Tətbiqi proqramlar


Word proqramında səhifələrlə iş



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
Tətbiqi-proqramlar-2

9.Word proqramında səhifələrlə iş.
Word proqramında faylların çap edilməsi

Файл» menyusunun «Параметры страницы» əmrini veririk. Bu əmrin köməyi ilə tərtib olunacaq sənədin 


gələcəkdə yerləşəcəyi və çap olunacağı səhifənin parametrləri verilir. Əmr verildikdən sonra açılan pəncərənin yuxarı 
hissəsindəki bəndlər ardıcıl seçilərək parametrlər müəyyən edilir. Buradakı «Размер бумаги» bəndinin seçilməsi ilə 
ekranda açılan pəncərədən kağızın ölçüləri və səhifənin vəziyyəti (kitab səhifəsi kimi, ya da albom səhifəsi kimi) 
müəyyənləşdirilir. Bundan sonra «Поля» bəndini seçərək səhifənin kənarlarından (yuxarı, aşağı, sağ, sol) mətnə qədər 
olan məsafə, səhifə kənarlarının tikiləcəksə məsafəsi, səhifələrin təyinatı (adi səhifə şəklində, güzgü əksli səhifələr, bir 
vərəqdə iki maşın səhifəsi olmaqla, braşura səhifəsi kimi) verilir. Növbəti addımda «Источник бумаги» bəndini 
seçməklə parametrləri verilmiş ilkin yazı bölməsinin hansı səhifədən başlayacağını (cari səhifədən, yeni səhifə 
sütunundan (əgər səhifə sütunlara bölünübsə), yeni səhifədən, tək və ya cüt səhifədən) müəyyənləşdirirlər. Eyni 
zamanda bu bənddə səhifənin xüsusi başlıqlarının (kolontitulların) fərqləndirilməsi və səhifə kənarlarından onlara 
qədər olan məsafə müəyyənləşdirilir. Burada həmçinin yazının şaquli vəziyyətinin səhifənin yuxarı kənarına, 
mərkəzinə, umumi hündürlüyünə və ya aşağı kənarına görə düzləndidilməsi müəyyən edilir. Qeyd etmək lazımdır ki, 
hər üç bənddə müəyyənləşdirilmiş parametrləri bütün səhifələr üçün, seçilmiş cari bölmə üçün və ya kursor durduğu 
mövqedən sənədin sonuna qədər tətbiq ediləcəyi təyin olunur.
Sənədə səhifə nömrələrini əlavə etmək məqsədilə «Вставка» menyusunun «Номера страниц» əmrindən 
istifadə olunur. Əmr verildikdən sonra açılan pəncərədə səhifə nömrəsinin səhifənin aşağısında və ya yuxarısında 
yerləşəcəyi, secimdən asılı olaraq onun səhifənin solunda, sağında, mərkəzində və ya güzgü əksli vərəqlərdə daxildə 
və ya xaricdə veriləcəyi müəyyənləşdirir. Sonra həmin pəncərədə olan «Формат» düyməsini basmaqla növbəti 
səhifəyə keçilir. Bu səhifədə nömrələrin formatı (adi rəqəmlə, rum rəqəmləri ilə, hərflərlə verilməsi), aktivləşmədən 
sonra başlıq və alt başlıqların nömrələnməsi qaydası və nömrənin neçədən başlayacağı müəyyənləşdirilir və əmrin 
yerinə yetirilməsi ilə nömrələr səhifəyə əlavə edilir. 
Sənədə cari tarix və vaxtın əlavəsi məqsədilə «Вставка» menyusunun «Дата и время» əmrindən istifadə 
edilir. Əmr verildikdən sonra açılan pəncərədə tarix və vaxtın veriləcəyi dil və onun formatı seçilir. Xüsusi sahənin 
aktivləşdirilməsi ( həmin sahəyə işarənin əlavəsi) tarix və vaxtın avtomatik yenilənməsini təmin edir. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə