Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə27/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
Tətbiqi-proqramlar-2

Вставка- Имя-
Создать
əmrlərini seçirik.Açılan pəncərədən 
В строке выше 

 В столбце слева
(və yaxud da 
В строке ниже,В 
столбце справа
) parametrlərini işarələyib-
OK
Hər hansı bir adı silmək üçün 
Вставка-Имя- Присвоить
əmrlərini ardıcıl seçirik.Bu zaman ekrana 
Присвоение 
имени
pəncərəsi açılacaqdır.Имя- sətrində silinəcək adı qeyd edib- 
Удалить
 
13. Microsoft Excel cədvəl redaktorunda formatlaşdırma əməliyyatı 
İşçi kitablar və işçi səhifələr 
Excel - in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls olan fayl şəklində yadda saxlanılır. İşçi kitab 
yaradıldıqda və ya açıldıqda o ayrıca bir pəncərə şəklində təsvir olunur. Hər bir kitab işçi vərəqələrdən təşkil 
olunmuşdur. 
Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə tutulub. Hər bir 
vərəqə sətir və sütunlardan təşkil olunur. Belə sütunların sayı 256-dır. Sətirlər 1, 2, 3, ... və sütunlar A, B, C, ... kimi 
işarələnir. Hər bir xana sətir və sütunun kəsişməsi olduğundan şahmat taxtasındakı kimi A1, G5, İ45 və s. kimi 
adlandırılır.
Əslində bu görünən cədvəllər Excelin işçi vərəqləri adlandırılır. Ümumilikdə isə işçi vərəqlər Excel kitabında 
birləşdirilir. İşçi cədvəldən sonrakı sətirdə Excel cədvəl prosessorunun yüklənməsi ilə aktiv olan işçi vərəqlərin 
siyahısı verilir. Onlardan hər hansı birinin seçilməsi həmin işçi vərəqin ekrana verilməsini təmin edir. 
Exceldə verilənlərin təsvir formalarından asılı olaraq vərəqələrin aşağıdakı tipləri mövcuddur: 
-
cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi; 
-
diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi
-
cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanılması üçün makroslar vərəqi.
Excel kitabdakı vərəqlərin sayını artırıb, azaltmağa imkan verir. Bir qayda olaraq bir vərəqdə bir cədvəl 
yaradılır. 


İşçi vərəqin hər hansı xanasının üzərində Mous-un göstəricisini qoyaraq düymənin basılması onun 
seçilməsinin müəyyənləşdirir. İstənilən sətri seçmək üçün ona uyğun rəqəmin üzərində düyməni basmaq kifayətdir. 
Sütunu seçmək üçün ona uyğun hərfin üzərində düyməni basmaq lazımdır. Cədvəlin bir neçə xanası düyməni basılı 
saxlamaqla hərəkət etdirməklə yerinə yetirilir. Bu seçmədə seçilmiş hissəyə aid sol yuxarı küncdəki xananın rəngi 
digər seçilmiş xanalardan fərqlənir. Əgər istifadəçi bütün işçi vərəqi seçmək istəyirsə sadəcə olaraq yuxarı sol 
küncdəki adsız xanada düyməni basmaq kifayətdir. 
İşçi vərəqin sətirlərini ölçülərini dəyişmək üçün onun aşağı sərhəddi olan xəttin üzərində duraraq, 
müəyyənləşdirici rəqəm olan xanada, düyməni basılı saxlamaqla aşağı çəkmək lazımdır. Sütunu ölçülərini də 
dəyişmək üçün sağ sərhəddə uyğun xəttin üzərində durmaqla sərhəddi çəkmək lazımdır.
İşçi vərəqə yeni xana, sətir və sütun əlavə etmək üçün «Вставка» menyusunun uyğun «Ячейки» ( xanalar), 
«Строки» ( sətirlər), «Столбцы» (sütunlar ) əmrlərindən istifadə olunur. 
Kitabın siyahıda verilən vərəqlərindən əlavə işçi vərəq lazım olarsa, onda yenə həmin menyunun «Лист» 
əmrindən istifadə edilir. 
Əgər cədvəl çox böyükdürsə əvvəlini və axırını görmək üçün ortadakı sütunları və ya sətirləri gizlədə bilərik. Əgər 
vərəqdə məxfi məlumatlar varsa və siz də bu vərəqi gözdən gizli saxlamaq istəyirsinizsə, 2003 versiyasında Format 
menyusundan Sheet-Hide (Лист-Скрыть) seçməlisiniz. 2007 versiyasında isə bu işi vərəqin adı üzərində sağ düyməni 
vurub Hide (Скрыть) seçməklə edə bilərsiniz. 2003 versiyasında bu əməliyyatı vərəqin kontekst menyusuna əlavə 
etməyi unudublar. Gizli vərəqi aşkar etmək üçün həmin yerdən Unhide (Отобразить) seçmək lazımdır. 
Əgər siz bütün cədvəli gizlətmək istəsəniz onda 2003 versiyasında Window-Hide (Окно-Скрыть), 2007 
versiyasında View-Hide (Вид-Скрыть) seçə bilərsiniz. Gizlədilən kitabı görünən etmək üçün həmin yerdən Unhide 
(Отобразить) seçilir. 
İşçi vərəqin ləğvi üçün isə«Правка» menyusunun «Удалить лист» əmri istifadə ediləcək. Bu menyunun 
«переместить/ скопировать лист» əmrindən istifadə etməklə aktiv işçi vərəqin siyahıdakı yerini dəyişmək və ya 
surətini həmin sıyahıya əlavə etmək mümkündür. İstənilən işçi vərəqin adını dəyişmək üçün onun adı üzərində 
düyməni ardıcıl olaraq iki dəfə basmaq və köhnə adı silərək, yenisini əlavə etmək olar. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə