Tətbiqi proqramlar


 Microsoft Excel cədvəl redaktorunda fayllarla işləmək



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   60
Tətbiqi-proqramlar-2

 
11. Microsoft Excel cədvəl redaktorunda fayllarla işləmək
Excel cədvəl prosessoru ofis proqramlarından olub, «Пуск» düyməsini basdıqdan sonra açılan siyahıdakı 
«Программы» bölməsinin seçilməsi və yeni açılan pəncərədə Microsoft Offise bəndinin açılmasından sonra 
ardıcıllıqdan Microsoft Office Excel-lə yüklənir. Yüklənmədən sonra ekranda Excel-in işçi pəncərəsi görünür. 
Pəncərənin birinci sətrində cədvəl prosessorunun və sənədin adı göstərilir. İlkin variantda sənədin adı «Книга 1» kimi 
verilir. Lakin istifadəçi istəyindən asılı olaraq bu ad dəyişdirilə bilər. Sonrakı sətirsə Excelin menyularının adları, 
formatlaşdırma və standart alətlər panelləri yerləşir. Word mətn redaktorundan fərqli olaraq növbəti sətid düsturlar 
sətridir. Belə ki, sətrin ilk sahəsində aktiv olan xananın ünvanı, sonrakı sahədə isə onun məzmunu göstərilir, daha 
sonra xanalardan ibarət olan Excel işçi cədvəli görünür.
Excel faylına kitab deyilir, kitab vərəqlərdən təşkil olunub, vərəqlər elektron cədvəl görünüşündədirlər, cədvəlin 
sütunları ingilis hərfləri ilə, sətirləri rəqəmlər ilə adlandırılıb. Hər bir damanın ünvanı var və sütun sətir başlığı ilə 
göstərilir, məsələn A1. Proqramın 2003 versiyasında sütunların sayı 256-dır, A-dan IV-yə kimi sıralanıb, sətirlərin 
sayı 65536-dır, sonuncu damanın ünvanı IV65536-dır. 2007 versiyasında isə sütunların sayı 16384-dür, A-dan XFD-
yə kimi sıralanıb, sətirlərin sayı 1048576-dır, sonuncu damanın ünvanı XFD1048576-dır. Bir vərəqdə olan damaların 
sayını bilmək üçün sütunların sayını sətirlərin sayına vurub tapa bilərsiniz. Gördüyünüz kimi çox böyük rəqəmlərdir. 
Müqayisə üçün deyim ki, ölkənin bütün iqtisadi, maliyyə, statistik, sosial və s. işləri üzrə hesabatları bir Excel faylına 
yerləşdirmək olar, hələ artıq yer də qalar. Reallıqla baxsaq bu qədər sütun və sətir heç vaxt bizə lazım olmayacaq. 
Görünür Microsoft korporasiyası özünün möhtəşəmliyini göstərmək istəyir və proqram bazarında liderliyi əldən 
vermək istəmir. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə