Tətbiqi proqramlar


 Microsoft Excel cədvəl redaktoru haqqında əsas məlumatlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
Tətbiqi-proqramlar-2

10. Microsoft Excel cədvəl redaktoru haqqında əsas məlumatlar. 
Bir çox məsələlərin həlli məqsədilə xüsusi proqramlar hazırlanmışdır. Belə proqramlar tətbiqi proqramlar 
adlanır. Hal hazırda müxtəlif tətbiqi proqramlarda istifadə olunur. Bunlara cədvəl prosessorlarını misal göstərmək 
olar. Bu tip proqramlar müxtəlif cədvəllərin, hesabatların hazırlanması, müxtəlif tipli funksiyalarla işləməni təmin 
edir. Belə proqramlara SuperCalc, Exsel və s. aiddir. 
Müxtəlif hesablamaların aparılması, cədvəl verilənlərinin işlənməsi, müxtəlif fəaliyyət növlərinə uyğun 
məlumatların hesabatlar şəklində tərtibi xüsusi proqram vasitələrindən istifadə ilə xeyli asanlaşdırılır. Belə 
vasitələrdən biri də Excel cədvəl prosessorudur.
Excelə elektron cədvəl də demək olar. Excel həm yeni başlayanların, həm peşəkarların, həm İT sahəsində 
çalışanların, həm qeyri sahənin adamlarının sevimli iş alətidir. Bu proqramda demək olar ki, hər iş mümkündür.
(Əgər hazır Excel cədvəli üzərində işləyəcəksinizsə sizdən xüsusi istedad tələb olunmur. Məktəbi pis qiymətlərlə 
bitirən də bu işin öhdəsindən gələ bilər. Yox əgər lazım olan iş üçün lazım olan cədvəli qurmalısınızsa onda sizdə 
yaxşı düşünmə qabiliyyəti və planlaşdırma olmalıdır. Düzdür Excel bizə lazım olan hesablama işlərini tez və dəqiq 
verir, amma biz lazım olan cədvəli qura bilməsək, lazım olan yerə lazım olan hesablamanı qoymasaq, onda Exceli 
yox, özümüzü günahlandırmalıyıq.)
Microsoft Excel cədvəl redaktorunun təyinatı və təsnifatı 
1987-ci ildə Microsoft firması 
Excel
adlı cədvəl redaktoru işləyib hazırlamışdır.Hazırda onun 
Excel 8.0 for Windows 
95/98, Excel-2000, Excel XP
və digər versiyaları istifadə edilməkdədir. 
Excel əsasən mühasibat işlərində və iqtisadi hesablamalarda istifadə edilir.Elmi –texniki hesablamalarda Excel-in 
əhəmiyyətli rolu vardır.Bu istiqamətdə Excel-in əsas təyinatı aşağıdakılardır: 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə