Tətbiqi proqramlar


Slayd və struktur rejimləri



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə48/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
Tətbiqi-proqramlar-2

Slayd və struktur rejimləri 
Slayd rejimində təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil 
etmək olar. 
Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından. 
Növbəti slayd
və 
Əvvəlki slayd
düymələrindən, yaxud klaviaturada yerləşən 
Page Down
və 
Page Up
düymələrindən istifadə etmək olar. 
Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişək. Struktur rejimi Adi rejimə bənzəyir, lakin burada struktur 
sahəsinə çox, slayd sahəsinə isə az yer verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol 
tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində yazılmış mətn yerləşir.
Burada yalnız slayd sxeminin obyekt sahələrində də yazılan mətn göstərilir.
Prezentasiyanı (nümayişi) bağlamaq.
Slaydlara baxılma rejimi. Adi rejim 
PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür. 
Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında 
yerləşən 5 düymədən birini sıxmaq lazımdır. 
Slayd rejimi
- ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub. 
Struktur rejimi

slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub. 
Slaydları nizamlama rejimi

bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar. 
Adi rejim
-
slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.
Slaydların nümayişi

hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur.
Rejimi dəyişmək üçün menyunun
Görünüş
bəndinin əmrlərindən də istifadə etmək olar
Buradakı
Qeyd səhifəsi
rejimi - təqdimatın göstərilməsi zamanı mühazirəçiyə kömək məqsədi ilə yazılmış qeydlər 
üçün istifadə edilə bilər. 
Yeni təqdimat yaradılan zaman avtomatik olaraq
Adi rejim 
seçilir. Bu rejimdə təqdimatın pəncərəsi üç hissəyə
bölünür. Slayd hissəsi - slaydın ümumi görünüşünü; struktur hissəsi - struktur rejiminin kiçildilmiş surətini əks etdirir.
Qeyd hissəsində izahat mətni yerləşdirilir. Bu mətn slaydın üzərində göstərilmir, lakin onu Qeyd rejimində ekrana 
çıxarmaq yaxud slaydla bərabər bir vərəqdə çap etmək olar
.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə