Tətbiqi proqramlar


Ekspert sistemlərin fərqləndirici cəhətləri-



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
Tətbiqi-proqramlar-2

Ekspert sistemlərin fərqləndirici cəhətləri-
Bütün ES-lər biliklərə əsaslanan sistemlərdir (BƏS) və Sİ proqramıdırlar. 
Lakin Sİ və BƏS daha geniş anlayışlardır və buraya ES-dən başqa həm də teoremlərin isbatı, müxtəlif intellektual 
kompüter oyunları və s. daxildir. BƏS konkret predmet sahəsinə aid bilikləri cəmləşdirən, məntiqi çıxarışı təmin edən 
və həll edən intellektual proqramlardır. BƏS-in 90%-dən çoxu ekspert sistemlərdir (BƏS-ə həm də intellektual 
kompüter oyunları auddir). ES-in ən vacib və digər BƏS-lərdən fərqləndirici cəhəti məhz ekspert biliklərinə əsaslanan 
bilik bazasına malik olmasıdır. 
ES-in əsasını ekspert bilikləri təşkil edir. Bəs ekspert kimdir? Ekspert müəyyən predmet sahəsində mükəmməl biliyə, 
böyük təcrübəyə malik yüksək kvalifikasiyalı mütəxəssisdir. 
ES-in blokları 
ES-lər bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir. 
Bilik bazası (BB) problemin həllini əks etdirən faktlar və qaydalardan ibarətdir. Sonuncular biliklərin təsvir modelinə 
uyğun olaraq təşkil olunurlar . 
Verilənlər bazası bloku həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazim 
olan giriş və aralıq verilənlərindən ibarətdir. 3.3. Nəticə şıxarma mexanizmi verilənlər bazasındakı giriş verilərindən 
və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçir ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli 
tapılır. 


İzah mexanizmi sistemdə həllin tapılması ardıcıllığını, sistemdən necə istifadə olunması qaydasını izah edir. 
Aralıq mexanizm istifadəçi ilə sistem arasında münasibəti təşkil edir. 
ES-in təsnifatı 
Yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı kimi klassifikasiya oluna bilərlər. 
1.
İdentifikasiya ES - müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təyini surətlərin, dilin, radarlardan alınan 
siqnalların tanınması 
2.
Diaqnostik ES - Müşahidə olunan sistemdə ola biləcək xətalar əsasında nəticələrin çıxarılması. Xəstəliklərin 
diaqnozu, texniki nasazlıqların müəyyən olunması 
3.
İdarəetmə ES - Cari vəziyyətlərin ardıcıl şərhi, təhlili və idarəedici qərarın verilməsi. Dəmiryol, quru, hava, 
dəniz nəqliyyatlarının idarə edilməsi 
4.
Layihələndirmə ES Verilmiş sənədlərə uyğun mürəkkəb konfiqurasiyaların yaradılması. Verilmiş 
məhdudiyyətlər daxilində predmetin prototipinin yaranması 
5.
Proqnoz ES - Verilmiş vəziyyətə görə ehtimal olunan nəticələrin çıxarılması Havanın, hücum hərəkətinin 
təyin olunması, demaqrafik, ticarət ehtimalları 
6.
Planlaşdırma ES - Obyekti müəyyən vəziyyətə gətirən situasuyalar ardıcıllığı. Eksperimentlərin 
planlaşdırılması, robotun hərəkətinin, obyekti müəyyən vəziyyətə gətirən situasiyalar ardıcıllığının 
öyrənilməsi 
7.
Моnitorinq ES - Əvvəldən ortaya şıxmış kritik vəziyyətlərin ardıcıl izlənməsi Əməliyyatdan sonra xəstənin 
halının izlənməsi, vəziyyətin əsas parametrlərinin izlənməsi 
8.
Təhsilləndirmə ES - Ekspertlərin təhsil alanlara məsləhətləri, tələbələrin biliklərinin yoxlanılması Öyrədici 
sistemlər 
Biliklərin paylanma xarakterinə görə mərkəzləşmiş və paylanmış BB əsasında yaradılan ES mövcuddur. 
Giriş icazəsinin olmasına görə ES fərdi və kollektiv ola bilərlər. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə