Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə50/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
Tətbiqi-proqramlar-2

təqdimatın nümayişi
zamanı slaydlar mausun düyməsini sıxmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. 
Slaydların keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar.
Nümayiş

 Slaydların Keçidi
əmrini seçin.
Açılan dialoq pəncərəsinin 
Effektlər
siyahısından 
Sağdan-Aşağıya Örtulmə
sətrini seçin. Orta sürətlə örtülmə üçün 
Orta
seçin. İstəyinizlə 
Effektlər
siyahısından başqa effekt seçə bilərik.
Avtomatik
sətrini işarələyin və yanındakı sahədə 3 yazmaq. Beləliklə hər slayd 3 saniyə nümayiş etdirildikdən sonra 
avtomatik olaraq başqa slaydla əvəz olunacaq.
Slaydların keçidini səslə müşayət etdirmək üçün 
Səs
siyahısında verilən variantlardan birini seçmək lazımdır.
Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək üçün 
Tətbiq 
düyməsini basmaq, sonra növbəti slayda keçib, 
onun parametrlərini göstərmək lazımdır. Bu əməliyyatları slaydların hamısı üçün yerinə yetirmək lazımdır.
Hamısına tətbiq etməli
düyməsi ilə göstərdiyimiz keçid parametrlərini təqdimatın bütün slaydlarına tətbiq edə 
bilərik.
Slaydların nümayişinə başlamaq üçün 
Slaydların Nümayişi 

 Nümayiş
əmrini seçmək lazımdır.
 
22. Microsoft Publisher proqramında informasiya bukletinin və vizit kartının 
yaradılması. 
Microsoft Publisher proqramı ilə tanışlıq. 
Microsoft Office paketinə daxil olan proqramlardan biri də Microsoft
 
Publisher proqramıdır. Bu proqram çap 
məhsullarının – bülletenlərin, elanların, sertifikatların, vizit kartlarının hazırlanması üçün nəzərdə tutulub. Bu 
məhsulları mətn prosessorlarında da hazırlamaq olar, ancaq bu sahədə Publisher proqramının imkanları daha genişdir. 
Adları sadalanan bu məhsulların hansının yaradılmasından asılı olmayaraq, Publisher proqramında işi boş vərəqdən 
başlamağa ehtiyac olmur. Bu proqramında hər bir çap məhsulu üçün çoxsaylı hazır professional maketlər təklif 
olunur.İşə başlamaq üçün seçilən maketi açmaq kifayətdir. Maket açıldıqdan sonra mətn və rəsmlər üçün nəzərdə 
tutulmuş yerlər doldurulur. Eyni zamanda rəng sxemi və şrift dəyişdirilə, maketə yeni elementlər artırıla, yaxud 
müəyyən elementlər uzaqlaşdırıla bilər. Proqram başladılan kimi ekranda Microsoft
 
Publisher proqramının baş 
pəncərəsi açılacaq. 
Publisher proqramının baş pəncərəsi Word mətn prosessoruna oxşayır. Lakin burada tapşırıqlar paneli sağda deyil, 
solda yerləşir. Tapşırıqlar panelində tez – tez istifadə olunan kamandalar yerləşdirilir. Publisher proqramında 
hazırlanan nəşr məhsullarının bütün elementləri bir – birindən asılı olmur. İstənilən elementin yerini, ölçülərini
formasını dəyişdirmək olar. 
Microsoft
 
Publisher proqramında dizaynerlər tərəfindən hazırlanmış 2000 – dən artıq şablon, 200 – dən artıq şrift, 
minlərlə şəkil, çərçivə elementləri, səseffektləri var. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə