Tətbiqi etika


Mülki müdafiənin xəbərdarlıq siqnalları



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə52/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   48   49   50   51   52   53   54   55   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

 

Mülki müdafiənin xəbərdarlıq siqnalları 

 

Gözlənilən,  yaxud  baş  verən  fəlakət  və  müharibə  barədə  əhalini 



vaxtında  xəbərdar  etmək  mülki  müdafiənin  ən  əsas  vəzifələrindən  biridir. 

Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və yayılma sürəti nəzərə 

alınmaqla  müəyyən  edilir.  Lakin  bütün  hallarda  təhlükə  haqqında 

xəbərdarlığın  əsas  vasitələri  radio  və  televiziya  şəbəkəsidir.  Adamların  

diqqətini  tez  cəlb  etmək,  həmçinin  onları  dərhal  radio  və  televizorların  

ətrafına toplamaq üçün fövqəladə hallarda sirenalardan, nəqliyyat vasitələrinin 

fit səslərindən istifadə edilir. Belə siqnal «Hamının diqqətinə» siqnalı adlanır. 

Bu həyəcan siqnallarını  eşidən kimi hamı dərhal radio və televizoru qoşaraq 

hökumət  orqanlarının,  mülki  müdafiə  qərargahının    fövqəladə  hadisə  barədə 

verdiyi xəbər və məlumatları diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə 

birlikdə  əhalinin  davranış  qaydaları  barədə  qısa  və  aydın  məsləhətlər, 

göstərişlər  də  verilir.  Xəbərdarlıq  siqnalları  barədə  qabaqcadan  tam  təsəvvür 

yaradılmalıdır.  Hamı  bilməlidir  ki,  xəbərdarlıq  siqnalları  sülh  və  müharibə 

dövründəki fəlakətlər zamanı verilir. Ancaq bunlar biri digərindən fərqlənir və 

bunu  əhalinin  bilməsi  vacibdir.  Öncə  qeyd  edək  ki,  bir  sıra  təbii  fəlakətlər 

barədə  qabaqcadan  xəbər  vermək  mümkündür.  Məsələn,  yaz  daşqınlarının 

ehtimalı  bir  ay  qabaqcadan  məlum  olur  və  bu  barədə  müvafiq  tədbirlər 

görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, bəzən 1-2 saat qabaq xəbər 

çatdırmaq  olar.  Bu  zaman  yerli  mülki  müdafiə  gərardahı  əhaliyə  belə  bir 

məlumat verə bilər: 

«Diqqət!  Danışır  rayon  mülki  müdafiə  gərargahı!  Vətəndaşlar!  Çayda 

suyun  səviyyəsinin  qalxması  müşahidə  olunur.  Çayın  sağ  sahilindəki 

məhəllələri su basacağı gözlənilir. Həmin məhəllələrdə yaşayanlar ən vacib və 

zəruri  şeyləri  götürüb  mərkəzi  meydana  tələssinlər.  Evdən  çıxarkən  sobanı, 

qazı,  işığı  söndürməyi  unutmayın.  Bu  barədə  qonşularınıza  da  xəbər  verin. 

Radio  şəbəkəsi  ilə  veriləcək  xəbərləri  diqqətlə  dinləyin,  göstərişlərə  dəqiq 

riayət edin». 



33 

Belə bir vacib cəhəti də qeyd edək ki, müharibə zamanı adamlar hər cür 

ekstremal hallara qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə 

çevik  hərəkət  edirlər.  Başqa  sözlə,  mülki  müdafiə  qərargahının  göstərişlərini 

yerinə  yetirməyə  müəyyən  dərəcədə  hazır  olurlar.  Halbuki,  təbii  fəlakətlər 

zamanı da əhalinin belə çevik və dəqiq hərəkət etməsi heç də az əhəmiyyətli 

deyil.  Bir  sıra  hallarda,  məsələn,  güclü  qəzalar  zamanı  itirilən  hər  dəqiqə 

fəlakətin miqyasını genişləndirə bilər. Buna  görə də mülki müdafiə orqanları 

ehtimal olunan belə qəzalara qarşı adamlar arasında qabaqcadan  geniş izahat 

işləri  aparmalı,  təhlükəli  ərazilərdə  işləyənləri  və  yaşayanları  buna 

hazırlamalıdırlar. Həmin ərazinin hər bir sakini bilməlidir ki, həyəcan siqnalı 

verildikdə necə hərəkət etməlidir. 

Bilmək lazımdır ki, təbii fəlakətlərin, habelə qəzaların növündən  və bu 

zaman  yaranan  konkret  vəziyyətdən  asılı  olaraq  «Hamının  diqqətinə» 

siqnalından  sonra  mülki  müdafiə  qərargahı  tərəfindən  elan  edilən 

məlumatların  və  göstərişlərin  məzmunu  müxtəlif  ola  bilər.  Buna  görə  də  hər 

bir  adam  onları  diqqətlə  dinləməli,  təmkinli  olmalı,  cəld  və  mütəşəkkil 

davranmalıdır. 

Müharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri 

əhaliyə hakimiyyət orqanları verir. 

Bu  xəbər  radio  və  televiziya,  mətbuat  orqanları  vasitəsilə  əhaliyə 

çatdırılır.  Düşmən  hücumu  təhlükəsi  yaranan  dövrdə  vəziyyət  çox  mürəkkəb 

olur. 

Müharibə  zamanı  düşmənin  nüvə,  kimyəvi,  bakterioloji  silahlar  və 



başqa  silahlar  işlətmək  qorxusu  yarandıqda  dərhal  mülki  müdafiənin 

xəbərdarlıq  siqnalları  verilir,  bu  məqsədlə  radiodan,  televiziyadan,  bütün 

rabitə vasitələrindən, səs və işıq siqnallarından istifadə olunur. 

Belə  hallarda  «Hamının  diqqətinə»  siqnalından  sonra  yaranmış 

vəziyyətdən asılı  olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava həyəcanı 

sovuşdu»,  «Radiasiya  təhlükəsi»,  «Kimya  həyəcanı»  siqnalları  verilə  bilər. 

Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. 

Bu,  tələfatı  xeyli  azalda  bilər.  Bu  siqnalların  hər  birini  konkret  şəraitdə 

nəzərdən keçirək: «Hava həyəcanı» siqnalı xəbərdarlıq edir ki, düşmənin hava 

basqını gözlənilir. Öncə sirenalar bunu «Hamının diqqətinə» çatdırır. Sonra isə 

radio-televiziya  ilə  belə  bir  elan  verilir:  «Diqqət!  Diqqət!  Danışır  mülki 



34 

müdafiə qərargahı! Vətəndaşlar, hava həyəcanı! Hava həyəcanı!» Bu elan bir 

neçə dəfə təkrar olunur. Əhalinin daldalanması barədə göstəriş verilir. 

Bu  zaman  evlərdə  olanlar  yubanmadan  pəncərələri  örtməli,  qızdırıcı 

cihazları,  işığı  keçirməli  və  əvvəlcədən  tədarük  etdikləri  ərzağı,  suyu, 

mühafizə  və  tibbi  yardım  vasitələrini  götürüb  ən  yaxındakı  sığınacağa 

getməlidirlər.  İstehsalatda  olanlar  bütün  aqreqatları  dayandırmalı,  cərəyanı 

kəsməli  və  qabaqcadan  müəyyən  edilmiş  qaydada  hər  bir  briqada  və  növbə 

onlar  üçün  nəzərdə  tutulmuş  sığınacağa  getməlidir.  Əgər  istehsalat  rejiminə 

görə hər hansı aqreqatı, turbini, sobanı, texnoloji xətti dayandırmaq mümkün 

deyilsə,  onlar  nisbətən  təhlükəsiz  iş  rejiminə  keçirilir,  əvvəlcədən  təyin 

edilmiş  müəyyən  adamların  nəzarəti  altında  saxlanılır  və  həmin  adamların 

qorunması üçün müvafiq yerlər düzəldilir. 

«Hava  həyəcanı»  zamanı  bütün  tədris  müəssisələrində  məşğələlər 

dayandırılır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərdə (kinoteatrlarda, 

mağazada,  bazarda  və  s.)    nəqliyyat  vasitələrində  olanlar  yaxınlıqdakı 

daldalanacağa  getməlidirlər.  Əgər  belə  sığınacaq  yerləri  yoxdursa, 

daldalanmaq  üçün  yeraltı  keçidlərdən,  tunellərdən  və  s.  istifadə  etmək 

lazımdır. 

«Hava  həyəcanı»  zamanı  kəndlərdə  əhali  ailə  daldalanacaqlarına 

yığışmalıdır. Mal-qaranı tövlədə saxlamaq məsləhətdir. «Hava həyəcanı» vaxtı 

örüşlərdə olan naxır və sürüləri yaxşı olar ki, meşələrə sürsünlər. Çöldəki mal-

qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. istifadə 

etmək məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mal-qara düzdə, açıq 

sahələrdə  qalmasın.  Bütün  hallarda  yalnız  «Hava  həyəcanı  sovuşdu»  siqnalı 

verildikdən  sonra  daldalanacaqları  tərk  etmək  olar.  Bu  zaman  yerli  radio 

şəbəkəsi  və  səsucaldan  qurğular  vasitəsilə  elan  edilir:  «Diqqət!  Diqqət! 

Danışır  mülki  müdafiə  qərargahı!  Havadan  basqın  təhlükəsi  sovuşdu.  Hava 

həyəcanı qurtardı». 

Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı yaranan yerlərdə  «Hava 

həyəcanı  qurtardı»  siqnalı  verilmir.  Belə  hallarda  sığınacaqlarda  qorunanlara 

vəziyyətlə  əlaqədar  məlumat  və  davranış  qaydaları  barədə  tövsiyələr  verilir. 

Xatırladaq ki, bu zaman yerli mülki müdafiə orqanlarının göstərişlərini dəqiq 

yerinə  yetirmək  son  dərəcə  zəruridir.  Əks  təqdirdə  adamlar  radioaktiv, 

kimyəvi və ya bakterioloji zəhərlənməyə məruz qalarlar. 



35 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə