınmasını  və  abonentlərdən 

ödənişlərin qəbul olunmasını bildirir. 

 

3.

 

Minimum boş haşiyə 

3.1.


 

Minimum boş haşiyə 

Loqotip  mətndən,  etiketlərdən,  digər  loqotiplərdən,  şəkillərdən  azad  olan  və  arxa  fonu 

aydın olan sahədə əks olunan  mülkiyyət obyektidir. Loqotip kifayət qədər azad sahə ilə əhatə 

olunmalıdır.  

 

 



 

Şəkil 3. Minimum boş haşiyə 

 

 

3.2.


 

Minimum ölçülər 

Kiçik ölçülərdə görünmə dərəcəsini və aydın oxunuşu təmin etmək məqsədilə, Loqotipin 

həm nəşr olunması, həm də ekranda əks olunması üçün minimum ölçüləri 74x105 mm olmalıdır.  

 



   

 



 

 

Şəkil 4. Logotipin minimum ölçüləri 



 

3.3.


 

Loqotipin çap olunan reklam daşıyıcılarında ölçüləri 

İctimai  diqqəti  cəlb  etmək  üçün  çap  olunan  reklam  daşıyıcılarında  Loqotip  mimimum 

74x105 mm ölçüdə, maksimum isə 1x1,42 nisbətini qorumaq şərtiylə, yerləşdiriləcək yerə uyğun 

gələn istənilən ölçüdə çap oluna bilər.  

 

4.



 

Loqotipdə istifadə olunan şriftlər 

Loqotipdə Sistemin abbreviaturası Bolt Bold BT şrifti, Sistemin tam adı isə Arial şrifti 

ilə  yazılır.  Sistemin  tam  adının  hündürlüyü,  abbreviaturanın  hündürlüyünün  0,13  hissəsinə 

bərabər olmalıdır.  

 

Şəkil 5. Loqotipdə istifadə olunan şriftlərin ölçüləri 

 

5.



 

Loqotipin rəng çalarları 

Loqotip  müəyyən  edilmiş  rənglərdə  istehsal  olunmalıdır.  Dominant  rəng  tünd  göy, 

köməkçi rənglər isə sarı, qırmızı, yaşıl və mavi, ağ rənglərdir. 

 

 




   

 



 

Elementlər 

Rənglər 

CMYK 

RGB 

PANTONE 

Sistemin adının 

abbreviaturası 

Tünd Göy 

100/60/0/40 

7/61/116 

541C 

Sistemin tam adı 

Tünd Göy 

100/60/0/40 

7/61/116 

541C 

Çardaq 

Tünd Göy 

100/60/0/40 

7/61/116 

541C 

Elektrik lampası 

Sarı 


00/20/100/0 

240/201/0 

7406C 

Alov 

Qırmızı 


0/100/100/0 

196/0/4 


1797C 

Telefon dəstəyi 

Yaşıl 


76/0/100/23 

93/141/46 

363C 

Su kranı və düşən su 

damçısı 

Mavi 


100/47/0/0 

13/108/180 

2935C 

 

 

6.

 

Loqotipin arxa fonu 

6.1.


 

Loqotipin arxa fonu 

Loqotipin arxa fonu ya şəffaf, ya da ağ rəngdə ola bilər.  

6.2.


 

Loqotipin arxa fonunda qadağan olunan görünüşlər 

Loqotipin arxa fonunda şəffaf və ağ rəngdən başqa hər hansı digər rəng və effekt istifadə 

edilə bilməz. 

 

7.

 

Loqotipin təhrifi 

Loqotip hər hansı formada təhrif olunaraq istifadə oluna bilməz. 

 

8.

 

Digər loqotiplərlə birgə istifadə 

8.1.


 

Rəng bərabərliyi 

Loqotip  digər  loqotiplərlə  birgə  istifadə  olunduqda,  Loqotipin  arxa  fonu  ölçüsünə, 

rənginə və tezliyinə görə digər loqotiplərlə bərabərliyi təmin edən düzbucaqlı ağ fonda olmalıdır. 

Bu, həmçinin Loqotipin digər loqotiplərlə birlikdə görünməsini təmin etməlidir. 

8.2.


 

Digər loqotiplərlə ölçü mütənasibliyi 

Loqotip digər loqotiplərlə birgə  yerləşdirilərkən vizual olaraq normal görüntünün təmin 

edilməsi üçün mütənasiblik qorunmalıdır. 

 

9.

 

Loqotipin çapı və yayılması 

Loqotip  bu  sənəddə  göstərilmiş  standartlar  gözlənilməklə  yalnız  Azərbaycan 

Respublikası Mərkəzi Bankının razılığı ilə çap edilə və yayıla bilər.  

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 74,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə