Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
Tətbiqi-proqramlar-2

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


1 Tətbiqi proqram paketlərinin səciyyəvi xüsusiyyətləıri və təsnifatı 
Fərdi kompüterin 
proqram təminatı
– təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun 
köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə bölünür: ümumi və tətbiqi. 
Ümumi proqram
təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini 
təmin edir.
Tətbiqi proqram
təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar 
paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. 
Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi 
proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
-tətbiqi proqramlar paketi (TPP); 
-standart proqramlar kitabxanası. 

TPP müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki
kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-
biri ilə əlaqəsini təşkil etmiş olur. 

Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, və 
sair bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün 
kompüterin yaddaşına yazılır. 
TPP hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin 
toplusu və ya kompleksidir.
TPP aşağıdakı əlamətlərə görə təsnif olunurlar: 
-tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə; 
-informasiyanın işlənməsi üsullarına görə; 
-paketlərin reallaşmasına görə. 
TPP tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar: 
-əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən TPP; 
-ümumi təyinatlı TPP; 
-mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan TPP. 
İnformasiyanın işlənməsi üzrə TPP üç qrupa bölünürlər: 
-üsulyönlü TPP; 
-problemyönlü və ya problemlə bağlı TPP; 
-texnologiyayönlü TPP. 
Üsulyönlü TPP
hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) 
məsələlərin həlli üçün istifadə edilir. 
Problemyönlü TPP 
hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü TPP
informasiyaların və məlumatların icrası üçün nəzərdə tutulur. 
TPP-lərini əməliyyatyönümlü və problemyönümlü
proqramlara da bölmək mümkündür. 
Əməliyyatyönümlü TPP
öz növbəsində iki yerə bölünür: 
-məlumatların işlənməsini təmin edən paketlər
-məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər. 
Tətbiqi proqramlar ixtisaslaşmış və İnteqrasiya olunmuş proqram paketlərinə 
bölünürlər. 
İxtisaslaşmış tətbiqi 
proqramlar paketi 
ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram 
paketidir.
İnteqrasiya olunmuş proqram paketləri
ümumi təyinatlı TPP-ni funksiyalarına görə fərqləndirən, müxtəlif 
proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş TPP tərkibinə mətn 
redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya 
sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi 
istifadəçi imkanlarını genişləndirir.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə