Tətbiqi proqramlar


Excel proqramında riyazi və triqonometrik funksiyalar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə32/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
Tətbiqi-proqramlar-2

Excel proqramında riyazi və triqonometrik funksiyalar. 
Qeyd olunduğu kimi Excel cədvəl prosessoru müxtəlif hesabatların hazırlanması və mürəkkəb hesablamaların 
aparılması üçün istifadə olunur. Buna görə də müxtəlif təyinatlı funksiyalardan istifadə olunması tələbatı meydana 
gəlir. Excel cədvəl prosessorunda funksiyalardan istifadə qaydalarının ümumi prinsiplərinin öyrənilməsi xüsusi 
əhəmiyyət kəsb edir. 
Hər hansı funksiyadan istifadə etmək üçün əvvəlcə funksiyanın arqumenti xanalara daxil edilir. Sonra 
funksiyanın nəticəsi yerləşəcək xana seçilir və “=” işarəsi yazılır. Funksiyanın seçilməsi üçün ya düsturlar sətrində 
sahələr arasında yerləşən 
düyməsini, ya alətlər panelində olan həmin düyməni, ya da «Вставка» menyusunun 
«Функция» əmrindən istifadə edirik. Əmr verildikdən sonra açılan pəncərədən Kateqoriya sahəsindən funksiyanın 
tipi müəyyənləşdirilir. Exceldə istifadə olunan funksiyalar aşağıdakı kateqoriyalardan birində yerləşmiş olur: 
-10 yaxınlarda istifadə olunmuşlar; 
- Tam əlifba siyahısı; 
- Maliyyə; 
- Tarix və vaxt; 
- Riyazi; 
- Statistik; 
- İstinadlar və massivlər; 
- Verilənlər bazası ilə iş; 
- Mətn üçün; 
- Məntiqi; 
- Xüsusiyyətlərin və qiymətlərin yoxlanılması. 
Bu kateqoriyalardan lazım olunanı seçildikdən sonra, növbəti sahədə seçilmiş kateqoriyaya aid olan 
funksiyaların siyahısı verilir. Siyahıdan hesablamada istifadə ediləcək funksiya seçilir. Funksiya seçildiyi an açılmış 
pəncərənin aşağısında onun təyinatı, ümumi yazılış forması və verəcəyi nəticə haqqında məlumat verilir. “Ok” 
düyməsini basmaqla növbəti mərhələyə keçirik. Bu mərhələdə arqumentin qiymətinin və ya qiymətlərinin verilməsi 
tələb olunur. Arqument üçün ayrılmış sahəyə ya birbaşa qiymət yazılır, ya da sahənin sağ tərəfində qırmızı rəngli 
düymə basılaraq ilkin cədvələ qayıdılır. Verilənin yerləşdiyi xana və ya verilənlərin yerləşdiyi diapazon seçilir, 
yenidən sahə göstəricisinin sağındakı düyməni basmaqla arqumentlərin təyini pəncərəsinə qayıdırıq. Burada 
hesablanmış qiymət və onun haqqında məlumat verilir. “Ok” düyməsini basmaqla yenidən ilkin cədvələ nəticənin 
yerləşdiyi xanaya qayıdırıq. 
Qeyd etmək lazımdır ki, triqonometrik funksiyaların hesablanması zamanı arqumentlər dərəcə ilə deyil 
radianla verilir. Məhz buna görə də hesablamadan əvvəl və ya hesablama vaxtı dərəcə ilə verilmiş arqumentin radiana 
çevrilməsini təmin etmək lazımdır. Əgər funksiya təyinatından asılı olaraq bir neçə şərtə uyğun olaraq alınan məntiqi 
nəticələrə istinadən işləyirsə, hər bir mərhələ mötərizələr və ya nöqtə vergüllə bir-birindən ayrılır. Belə funksiyalara 
şərti keçidlə hesablama funksiyasını misal göstərmək olar.
İf ( məntiqi ifadə; nəticə doğru olanda alınan nəticə və ya hesablanacaq ifadə; nəticə yalan olduqda alınan 
nəticə və ya hesablanacaq ifadə) 
Qeyd etmək lazımdır ki, funksiyalardan istifadə zamanı bir funksiyanın daxilində digərindən istifadə imkanı 
vardır. Belə ki. əgər tələb olunubsa ki, A4 xanasındakı ədədin mütləq qiymətinin sinunsunu hesablayıb C4 xanasına 
yazmaq lazımdır, onda C4 xanasında belə bir yazılış etmək olar: 
“=SİN (ABS(A4))” 
Əgər istifadəçi funksiyanın dəqiq yazılış qaydasını bilirsə və arqumentin daxil edilməsi qaydalarına riayət edə 
bilərsə, onda nəticə yerləşəcək xananın seçilməsindən sonra o, birbaşa həmin funksiyanı klaviaturadan daxil edə bilər. 


Qeyd edək ki, funksiyalardan istifadə etdikdə istifadəçinin işlədiyi cədvəl prosessorunun hansı dildə olan 
əmrlərdən istifadə etməsini də nəzərə almaq lazımdır. Belə ki, əgər menyular və əmrlər rus dilində istifadə edilirsə, 
onda funksiyaların da rus dilində daxil edilməsi tələb olunur. Əks halda dil kimi ingilis dili istifadə edilirsə onda yaxşı 
olar ki, funksiyalar ingilis dilindəki variantda daxil edilməlidir. Bəzən bu şərt ödənmədikdə funksiyanın ona aid olan 
hesablamanı yerinə yetirə bilməməsi ilə rastlaşılır. 
Funksiyalardan istifadə edilərkən ona uyğun arqumentin istifadəçi tərəfindən araşdırılaraq verilməsi həyata 
keçirilməlidir. Əks halda nəticənin əldə olunması və ümumiyyəltə funksiyanın fəaliyyəti arzu olunmaz nəticələr verə 
bilər. 
Funksiyalardan da istifadə zamanı adi hesabatlarda olduğu kimi riyazi qanunauyğunluqlara riayət olunması 
tələb olunur. Əgər funksiyanın yazılışında səhv varsa bu haqda məlumat verilir. Səhvin düzəldilməsi üçün isə 
düsturlar sətrində düzəlişlərin aparılması daha düzgün olar. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə