Tətbiqi proqramlar


Word proqramında faylların çap edilməsi



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Tətbiqi-proqramlar-2

Word proqramında faylların çap edilməsi 
Word mətn redaktorunda tərtib edilmiş və hazır olan sənədin çapının təşkili məqsədilə əvvəlcə sənəd «Файл» 
menyusunun «Предварительный просмотр» əmrinin köməyi ilə baxışdan keçirilir. Bu sənədin quruluşunun, onun 
obyektlərinin yerləşməsinin düzgünlüyünə əmin olmağa imkan verilir. Daha sonra isə sənədin çapı məqsədilə
«Файл» menyusunun «Печать» əmrindən istifadə edilir. Bəzən aktiv sənədin bir surətinin çapı Standart alətlər 
panelinin «Печать» düyməsi ilə həyata kecirilir. Bu zaman çapın carı parametrlərindən istifadə olunur. Файл» 
menyusunun «Печать» əmr verildikdən sonra açılan pəncərədə «Имя» sahəsində sənədin çap ediləcəyi printer seçilir. 
Printer seçildikdən sonra avtomatik olaraq sahədən sonrakı sətirlərdə printerin cari vəziyyəti (cari halda məşğul olub 
olmaması), adı. qoşulduğu portun adı və varsa qeydlər göstərilir.
Daha sonra istifadəçi tərəfindən sənədin hansı hissəsinin çap olunacağı müəyyənləşdirilir (bütün sənəd, kursor 
duran cari səhifə, nömrələri göstərilmiş səhifələr və ya sənədin seçilmiş hissəsi). Burada sənədin surətlərinin sayı və 
surətlərin çap ardıcıllığı da göstərilir. Pəncərənin xüsusi sahələri vasitəsilə artıq müəyyən edilmiş səhifələrin bütün 
hamısı, cüt və ya tək nömrəli səhifələrin çap edilməsi də müəyyənləşdirilir.
Burada təkcə sənəd deyil, sənəd haqqında məlumatlar, sənəddə edilən düzəlişlər, düzəlişlərin siyahısı, sənədin 
yaradılma üslubu və sənəddə istifadə edilən avtomətnlərin elementləri də çap edilə bilər. Çap üçün təyin edilmiş bu 
pəncərədə olan imkanlarla bir vərəqdə yerləşəcək maşın səhifələrinin sayını və istifadə ediləsək səhifənin formatını 
(A4, A5, Letter, Legal və s.) vermək olar. 


Bütün qeyd olunan parametrlərlə bərabər çap üçün açılmış ilkin pəncərənin «Свойства» əmrinin köməyi ilə istifadə 
olunacaq vərəqin tipi, növü, mürəkkəbdən istifadə rejimi, səhifələrin çap ardıcıllığı, çap keyfiyyəti müəyyənləşdirilə 
bilər. Bu pəncərənin «Найти принтер» əmri isə adətən, lokal (yalnız istifadə edilən kompüter tərəfindən tanınan) 
printerlərə aid deyil. Bu əmrdən xüsusi xidmətlərin malik olduğu və şəbəkə printerlərindən yaralanma üçün istifadə 
edilir. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə