Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
Tətbiqi-proqramlar-2

View ( görünüş ) menyusu 
View ( görünüş ) menyusunun əmrləri aşağıdakılardır: - Detalis ( Təfərrüatlar) və List ( 
siyahı) əmrləri verilənlər bazası pəncərəsində obyektlərin əksolunma üsullarını göstərir. Bu əmrlə ekrana cədvəl 
şəklində verilənlər bazasının obyektləri ilə bağlı ətraflı məlumatlar ( məsələn yaranma və dəyişdirilmə tarixləri və s.) 
çıxarılır. List ( siyahı) əmri seçildikdə ətraflı məlumat yox olur; - Database Objects (verilənlər bazasının obyektləri) - 
əmri verilənlər bazasının müəyyən kateqoriyalıobyektlərinə daxil olmaq imkanı verir; - Properties ( xüsusiyyətlər) – 
ekrana berilənlər bazasının seçilmiş obyerkti ilə bağlı məlumatlar şıxarır, məsələn, obyektin saxlanıldığı yer, yaranma 
və dəyişdirilmə tarixləri və saatı haqqında məlumat verir. 
Insert menyusu
Insert( əlavə et) menyusunun əmrləri verilənlər bazası pəncərəsində yeni obyektlərin – cədvəllərin, 
sorğuların, formaların, hesabatların və s. yaradılması üçün istifadə olunur .
Tools menyusu 
Tools ( alətlər) 
menyusunun əmrləri MS Office proqram paketinin digər proqramlarında rast gəlinən menyu əmrləri ilə eynidir.
 
Window menyusu 
Window ( pəncərə) menyusu ekranda açıq olan pəncərələri idarə edən əmrlərdən ibarətdir. Bu 


əmrlər ilə açıq olan pəncərələri ekranda nizamlamaq, gizlətmək və s. olar. 
Help menyusu 
Bu menyu MS Access 
proqramı ilə işləmək üçün müxtəlif məlumatlar almaq imkanı verir. 
 16.
 
Microsoft Access-də verilənlər bazasının yaradılması 

MS Access verilənlər bazası iki üsulla yaradıla bilər. birinci üsulda boş verilənlər bazası yaradılır və sonra ona 


cədvəllər, formalar, hesabatlar və digər obyektlər əlavə olunur. İkinci üsul isə xüsusi usta proqramın köməyilə 
müəyyən tipli verilənlər bazasının yaradılmasıdır. Bu üsulla yaradılan verilənlər bazası üçün zəruri olan cədvəllər, 
formalar və hesabatlar proqram tərəfindən avtomatik yaradılır. Belə ki, MS Access proqramına böyük çeşiddə 
hazırlanmış verilənlər bazaları daxildir. Hansı üsulla yaradılmasından asılı olmayaraq hər iki halda 136 136 yaradılan 
verilənlər bazasında dəyişiklik etmək və bazanı genişləndirmək mümkündür. Boş verilənlər bazasının yaradılması 
üçün aşağıdakı əməliyyatları icra etmək lazımdır: 1. Proqram pəncərəsinin File menyusundan New əmri seçilir və ya 
alətlər sətrindən bu əmrə uyğyn düymə sıxılır. Pəncərənin sağında açılan New File dialoq pəncərəsindən Blank 
database ( boş blanklar bazası) əmri seçilir. 2. Ekrana File NewDatabase (yeni verilənlər bazası faylı) adlı pəncərə 
açılır. 3. Pəncərənin Sve in (burada saxla) sahəsindən yaradılan VB faylını saxlamaq üçün istədiyimiz qovluğun adı 
seçilir. Yeni yaradılan verilənlər bazasını saxlamaq üçün proqram öncə My Documents (Sənədlərin ) qovluğunu açır.; 
4. File name ( faylın adı) sətrinə yaradılan fayla veriləcək ad yazılır və create (yarat) düyməsi sıxılır. Ekrana yeni 
verilənlər bazasının obyektlərini yaratmaq üçün fayl pəncərəsi açılır.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə