Tətbiqi etika



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə53/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   49   50   51   52   53   54   55   56   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

«Kimya həyəcanı»

 siqnalı kimyəvi və bakterioloji zəhərlənmə təhlükəsi 

olduqda,  yaxud  belə  zəhərlənmələr  bilavasitə  aşkar  edildikdə  verilir. 

«Hamının  diqqətinə!»  xəbərdarlıq  siqnalından  sonra  yerli  mülki  müdafiə 

qərargahının  belə  bir  məlumatı  əhaliyə  çatdırılır:  «Diqqət!  Diqqət!  Danışır 

mülki  müdafiə  qərargahı.  Vətəndaşlar!  Kimya  həyəcanı!  Kimya  həyəcanı!» 

Bu,  yerlərdə  səs  və  işıq  siqnalları  vasitəsilə  təkrar  olunur.  Ardınca  aşkar 

olunmuş  zəhərləyici  maddənin  və  ya  yoluxucu  xəstəlik  törədicisinin  növü 

nəzərə alınmaqla adamların davranış qaydaları haqqında məsləhət verilir. 

Kimyəvi  zəhərlənmə  yerlərindən  adamlar  mümkün  qədər  tez 

çıxarılmalıdır.  Onların  hansı  istiqamətdə  getmələrini  mülki  müdafiə  və  ya 

polis  işçiləri  göstərirlər.  Onlar  olmadıqda  adamlar  zəhərlənmə  zonasından 

küləyin  səmtinə  perpendikulyar  istiqamətdə  çıxmalıdırlar.  Bundan  sonra 

adamlar  sanitariya  təmizlənməsindən  keçməlidirlər.  Bakterioloji  yoluxma 

ocağından  əhalinin  özbaşına  çıxmasına  yol  ve-rilmir.  Çünki  belə  sahələrdə 

karantin  və  ya  observasiya  rejimi  qoyulacaq,  adamların  sonrakı  davranış 

qaydaları müəyyən ediləcək. 

Qeyd etdiyimiz kimi, kəndlərdə daldalanmaq üçün nəzərdə tutulan ailə 

sığınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi təmin olunmalıdır. 

İçəridə  ailənin  rahatlığı  üçün  hər  cür  şərait  yaradılmalı,  hadisələrin  gedişi, 

habelə  kimyəvi  və  ya  bakterioloji  zəhərlənmə  təhlükəsinin  sovuşması  barədə 

məlumat və ondan sonrakı davranış qaydaları haqqında göstərişlərin verilməsi 

üçün radio və  televiziya qurğularının işləməsi təmin edilməlidir. 

«Kimya  həyəcanı»  siqnalı  verilərkən  mal-qaranın  yem  ehtiyatlarının, 

ərzaq və su mənbələrinin qorunması üçün müvafiq tədbirlər görülməlidir. 

«Radiasiya  təhlükəsi»  siqnalı  bu  və  ya  digər  ərazidə  radioaktiv 

zəhərlənmə  aşkar  olduqda  və  ya  belə  zəhərlənmə  ən  gec  1  saat  ərzində 

gözlənildikdə  verilir.  «Hava  həyəcanı»  və  «Kimya  həyəcanı»  siqnalları 

zamanı  olduğu  kimi  «Radiasiya  təhlükəsi»  gözlənildikdə  də  öncə  «Hamının 

diqqətinə! siqnalı, sonra isə «Radiasiya təhlükəsi» məlumatı verilir. Bu zaman 

bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və 

işıq siqnalları ilə təkrar edilir. Sonra belə elan verilir: «Diqqət! Diqqət! Danışır 

mülki  müdafiə  qərargahı!  Vətəndaşlar!  Radiasiya  təhlükəsi!  Radiasiya 

təhlükəsi» Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əhalinin 

davranış  qaydaları  haqqında  mülki  müdafiə  qərargahının  tövsiyələri  və 

göstərişləri əhaliyə çatdırılır. 




36 

Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça maska və ya 

pambıqlı  tənzif  sarğı,  əgər  bunlar  yoxdursa,  əleyhqaz  taxıb  sığınacağa  və  ya 

radiasiya  daldalanacağına  getməlidirlər.  Sonrakı  davranış  qaydaları  əsasən 

«Hava  həyəcanı»  və  «Kimya  həyəcanı»  zamanı  olduğu  kimidir  və  hər  bir 

konkret  halda  mülki  müdafiə  qərargahı  tərəfindən  dəqiqləşdirilib  əhaliyə 

çatdırılır. 

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə