Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 3
X sinifdə təsviri və təbiqi incəsənət/əmək təlimi və musiqi bir trimestr ərzində tədris
•
edilir.
Məktəb təhsilinin milli məqsədinin həyata keçirilməsində
fənnin rolu
Müasir məktəbin məqsədi elə bir şəxsiyyət formalaşdırmaqdır, hansı ki, bütün həyatı boyunca
şəxsi inkişafı üçün hazır olacaq. Belə insanları xarakterizə etməlidir:
tənqidi düşüncə;
1.
problemləri həll etmək bacarığı;
2.
yaradıcılıq düşüncəsi;
3.
vətəndaşlıq anlayışı;
4.
kommunikasiya qabiliyyəti;
5.
araşdırmaq qabiliyyəti;
6.
özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti.
7.
Təsviri və tətbiqi incəsənət/ əmək təlimi belə bir şəxsiyyətin formalaşmasında müəyyən rol
oynayır.
Tənqidi düşüncə
1.
İncəsənətin öyrənilmə prosesi hadisələrin dərk edilməsi və problemləri anlamaq bacarığının
formalaşmasına, tənqidi və yaradıcılıq düşüncələrinin inkişafına dəstək göstərir: a) şagirdlər
tərəfindən bədii ideyaların hasilatı, b) özünün və başqalarının yaradıcılığını xarakterizə etmək,
qiymətləndirmək və analiz etmək; c) milli və dünya mədəni irslərinin başqa-başqa kontekstlərində
yerinə yetirdiyi rolu dərk etmək.
Problemlərin həlli qabiliyyəti
2.
İncəsənətin öyrənilməsi zamanı problemlərin həlli qabiliyyətinin inkişafına dəstək göstərir:
a) tədris prosesində meydana gələn ideyaların realizasiya təcrübəsi; b) ən yaxşı nəticələri əldə
etmək üçün lazımi materialı, aləti, təsviredici üsul və ya texnikanı seçmək və effektiv şəkildə
istifadə etmək; c) qarşıya qoyulan məsələnin həlli üçün lazımi təşəbbüs və məsuliyyəti aşkar
etmək; ç) stress, ümidlərin boşa çıxması və məğlubiyyətə üstün gəlmək və qarşıya qoyulan
məqsədə ciddi şəkildə can atmaq.
Yaradıcılıq düşüncəsi
3.
İncəsənətin öyrənilməsi zamanı hadisələrə qarşı yaradıcı yanaşma ilə yanaşmaq bacarığına
dəstək göstərir: orijinal bədii ideyaların əmələ gəlməsi və onların həyata keçirilməsi üçün qeyri-
standart yolların axtarışı.
Vətəndaşlıq anlayışı
4.
İncəsənətin öyrənilməsi zamanı ictimai həyatda iştirak istəyi və bacarığının, milli anlayış
duyğusunun inkişafına dəstək göstərir: sinif, məktəb və cəmiyyətin mədəni həyatı və firavanlığında
rol oynamaq; mədəni irs və cəmiyyət qarşısında öz borcları və məsuliyyətlərini dərk etmək.
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 4
Kommunikasiya qabiliyyəti
5.
İncəsənətin öyrənilməsi zamanı kommunikasiya bacarığının inkişafına dəstək göstərir: a)
özünün və başqalarının işləri haqqında müzakirə və mübahisə etmək, mövqeyi əsaslandırmaq; b)
başqa-başqa vasitələrlə (şəkil çəkmək, yazmaq, müzakirə etmək) öz fikir və duyğularını ifadə etmək;
c) qrup işi zamanı başqaları ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək və problematik məsələləri
razılaşdırmaq; ç) tənqidi nəzəri bildirmək və əsaslandırmaq.
Araşdırmaq qabiliyyəti
6.
İncəsənətin öyrənilməsi zamanı informasiya əldə etmək və təhlil etmək bacarığının inkişafına
dəstək göstərir: a) çoxsaylı informasiya mənbələrindən istifadə etmək; b) informasiyanı müqayisə
etmək, tənqidi qiymətləndirmək və effektiv şəkildə təşkil etmək; c) yaradıcılıq, araşdırmaq, müstəqil
fikri formalaşdırmaq və fəaliyyət planını müəyyən etmək üçün informasiyadan istifadə etmək.
Özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti
7.
İncəsənətin öyrənilməsi zamanı özünü qiymətləndirmək və öz təhsl fəaliyyətini təşkil etmək
qabiliyyətinin inkişafına dəstək göstərir: a) öz imkanlarını və nailiyyətlərini düzgün qiymətləndirmək;
b) emosiyalarını anlamaq və onları idarə etmək; c) ardıcıl (ömrü boyunca) təhsil almaq vərdişini
hasil etmək; ç) fəaliyyətini düzgün və effektiv şəkildə planlaşdırmaq bacarığı; təhsil və peşəkar
inkişaf üçün münasib şərtlərdən istifadə etmək.
Tədris istiqamətləri
İncəsənət/əmək təlimi tədris planına əsasən üç istqamətə ayrılır:
İncəsənətdə praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi
1.
Kommunikasiya və şərh
2.
İncəsənətin kontekstdə dərk edilməsi;
3.
Tədris bütün istiqamətləri hüdudlarında paralellərin aparılması və bir-birləri ilə sıx əlaqədə
olması ilə həyata keçirilir.
İncəsənətdə praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi.
1.
Bu istiqamət hüdudlarında şagirdlər praktiki vərdiş-bacarıqları əldə edirlər; təsviri və tətbiqi
incəsənətin elementləri, prinsipləri, təsviredici üsulları, müxtəlif texnikası, materiları, alətləri ilə
tanış olur və onlara yiyələnirlər. Şagirdlər müxtəlif motivasiyanın təsiri ilə meydana gələn ideyalar
və düçüncələrin gerçəkləşdirilməsi bacarığını inkişaf etdirirlər, bunun üçün onlar təsviretmə,
emosiya, müşahidə bacarığını, materiala yaradıcı yanaşmanı və tədris prosesində əldə etdikləri
biliyi istifadə edirlər.
2. Kommunikasiya və şərh
Bu istiqamət hüdudlarında şagirdlər incəsənət əsərlərini anlamaq və qiymətləndirməyi, onun
haqqında fikri formalaşdırmağı öyrənir, öz düşüncələrinin aydın və səlist izahatına və başqalarının
fikrinə qulaq asmağa vərdiş edirlər, kollektiv iş və müzakirə metoduna sahib olurlar.
3. İncəsənətin kontekstdə dərk edilməsi