Dişlənmə yaraları
həmişə heyvanın və ya adamın tüpürcəyi ilə
yoluxmuş olur və çətin sağalır.
Cərrahiyyə yarası
cərrahiyyə əməliyyatları aparılarkən dəri örtüyünün
bütövlüyünün pozulmasıdır. Yaralar, həmçinin dərinə işləyən, yəni kəllə, döş
qəfəsi və qarın boşluqlarının daxilinə keçən yaralar ola bilər. Belə yaralar daha
təhlükəlidir.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları
. Yaranın üstünü
örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı
hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı,
tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı
materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən
(üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə
tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü
steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır.
Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və
ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları
düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı
istifadə edilir.
Dostları ilə paylaş: |