Tətbiqi proqramlar


Cədvəldə (Tables) saxlanılır.  Sorğular



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə35/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
Tətbiqi-proqramlar-2

Cədvəldə
(Tables) saxlanılır. 
Sorğular
(Queries) vasitəsilə cədvəllərdən müəyyən 
şərtlərə uyğun olan verilənlər seçilir. 
Formalar
(Forms) informasiyanın lazımi şəkildə daxil edilməsi və nəzərdən 
keçirilməsinə imkan verir. 
Hesabatlar
(Reports) informasiyanın istənilən şəkildə çapa verilməsini təmin edir.

 Microsoft Access. MS Access proqramının obyektləri.
MS Access proqramı məlumatları saxlamaq, axtarmaq və təqdim etmək imkanlarını verən aşağıdakı obyektlərdən 
ibarətdir: 

Cədvəllər (Tables)
verilənlər bazalarının əsasını təşkil edir . Bütün məlumatlar bazalarda saxlanılır. MS Access 
proqramında çoxlu sayda cədvəllər yaratmaq olar. - 
Formalar (Forms)
məlumatların cədvəllərə daxil edilməsini və 
baxışını forma pəncərəsi vasitəsilə yerinə yetirmək üçün istıfadə olunur. Formalar məlumatları ekranda məhdud 
şəkildə əks etdirməklə, məlumatların həcmini azaltmaq və məlumatları ekranda tələb olunan şəkildə təsvir etmək 
imkanı verir.

Hesabatlar (Repots)
verilənlər bazalarındakı məlumatları çap məqsədilə sənəd çəklində əks etdirmək üçün istifadə 
olunur.

Sorğular (Queries)
verilənlər bazalarındakı məlumatların tapılıb əldə edilməsi vasitəsidir. MS Access proqramında 
sorğuların yaradılmasında nümunəyə görə sorğu adlanan üsuldan istifadə olunur. Sorğular vasitəsilə lazım olan 
məlumatları müxtəlif şərtlərə əsasən bir və ya bir neçə cədvəllərdən tapmaq olar. 
- Səhifələr (Pages)
İnternet və ya 
İnternet şəbəkələri vasitəsilə MS Access və ya MS SQL Server verilənlər bazalarında saxlanılan verilənlərə baxmaq 
və onlarla işləmək üçün xüsusi Web səhifələrini hazırlayır. 
MS Access proqramın yüklənməsi və əsas işçi pəncərənin elementləri. 
Access tətbiqi proqramı yükləndikdə ekranda Access pəncərəsi görünür. Access-in menyusu istifadəçi üçün lazım 
olan işin yerinə yetirilməsi əməliyyatlarını muəyyən edən əmrləri özundə birləşdirir. Access verilənlər bazası ixtiyari 
rejimdə əlverişli istifadəçi interfeysini təmin edir. Access yükləndikdən sonra onun pəncərəsi ilə eyni vaxtda 
verilənlər bazasının yaradılmasına başlamağı və ya mövcud verilənlər bazası ilə işləməyə imkan verən birinci dialoq 
pəncərəsi də görünür. Pəncərənin «Файл» menyusunun «Создать» əmrini verməklə sağ tərəfdə yeni açılmış işçi 
pəncərədən «Новая база данных» rejimi seçilir. Bu rejim verildikdən sonra ekranda yeni pəncərə əks olunur. Bu 
pəncərədə yaradılacaq verilənlər bazasına ad verilir və həmin ad yaddaşa yazılır. Növbəti açılan pəncərənin sol 


tərəfində Access obyektləri verilir. Verilənlər bazası pəncərəsində Access obyektiərinin əsas tipləri: cədvəllər, 
sorğular, formalar, hesabatlar, səhifələr, makroslar, modullar verilir. 
Əgər istifadəçi artıq mövcud olan verilənlər bazası ilə işləmək istəyirsə onda «Файл» menyusunun «Открыть» 
əmrindən istifadə edib, açılan pəncərədən lazım olan bazanın adını seçərək onu açır. 
Verilənlər pəncərəsinin işci sahəsi Access-in seçilmiş tipdən olan müraciətlərinin siyahısını əks etdirmək üçündür. 
Verilənlər bazasının yaradılması üçün açılan pəncərədə ilkin sətirdə üç düymə verilir. Həmin düymələrin təyinatı 
aşağıdakı kimidir: 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə