Tətbiqi proqramlar


 Microsoft Word mətn redaktoru haqqında əsas məlumatlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə8/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
Tətbiqi-proqramlar-2

6. Microsoft Word mətn redaktoru haqqında əsas məlumatlar 
EHM-larının yarandığı ilkin dövrlərdən başlayaraq digər məsələlərin həlli ilə bərabər hər bir müəssisənin 
fəaliyyətində mühüm əhəmiyyətə malik sənədləşmə ilə əlaqədar mətnlərin yığılmasının proqram vasitələrinin 
yaradılması üzərində iş aparılırdı. Yaradılan redaktorlarda müxtəlif əlifbalar, şriftlər və işarələrin (hərf, rəqəm və digər 
işarələrin) müxtəlif parametrlərinin təyin olunması imkanlarına malik deyildi. Məhz bunu nəzərə alaraq Windows 
proqram örtüyü yarandığı vaxtdan mətnlərin yığılması, onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün mətn 
redaktoru olan Word mətn redaktoru istifadəyə verildi. Bu redaktor Windows əməliyyatlar sisteminin inkişafına və 
yeni versiyalarının yaradılmasına uyğun olaraq yeni imkanların əlavəsi ilə təkmilləşdirildi. Eyni zamanda Word mətn 
redaktoru Windows əməliyyatlar sisteminin Offis proqramı kimi mübadilə, müxtəlif proqramların əlaqəli işləməsi, 
müasir tələbatlara uyğun xüsusiyyətləri də özündə cəmləşdirdi. Word sürətli əmrlər yığımı və yazının qramatikasını 
yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı 
tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. 
Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir 
Mətn redaktorları mətnlərin yığılması, onların redaktəsi, mətn sənədlərinə müxtəlif obyektlərin əlavə edilməsini 
həyata keçirir.” Word” proqramı vasitəsilə istənilən bir mətbuat vasitəsini yığmaq olar. WordPad proqramı Word 
mətn prosessorunun ən sadə variantıdır. Word proqram paketi Microsoft firması tərəfindən hazırlanmış və onun bir 
variantı mövcuddur: Word 97, Word 2000/2002/2003/XP. 
Word proqramının icra edici faylı WinWord. exe-dir.
Word proqramının yüklənməsi: 
-
İşçi stolda Office panelindən “W” düyməciyinin üzərində MOUSE-un sol düyməsini sıxmaqla; 
-
Windows-un işçi stolundan; 
-
Пуск menyusundan Пуск →Программа→ Microsoft Word
-
Windows sistemi ilə birlikdə, yəni Автозагрузчик vasitəsilə; 
-
Word sənədlərindən.
Yükləməni işçi stoldakı proqrama uyğun piktoqramdan və Word sənədinin işarəsindən də yükləmək 
olar.Yüklənmədən sonra redaktorun işçi pəncərəsi aşılır. Pəncərənin birinci sətrində redaktorun və aktiv faylın adı 
verilir. Əgər fayl açılmayıbsa, onda onun əvəzinə Document1 göstərilir. Sonrakı sətirdə redaktorun əsas menyuları 
verilir. Daha sonra standart və formatlaşdırma alətlər panellərinin işçi lentləri verilir. Bu işçi lentlərdən sonra 
redaktorun işçi oblastı yerləşir. Bu hissənin yuxarı və sol hissəsində ölçü xətkeşləri, sağ və aşağı hissəsində isə işçi 
oblastda hərəkət düymələri yerləşir. İşçi oblastdan sonra sənəd görünüşü və sənəd haqqında məlumatlar sətirləri 
yerləşir. Burada səhifə, sətir, səhifələrin sayı, sütun və yerinə yetirilən əməliyyat haqqında məlumat verilir. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə