Tətbiqi proqramlar


Word proqramında cədvəllərlə işləmək



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
Tətbiqi-proqramlar-2

Word proqramında cədvəllərlə işləmək 
MS Word mətn redaktorunda digər obyektlərlə yanaşı cədvəllərin tərtibi və onlardan istifadə edilməsi 
imkanları da mövcuddur. Cədvəllərin yaradılması iki üsulla: alətlərin köməyi ilə (qələm, pozan və s.) və əmrlərlə 
yerinə yetirilə bilər. Birinci halda adətən «Таблица» menusunun «Нарисовать таблицу» əmri verilir. Ekrana əgər 
yoxdursa alətlər paneli gəlir. Paneldəki qələmdən istifadə etməklə cədvəl xətlərinin tipi, qalınlığı, rəngi seçilərək 
ekranda cədvəlin ümumi konturu, daha sonra sətir və sütunlar çəkilir. Cədvəlin hər hansı xəttinin silinməsi məqsədilə 
paneldəki pozandan istifadə edilir. 
İkinci halda cədvəlin ekrana əlavəsi üçün həmin menyunun «Вставить» əmrinin «Таблица» bəndi seçilir. 
Əmr verildikdən sonra ekranda açılan yeni pəncərədəki uyğun sahələrdə sütun və sətirlərin sayı, sütunların eninə 
uyğun parametrlər, dəyişməyən en, daxil ediləcək məzmuna görə en, pəncərənin aktiv hissəsinin görə en 
variantlarından biri verilir. Parametrlərə uyğun cədvəl kursor duran mövqeyə əlavə edilir. 
Cədvəl xanalarına yazılar daxil edilərkən yazıların xanada üfiqi yerləşməsi adi sənəd yazılarında olduğu kimi 
həyata keçirilir. Lakin yazıların şaquli yerləşməsini müəyyənləşdirmək üçün yerləşməsinin «Таблица» menusunun
«Свойства таблицы» əmrindən istifadə etmək lazımdır. Bu əmrin «Ячейка» bəndində verilən parametrlərlə yazının 
xanada yerləşməsini təyin etmək olar. Qeyd edək ki, menyunun bu əmrindən həm də sətir və sütunların da dəqiq 
ölçülərini vermək mümkündür. 
Cədvəlin sətir və sütunlarının ölçülərinin nizamlanması üçün kursotu lazımi sərhəd xəttinin üzərinə qoymaq, 
ikitərəfli ox şəkli alındıqdan sonra düyməni basılı saxlayaraq xətti hərəkət etdirməklə lazımi ölçünü əldə etmək olar. 
Cədvələ yeni sətir, sütun, xana əlavə etmək üçün «Таблица» menyusunun «Вставить» əmrinin uyğun 
bəndlərindən istifadə etmək lazımdır. Qeyd edək ki, xana əlavə edildikdə sürüşdürülmə istiqaməti də soruşulur. 
Cədvəlin və onun elementləri olan sətir, sütun və xananın silinməsi «Таблица» menyusunun «Удалить» 
əmrinin uyğun bəndləri vasitəsilə həyata keçirilir. Əlbəttə, ləğv etmə seçmə olmadıqda kursorun içərisində durduğu 
cədvələ, sətirə, sütuna və ya xanaya aid edilir. Əgər bir neçə elementin ləğvi və ya ölçülərinin dəyişdirilməsi nəzərdə 
tutularsa, onda onları seçmək lazımdır. Bu adi mətn seçildiyi kimi də həyata keçirilə bilər, ya da menyunun 
«Выделить» əmrinin bəndlərinə uyğun da həyata keçirilə bilər.
Əgər cədvəlin bir neçə xanasını birləşdirmək lazımdırsa onda birləşdiriləcək xanalar seçildikdən sonra 
«Таблица» menyusunun «Объединить ячейки» əmrini veririk. Əgər bir xananın bölünməsi gərək olarsa, həmin 
xanada kursoru yerləşdirərək menyunun «Разбить ячейки» əmrini veririk. Əmr verildikdən sonra xananın bölünəcəyi 
sətir və sütunların sayı verilir və əmr yerinə yetrilir. 
Cədvəlin özünü də bölmək olar. Bu məqsədlə cədvəl daxilində kursoru yerləşdirərək «Таблица» 
menyusunun «Разбить таблицу» əmrini veririk. Cədvəlləri birləşdirmək üçün isə onlar arasındakı məsafənin 
seçilərək ləğvi kifayətdir. 
Cədvəlin formatlaşdırılmasının mövcud cədvəl formalarından hər hansı birinə uyğun yerinə yetirilməsi üçün 
menyunun «Автоформат» menyusundan istifadə edilir. Əmrin verilməsindən sonra ekranda müxtəlif formatda olan 
cədvəllərin variantları verilir. İstifadəçi istəyinə uyğun variantı seçir, onun dəyişəcək və dəyişməz qalacaq 
parametrlərini müəyyənləşdirərək yerinə yetirmə verilir. 
Cədvəl sütunlarını və sətirlərini ölçülərinə görə eyniləşdirilməsi məqsədilə «Таблица» menyusunun 
«Автоподбор» əmrindən istifadə edilir. Bu əmrin variantlarına görə eyniləşdirmə məzmuna, aktiv pəncərənin eninə, 
qeyd olunmuş enə, seçilmiş elementlərin ümumi ölçülərinin elementlərin sayına bölünməsi ilə alınacaq. 
Menyunun «Загаловки» əmri ilə adətən seçilmiş sətir və ya sütun (adətən birinci sətir və ya birinci sütun) 
başlıqlar sətri və ya başlıqlar sütunu kimi qəbul edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, menyunun əmrlərindən 
istifadə edərək seçmə, müəyyən hesablamaların aparılması və digər uyğun əməliyyatlarda başlıqlar nəzərə alınmır. 
«Таблица» menyusunun «Переобразовать» əmrinin köməyi ilə seçilmiş cədvəli mətnə və seçilmiş mətni 
təyin olunmuş şərtlərlə cədvələ çevirmək mümkündür. 
Menyunun « Сортировка» əmri cədvəlin daxilindəki verilənlərin seçilməsini və ya çeşidlənməsini həyata 
keçirir. Belə ki, əgər cədvəl məlumatları hərflərdən ibarətdirsə, onlar ya əlifba sırası, ya da əks sıra ilə düzülür, əgər 
məlumatlar rəqəmlərdən ibarətdirsə onda məlumatlar artma və ya azalma sırası ilə düzüləcək. Əmr verildikdən sonra 
əvvəlcə seçmə aparılacaq sütun müəyyən edilir, daha sonra seçmə obyektinin mətn və ya ədəd olduğu 


müəyyənləşdirilir və nəhayət seçmə əlaməti (artma və ya azalma) verilir. Qeyd edək ki, bu seçmə ardıcıl bir necə 
sütuna görə də aparıla bilər. Lakin şərtlərin hər biri əvvəlkini inkar etməməlidir.
Əslində Word mətn redaktorunda sənədə əlavə olunan cədvəllər hesablanan cədvəllər olmurlar. Lakin bəzən 
cədvəllərdə bəzi sadə hesabatların aparılması tələbatı yaranır. Bu məqsədlə menyunun «Формула» əmrindən istifadə 
edilir. Əvvəlcə nəticə yerləşdiriləcək xana müəyyənləşdirilir. Bu adətən ya sonuncu sətrin, ya da sonuncu sütunun 
xanası olur. Sonra əmr verilir. Açılan pəncərədə istifadə ediləcək funksiya «Вставить функцию» sahəsində verilən 
variantlar içərisindən seçilir. Nəticənin adətən ədəd olduğunu nəzərə alaraq «Формат числа» sahəsindən ədədin 
formatı müəyyənləşdirilir. Bundan sonra «Формула» sahəsində “=” işarəsindən sonra yazılmış funksiyanın arqumenti 
göstərilir. Əməliyyatları əksəriyyəti cədvəl diapazonları üçün aparıldığından burada adətən xanalar diapazonu 
göstərilir. Məsələn, C1:C6 və ya B1: D1. qeyd edək ki, diapazonların göstərilməsində sütunların fikrən latın hərfləri 
ilə əlifba sırası ilə nömrələndiyi, sətirlərin isə rəqəmlərlə ardıcıl olaraq nömrələndiyi nəzərdə tutulmalıdır. 
İstifadə edilən funksiyalara gəldikdə, burada makimumun, minimumun tapılması, diapazonda elementlərin 
sayı, ədədin yuvarlaqlaşdırılması, cəmin hasilin hesablanması, mütləq qiymətin və tam hissənin, qalıq hissənin 
verilməsi və s. funksiyalar vardır. 
Cədvəldə cədvəl torunun ekranda görünüb-görünməməsinin «Таблица» menyusunun «Отображать сетку» 
əmri ilə yerinə yetirmək olar. Lakin qeyd edək ki, bu məqsədə nail olmaq üçün, daha döğrusu cədvəl torunun ekranda 
görünməməsi üçün onun xətlərinin, yəni çərçivə xətlərinin əvvəlcədən seçilərək rəngsizləşdirilməsini həyata keçirmək 
lazımdır. Bu halda cədvəl xətləri böz rəngdə olacaq. Belə halda cədvəl torunun ekranda görünməməsini təmin etmək 
olar. Bütün bu qeyd olunanların həyata keçirilməsi üçün menyunun «Свойства таблицы» əmri verilərkən açılan 
pəncərədəki «Границы и заливки» əmrindən istifadə etmək lazımdır. 
Qeyd edək ki, «Свойства таблицы» əmrini verərkən açılan pəncərənin aşağısında olan «Параметры» əmri vasitəsilə 
cədvəl daxilində xanalarda işlək sahələrin, verilənlər sahələrinin cədvəl xanalarının kənarlarına görə yerləşməsini də 
müəyyənləşdirmək mümkündür. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə