Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
Tətbiqi-proqramlar-2

birinci üsulu
seçibsə, yəni cədvəli layihəçi rejimində 
yaratmaq istəyirsə, açılan yeni pəncərədə bazanın hər bir sahəsinin adı və bu sahədəki verilənlərin tipi göstərilir. 
Pəncərənin aşağısanda verilən xüsusi sahədə verilənlərin tipi ilə əlaqədar olan müxtəlif xassə
atributlar 
müəyyənləşdirilir. Cədvəl sahələri və tiplər elan edilib qurtardıqdan sonra pəncərə bağlanılır və tələbə uyğun olaraq 
cədvələ ad verilir. Yeni yaradılmış cədvəlin adı ilkin pəncərəyə avtomatik olaraq əlavə olunur. Əgər istifadəçi 
cədvəlin yaradılması üçün 
ikinci üsulu
seçirsə, yəni cədvəli ustanın köməyi ilə yaratmaq istəyirsə, üsul seçiləndən 
sonra (onun üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaqla) açılan pəncərədə cədvəlin tipi (işgüzar, şəxsi) seçilir, 
daha sonra «Образцы таблиц» sahəsindən cədvəlin nümunəsi seçilir. Növbəti addımda «Образцы полей» 
sahəsindən lazımi sahələrin adı seçilərək ya ayrı-ayrılıqda, ya da hamısı birdən düymələr vasitəsilə «Поля новой 
таблицы» sahəsinə keçirilir. «Далее» düyməsini basmaqla növbəti mərhələyə keçirik. Burada cədvələ ad verilir. 
Bundan sonrakı mərhələdə yaradılacaq cədvəlin digər cədvəllərlə əlaqəsi və açar sahə müəyyənləşdirilir. Daha sonrakı 
mərhələdə cədvəlin strukturunda dəyişiklik olacağı, verilənlərin daxil edilməsi və ya verilənlərin forma ilə daxil 
edilməsi təyin edilir. Burada da yeni yaradılan cədvəlin adı ilkin pəncərəyə əlavə edilir.
 Üçüncü üsul
seçildikdə, yəni 
cədvəlin yaradılması verilənlərin daxil edilməsi ilə həyata keçirilməsi üsulu seçildikdən sonra açılan yeni pəncərədə 
hər bir sahənin adı hissəsində düyməni iki dəfə sıxmaqla sahə yeri aktivləşdirilir və oraya sahənin adı daxil edilir. 
Növbəti sətirlərə isə sahələrə uyğun olan verilənlər daxil edilərək yeni cədvəl yaradılır. Burada da sonda cədvələ ad 
verilir (tələbata uyğun olaraq) və həmin cədvəl ilkin pəncərəyə əlavə olunur. 
Sonrakı mərhələdə yaradılmış cədvəli seçərək açıb həmin cədvələ verilənlər daxil etmək mümkündür. Aydındır ki, 
yaradılma üsulundan asılı olaraq cədvələ ya yaradılma mərhələsində, ya da sonradan verilənlərlər daxil edilir. Cədvəl 
açıldıqdan sonra adətən pəncərənin aktiv hissəsində sahələrin adları və uyğun verilənlər, sonra isə bazanın ayrı-ayrı 
yazılarına keçidi təmin edən xüsüsi sətir yerləşir.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə