Tətbiqi proqramlar


Mətnin çərçivəyə alınması və fon rəngi verilməsi



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
Tətbiqi-proqramlar-2

Mətnin çərçivəyə alınması və fon rəngi verilməsi 
Sənəd hissəsinin və ya səhifənin çərçivəyə alınması və mətn hissəsinin fonunu rənglənməsi məqsədilə
«Границы и заливки» əmrindən istifadə olunur. Bu əmr verildikdən sonra açılan pəncərənin imkanları ilə qoyulacaq 
çərçivənin forması. Çərçivə xətlərini tipi, qalınlığı, rəngi və s. müəyyənləşdirilir. Fon rəngi də həm rəng. həm də 
naxışlar baxımından müxtəlif cür seçilə bilər. 
«Формат» menyusunun «Колонки» əmri vasitəsilə sənədin yerləşdiyi səhifələr sütunlara bölünə bilər. Əmr 
verildikdən sonra açılan pəncərədəki parametrlərin verilməsindən asılı olaraq sütunların sayı, onların eni, aralarındakı 
məsafə, sütunlaşmanın sənədin aid olduğu hissə müəyyənləşdirilə bilər. 
Bu menyunun «Табуляция» əmri kursorun klaviaturanın Tab düyməsi vasiitəsilə hərəkətini və hər hərəkət 
sıçrayışının məsafəsini, tabulyasiya məsafəsinin düzləndirilmə tərəfini və məsafənin doldurulacağı işarəni 
müəyyənləşdirə bilər. 
«Формат» menyusunun «Буквица» əmri seçilmiş hərf və ya hərflərin xüsusi obyekt kimi forma almasına, 
ölçülərini dəyişdirilməsi və əsas mətndən məsafənin müəyyənləşdirilməsinə imkan verir. Menyunun «Направление 
текста» əmri vasitəsilə bu cür formaya salınmış hərf və ya hərflərin, eləcə də cədvəl xanalarındakı sözlərin yazılış 
istiqamətlərini müəyyənləşdirir. 
«Формат» menyusunun «Фон» əmri vasitəsilə sənəd yerləşən sənifənin bütövlükdə fonunun tərtibatı həyata 
keçirilir. Belə ki, əmr verildikdən sonra açılan yeni pəncərədə verilən istənilən rənglə fonu rəngləmək olar. Eyni 
zamanda açılan pəncərədəki «Способы заливки» rejiminin seçilməsi ilə fon yalnız bir rənglə deyil şəkillə, müxtəlif 
rənglərin qarışığı ilə, əvvəlcədən hazırlanmış xüsusi tərtibatlı təsvirlə doldurula bilər. Burada verilən «Подложка» 


rejimi isə səhifə fonuna müxtəlif şəkil və yazıların dioqonal, üfiqi və ya digər formalarda solğun rəngdə fon şəkili 
kimi verilməsinə imkan yaradır. 
Bu menyunun digər əmrləri ilə redaktorun mövcud standart mövzulara («Тема») uyğun format tərtibatının 
istifadəsinə, sənəd olan pəncərədə müxtəlif tərəflərdə yerləşən cərcivələrdə («Рамки») eyni sənədin müxtəlif 
variantlarını görməklə işləmə imkanlarını, mövcud formatlaşma parametrlərinin tətbiqi imkanlarını («Автоформат») , 
yazılış və tərtibat üçün yeni formatlaşma stillərini yaradılmasını («Стили и форматирование»), tərtib edilmiş sənədin 
və ya sənəd hissəsinin formatlaşma parametrlərinin araşdırılmasını («Показать форматирование») da həyata keçirə 
bilər. Eyni zamanda menyunun «Объект» əmri vasitəsilə seçilmiş sənəd obyektini də əmrin verilməsi ilə ekranda 
görünən xüsusi alətlər panelinin alətlərinin köməyi ilə formatlaşdırmaq olar. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə