|
Tətbiqi proqramlarSlayd və struktur rejimləriTətbiqi-proqramlar-2Slayd və struktur rejimləri
Slayd rejimində təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil
etmək olar.
Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından.
Növbəti slayd
və
Əvvəlki slayd
düymələrindən, yaxud klaviaturada yerləşən
Page Down
və
Page Up
düymələrindən istifadə etmək olar.
Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişək. Struktur rejimi Adi rejimə bənzəyir, lakin burada struktur
sahəsinə çox, slayd sahəsinə isə az yer verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol
tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində yazılmış mətn yerləşir.
Burada yalnız slayd sxeminin obyekt sahələrində də yazılan mətn göstərilir.
Prezentasiyanı (nümayişi) bağlamaq.
Slaydlara baxılma rejimi. Adi rejim
PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.
Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında
yerləşən 5 düymədən birini sıxmaq lazımdır.
Slayd rejimi
- ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.
Struktur rejimi
-
slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.
Slaydları nizamlama rejimi
-
bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar.
Adi rejim
-
slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.
Slaydların nümayişi
-
hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur.
Rejimi dəyişmək üçün menyunun
Görünüş
bəndinin əmrlərindən də istifadə etmək olar
Buradakı
Qeyd səhifəsi
rejimi - təqdimatın göstərilməsi zamanı mühazirəçiyə kömək məqsədi ilə yazılmış qeydlər
üçün istifadə edilə bilər.
Yeni təqdimat yaradılan zaman avtomatik olaraq
Adi rejim
seçilir. Bu rejimdə təqdimatın pəncərəsi üç hissəyə
bölünür. Slayd hissəsi - slaydın ümumi görünüşünü; struktur hissəsi - struktur rejiminin kiçildilmiş surətini əks etdirir.
Qeyd hissəsində izahat mətni yerləşdirilir. Bu mətn slaydın üzərində göstərilmir, lakin onu Qeyd rejimində ekrana
çıxarmaq yaxud slaydla bərabər bir vərəqdə çap etmək olar
.
Dostları ilə paylaş: |
|
|