Tətbiqi proqramlar


 Microsoft Access proqramında - Formanın hazırlanması



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
Tətbiqi-proqramlar-2

18. Microsoft Access proqramında - Formanın hazırlanması:
Access verilənlər bazası işləmək üçün istifadəçiyə qrafik interfeysin layihələndirilməsi sahəsində geniş imkanlar 
verir. Bunun mühüm vasitələrindən biri giriş-çıxış formalarıdır ki, bu da verilənlər bazası cədvəllərində yazıların ilkin 
yüklənməsini həyata keçirməyə, verilənlərə nəzarət edilməsi funksiyasını yerinə yetirməyə, həmçiıün verilənlərdə 
düzəlişlər etməyə (yeni yazırılar əlavə etmə, silmə və sahədəki verilənləri dəyidişrməyə) imkan verir. Formanın 
alınmış maketinə uyğun olaraq Access vasitələrinin köməyilə ekran formasının qurulması həyata keçirilir. Bu zaman 
hazırlıq işləri mərhələsində istifadəçinin formaya qarşı qoyduğu tələblər nəzərə alınmalıdır. Burada məlumatların 
hansı cədvəldən götürülərək əks etdirilməsi, formada hansı sahələrin verilməsi, hesablanacaq sahələrin lazım olub-
olmaması, formanın rəsmiləşdirilməsinə xidmət edən qrafik elementlərin olması, mətni və şəkilləri şərh edən 
xətlərdən istifadə ediləcəyi göstərilir. Formanın quruluşu, formanın layihələndirilməsi rejimində əks etdirilir. Bu 
rejimdə formanın sahələrinin və elementlərin sazlanması istifadəçi tərəfindən aparıla bilər. Layihələndirmə 
pəncərəsində formanın başlıq, verilənlər və əlavə qeydlər sahələri ayrılır. Formanm sahələri müxtəlif qrafik 
obyektlərdə doldurulur. Cədvəl yazılışları ilə əlaqədar olan və müəyyən sahə verilənlərının əks etdirilməsi üçün 
nəzərdə tutulan qrafik obyektlərə idarəetmə elementləri deyilir. Idarəetmə elementlərinin əsas tipləri sahə, siyahı 
sahəsi və siyahıdır. Cədvəllərlə və ya sorğularla əlaqədar olmayan qrafik obyektlər ilk növbədə formanın maketinin 
yaradılması üçün istifadə olunan və sahələrin uzərindəki qeydləri (rekvizitlərə istifadəçilərin verdiyi adlar), tətbiq 
edilən obyektləri, həmin obyektlər üzərindəki qeydləri və başlıqları özündə birləşdirir. Həmin elementlər haqqındakı 


informasiya formanın maketində saxlanılır. Forma, eləcə də onun hər bir elementi onlara nəzarət edilməsi və 
düzəlişlərin aparılmasını təmin edən xassələrə malikdir. Elementin xassəsi onun xarici görünüşünün, ölçünün 
formanın harasında yerləşməsinin, giriş-çıxış rejimlərinin, makrosların və ya proqramın təyin edilməsinə imkan verir. 
Xüsusiyyətlər dialoq pəncərəsində əks etdirilir və burada hər bir xüsusiyyət və onun qiyməti üçün yer ayrilir. 
Formadan müxtəlif məqsədlər üçün, məsələn, nəzarət edilən cədvəldə başqa yazılara keçilməsi, yazılarda düzəliş 
aparılması (əlavələr edilməsi, təkrarlanması, bərpası, çıxarılması, saxlanması), forma ilə işin yerinə yetirilməsi 
(acılması, bağlanması, təmizlənməsi, yenilənməsi) ücun muvafiq idarəetmə düymələri nəzərdə tutula bilər. Formanın 
yaradılması üçün ilkin pəncərədən «Форма» obyekti seçilir. Bu obyekt seçildikdən sonra formanın yaradılmasının iki 
üsulu verilir. Həmin rejimlər aşağıdakılardır:

formanın layihəçi rejimində yaradılması;

formanın ustanın köməyi ilə yaradılması.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə