Tətbiqi proqramlar


Excel proqramında diaqramların qurulmasında mərhələlər



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   60
Tətbiqi-proqramlar-2

Excel proqramında diaqramların qurulmasında mərhələlər.
Funksiyalar və müxtəlif hesablama 
qaydaları və imkanlarından istifadə ilə yanaşı Excel cədvəl prosessoru göctəricilərin, asılılıqların və funksiyaların 
uyğun qrafik və dioqramlarının da qurulması imkanını verir. Bu məqsədlə alətlər panelindəki 
düyməsinin 
basılması ilə və ya «Вставка» menyusunun « Диаграмма» əmrindən istifadə edilir. Əmr verildikdən sonra yeni açılan 
pəncərədə tip sahəsindən qurulacaq diaqramın və ya qrafikin tipi seçilir. Avtomatik olaraq onunla yanaşı sahədə bu 
tipə aid olan növlər göstərilir. Növlər içərisindən də tələbata uyğun olanı seçilərək növbəti mərhələyə keçilir. Növbəti 
mərhələyə keçid üçün ilkin pəncərənin aşağısında verilmiş «Далее» düyməsinin basılması ilə keçilir. Növbəti 
pəncərədə diapazon sahəsinə verilənlərin cədvəl diapazonu daxil edilir. Bu məqsədlə verilənlərin cədvəl sahəsinin 
yuxarı sol küncü ilə aşağı sağ küncündə yerləşən xanaların mütləq ünvanlarının göstərilməsi lazımdır. Ya da diapazon 
sahəsinin sağında olan düyməni basmaqla cədvələ qayıdılaraq verilənlərin olduğu hissə seçilir, sonra həmin düymənin 
basılması ilə geri qayıdılır. Qeyd edək ki, açılmış pəncərədə qurulacaq qrafik və ya diaqramların sətirlər və ya sütunlar 
üzrə aparılacağı da müəyyənləşdirilir. 
Növbəti mərhələyə, daha doğrusu qrafik və diaqramların qurulmasının 3-cü mərhələsinə keçidlə açılan 
pəncərədə pəncərə başlığında verilmiş rejimlər ardıcıl olaraq seçilərək, onlara uyğun parametrlər istifadəçi tərəfindən 
müəyyənləşdirilir. Burada verilmiş «Подписи данных» rejimi ilə qrafik və ya dioqramın verilənlərinin 
müəyyənləşdirilməsi məqsədilə onun qrafik təsviri üzərində yazılışlar ekrana verilir. Bu yazılışlar verilənlərin cədvəl 
ardıcıllığı, qiymətləri və ya kateqoriyaları ola bilər. 
İkinci rejim «Таблица данных» qurulmuş qrafik və dioqramla yanaşı verilənləri əks etdirən cədvəlin də 
təsvir hissəsində əks etdirir. 
«Заголовки» rejimi ilə diaqram və ya qrafikə ad verilir, koordinat oxlarının adları daxil edilir. 
«Оси» rejimi ilə koordinat oxları, onlar üzərindəki bölgülər, bu bölgülərə uyğun olan qiymətlərin verilib-
verilməməsini müəyyənləşdirir. 
«Линии сетки» rejimi qrafik və ya diaqramın yerləşdiyi sahədə əsas və köməkçi tor xətlərinin verilib 
verilməməsini müəyyənləşdirir. 
«Легенда» rejimi eyni koordinat sistemində əks etdirilən müxtəlif göstəricilərə uyğun qrafik və ya 
diaqramların bir-birindən fərqləndirilməsi üçün rəng və ya təsvir formalarının müxtəlifliyini müəyyənləşdirən şərti 
işarələr cədvəlinin əsas hissənin hansı tərəfində verilməsini müəyyənləşdirir. 
Növbəti 4-cü sonuncu addımda artıq tərtib olunmuş diaqram və ya qrafikin ayrıca , yoxsa verilənlərlə eyni bir 
işçi vərəqdə əks etdirilməsini müəyyənləşdirməyə imkan verir. 
Beləliklə Excel cədvəli verilənlərinə uyğun olan qrafik və diaqramlar qurulur. Qeyd edək ki, qurma 
qurtardıqdan sonra müəyyən düzəlişlərin həyata keçirilməsi, tərtibat dəyişikliklərinin həyata keçirilməsi üçün obyekt 
seçilir və sağ düymənin basılması ilə açılan kontekst menyunun əmrlərindən istifadə edilir. Bu əmrlər əslində yerinə 
yetirilən mərhələlər ardıcıllığına uyğun olan əmrlərdir. Bunlarla yanaşı qrafikin və ya diaqramın istənilən elementini 
seçməklə onun kontekst menyusundan istifadə etməklə dəyişikliklər aparmaq olar. Elementlər dedikdə, koordinat 
sisteminin əsas oxları, torun köməkçi və əsas xətləri, qrafikin yerləşdiyi əsas oblast və yalnız verilənlərə uyğun 
təsvirlərin olduğu oblast, eləcə də diaqram və ya qrafikin ad sahəsi, koordinat oxlarının ad sahələri qəbul edilir. 
Diaqram və qrafiklərin qurulmasında uyğunluğun, verilənlərin ardıcıllığının nəzarətdə saxlanılması, ümumi 
gedişatın prinsiplərinə riayət edilməsi tələıb olunur.
Qeyd edək ki, diaqramların verilməsində həm ikiölçülü koordinat sistemindən, həm də üçölçülü sistemdən 
istifadə edilir. Bu müxtəliflikdən istifadə edilməsi istifadəçi tərəfindən müəyyənləşdirilir.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə