Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
Tətbiqi-proqramlar-2

Birinci üsuldan
istifadə etdikdə yeni açılan pəncərədə formanın yaradılması, müxtəlif elementlərin, yazı və sahə 
elementlərinin əlavəsi üçün alətlər paneli verilir. Bu panelin hər bir elementindən istifadə etməklə
bazanın ayrı-ayrı 
cədvəllərinə istənilən formanı vermək olar. Seçilən alətdən asılı olaraq formanın yaradılması mərhələlərini ardıcıl 
yerinə yetirmək lazımdır. Qeyd edək ki, layihəçi rejimində formaların hazırlanması əslində böş cədvələ müxtəlif 
obyeklərin: adi yazıların, sahələrin, siyahıların, şəkillərin, düymə və keçirici açarların, qrafiklərin, müxtəlif 
redaktorların elementlərinin əlavəsi həyata keçirilir.
İknci üsulla
formaların yaradılması zamanı üsul seçildikdən 
sonra birinci mərhələdə forma veriləcək cədvəl və sahələr seçilir. Sonrakı mərhələdə formanın xarici görünüşü 
müəyyənləşdirilir (lentvari, bir sütunda, cədvəl şəklində, icmal cədvəl kimi, icmal diaqram kimi və s.). Ücüncü 
mərhələdə formanın stili verilən sahədən forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu 
mərhələyə keçilir. Bu mərhələdə formaya ad verilir. Eyni zamanda formanın verilənlərin daxil edilməsi üçün açılması 
və ya maketin dəyişdirilməsi variantlarından biri seçilərək verilir. Əgər maketin dəyişdirilməsi variantı seçilərsə, onda 
ekrana verilən formada hər bir sahəni aktivləşdirərək onun üçün ayrılmış sahəni dəyişmək və ya yeni elementləri 
əlavə etmək olar. 
 
19. Microsoft Access proqramında - Sorguların hazırlanması
Sorğu bir və ya bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə cədvəllərdən zəruri verilənlərı seçməyə, hesabatlar 
aparmağa və nəticələri cədvəl şəklində almağa imkan verir. Sorğu vasitəsilə cədvəldəki məlumatların təzələnməsi, 
əlavələr edilməsi və yazılışların çıxarılması da aparıla bilər. Sorğu verilənlər bazasını bir və ya bir neçə cədvəlləri 
əsasında qurulur. Bundan başqa digər sorğuların yerinə yetirilməsi nəticəsində alınmış və saxlanılan cədvəllərdən də 
istifadə 
edilə 
bilər. 
Sorğuların 
təyinatı 
və 
vəzifələri 
aşağıdakılardan 
ibarət 
ola 
bilər:

seçmənin şərtlərini ödəyən yazıları seçib götürmək; 
- sorğuların nəticə cədvəlinə lazım olan sahəni daxil etmək; 
- alınmış yazıların hər birində hesablamaları aparmaq; 
- bir və ya bir neçə eyni qiymətə malik olan sahələrin yazılarını qruplaşdırmaq və onlar üzərində qrup halında 
funksiyaları yerinə yetirmək; 
- seçilib götürülmüş yazılar alt çoxluğunda yeniləməni aparmaq; 
- seçilmiş yazılar alt çoxluğunu digər cədvələ əlavə etmək. 
Çoxcədvəlli sorğu verilənlər bazasının müxtəlif cədvəllərindən qarşılıqlı əlaqəli yazıların birləşdirilməsi yolu ilə 
yaradılan və bu cədvəllərin lazım olan sahələrinə daxil edilməsi hesabına yeni cədvəl yazıların formalaşdırılmasına 
imkan verir. Access sistemində bir necə növ sorğuların yaradılması mumkun olur. 
Sorgunun layihələndirilməsinin əsas prinsiplərini seçmək üçün layihələndirmə prosesini dərindən dərk etmək 
lazımdır. Sorğuların yerinə yetirilməsi nəticələri cədvəl şəklində əks etdirilir. 
Nəticə yazılarına daxil edilən sahələr istifadəçilər tərəfindən sorgu blankında göstərilir. 
Sorğu cədvəllərinin nəticələri sonradan verilənlərın işlənməsində istifadə edilir. Seçmək üçün sorgularda həmin 
məlumatlar bazasının cədvəllərindən, habelə əvvəl yaradılmış sorğulardan da istifadə edilə bilər. Bir sorğuda digər 
sorğudan bilavasitə istifadə edilməsi mümkündür. 
Sorğuların layihələndirilməsi pəncərəsi iki hissəyə ayrılır: 

Yuxarı panel özündə verilən sorğu üçün seçilmiş cədvəli birləşdirməklə, sorğunun verilənlər sxemini əks etdirir. 
Cədvəllər sahələrin siyahısı şəklində verilir. Verilənlər sxemi verilənlər bazasının sxemindəki cədvəllər arasındakı 
əlaqələri və birləşmə əlaqələrini əhatə etməklə Access VBİS vasitəsilə müəyyən edilir. Bundan başqa istifadəçi 
özündə bu cür əlaqələri müəyyən edə bilər; 


- Aşağı panel doldurulması lazım gələn nümunə üzrə sorğu blankından ibarətdir. Blankın hər bir sütunu sorğu ilə 
işlənməsi lazım gələn bir sahəyə aiddir. Sahələr onların sorğuların yerinə yetirilməsi nəticələrinə daxil edilməsi, 
müvafiq çeşidləmə üzrə tapşırıq verilməsi və yazıların secilməsi şərtlərinin muəyyən edilməsi uçun istifadə edilə 
bilər. 
Sorğu blankı doldurulan zaman aşağıdakılara əməl edilməlidir:

Sorğuda istifadə edilən sahələrin adları Поле (Sahə) sətrinə daxil edilməli, nəticə cədvəlinə daxil edilməli olan 
sahələr (ekrana çıxarılmalıdır) sətrində qeyd edilməli, yazıların seçilməsi şərti (seçilmənin şərti) sərtində verilməli, 
nəticə yazılarının çeşidlənməsi qaydasının seçilməsi ilə çeşidlənmə sətrindən götürülməlidir
- Sorğu blankının hər bir sütunu cədvəlin müəyyən bir sahəsinə uyğun gəlir. Burada həmcinin digər sahələrin 
qiymətləri əsasında qiyməti hesablanan "hesablanan sahə" və ya Access-in qrup şəkilli funksiyalarından birini istifadə 
edən "yekun sahəsi"də yerləsdirilə bilər. Cədvəllərdən lazım olan sahənin sorğunun müvafiq sütunlarına daxil 
edilməsi üçün sorğuların verilənlər sxemindəki cədvəl sahələrinin siyahısından lazım olan sahənin sorğu blankının 
birinci sətrinə gətirilməsi kifayətdir; 
Sorğu yaratmaq üçün ilkin pəncərədən «Запросы» obyektini seçirik. Sorğuların yaradılmasının da iki üsulu 
verilir: 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə