edir, nəfəs almaq üçün regenerativ (bərpaedici) avadanlıqlardan - oksigen
hasil edən regenerasiya patronlarından və ya oksigen silindrlərindən istifadə
olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı çox yüksək olduqda
cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də
üzlərinə sənaye respiratoru taxırlar. Sənaye respiratorları nəfəs orqanlarmı
istifadə etmək qadağandır. R-2D respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur.
40
lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun
yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi arasmdakı məsafəni millimetr bölgülü
xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm olduqda – sıfır ölçülü, 100-115
mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq
olduqda – üçüncü ölçülü respirator lazımdır.
Respiratoru geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq (paketin
yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş
qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan
bundan əvvəl istifadə edilmişsə, onu geyinməzdən əvvəl dezinfeksiya etmək
vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş
tamponla, sonra isə quru tamponla (əsgi ilə) silmək lazımdır. Bu zaman
yarımmaskanı tərsinə çevirmək olmaz. R-2D respiratorunun düzgün
geyildiyini və üzə kip oturduğunu yoxlamaq üçün sol əlin ovucu ilə
nəfəsvermə klapanını tutur və yüngülcə nəfəs verirlər. Əgər bu zaman hava
yarımmaskanın üzə oturan kənarlarından çölə çıxmırsa, respirator düzgün
seçilmiş və qaydasında geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə
klapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar.
Sonra onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib
paketin ağzını xüsusi halqa ilə bağlayırlar.
Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdən
əhali respirator kimi istifadə edə bilər.
Dostları ilə paylaş: