Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə30/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   60
Tətbiqi-proqramlar-2

Разместить
 
не более чем на
çevricisini aktiv edib
Страница в 
ширину
(üfiqi istiqamətdə vərəqlərin sayı) və onun qarşısındakı sahədə (şaquli istiqamətdə vərəqlərin sayı sahəsində) 
1 göstərmək lazımdır. 
Размер бумаги
sahəsində kağızın ölçüsü, Качество печати sahəsində isə çapın keyfiyyəti seçilir. 
Номер первой страницы
sahəsində birinci səhifənin nömrəsi qeyd olunur.Əgər burada Avto verilərsə , səhifələr 1- 
dən başlayaraq avtomatik nömrələnəcək. 
Поля
bölməsində vərəqin kənar ölçüləri müəyyən edilir. 
Верхнее
колонтитула sahəsi səhifə başlığına , 
Нижнего колонтитула
sahəsi səhifə sonluğuna qədər olan məsafəni 
müəyyən edir. 
Центрировать на странице
sahəsində çap olunacaq cədvəlin vərəq üzərində 
Вертикально
(şaquli) və 
Горизонтально
(üfüqi) istiqamətlərdə mərkəzləşdirilməsi müəyyən olunur. 
Колонтитулы
bölməsində mətnlər adi üsulla daxil edilir.Səhifə nömrəsi, sənədin yerləşdiyi işçi vərəqin adı,tarix, 
vaxt və digər informasiya 
Колонтитулы
 
çərçivələrinin aşağı hissələrində yerləşən açılan pəncərələrə daxil edilir.Bu 
prosesi sürətləndirmək üçün 
Создать Верхний колонтитул
və ya 
Создать
 
Нижний колонтитул 
düymələri 
işlənir. 
Excel proqramında ünvanlar və xanalar 
Sütunun enini və ya sətirin hündürlüyünü dəyişmək üçün siçanın göstəricisini lazım olan iki başlığın arasına gətirmək 
və sol düyməni sıxıb saxlayıb çəkmək lazımdır. Bir neçə sütunu və ya sətri eyni ölçüyə gətirmək üçün həmin başlıqlar 
hamısı seçilir və hər hansı birinin ölçüsünü dəyişməklə hamısı bu ölçüyə gəlir. 
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Hər bir xana verilənləri 
mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində saxlayır. verilənlərin daxil edilməsi ilə Excel 
verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin ( 
təsir edən) və asılı olmaqla iki hissəyə bölünür. Asılı xanalarda düstur yazılır ki, bunlar da cədvəlin digər xanalarına 
istinad edir. Asılı xanaların qiymətləri cədvəlin təsir edən xanalarının tərkibində təyin olunur. Göstəricinin köməyilə 
seçilən xana aktiv və ya cari xana adlanır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün nəzərdə tutulub. xanalar ünvanının 
yaradılmasının iki üsulu mövcuddur: 
1. Cədvəl sütununun hərflərinin və sətrin nömrəsinin Qarşısında $ simvolunun yazılması mütləq 
ünvanlaşdırmanı göstərir. Məs., B$2, $K$ və s. . Exseldə bu üsul susmaya görə istifadə olunur. və “A1” stili 
adlanır. Onu qeyd edək ki, bunun üçün sətir və sütunun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər. Burada 
mümükün olan hallar aşağıdakı kimidir:
- $А4 yazılışı onun ancaq sütun ünvanını dəyişməz edir;
- А$4 yazılışı onun ancaq sətir ünvanını dəyişməz edir; 
- $А$4 yazılışı onun sütun və sətir ünvanını dəyişməz edir.
2.R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və sütunun nömrəsi kvadrat 
mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. Məs., R4C7 – 4-cü sətir ilə 7-ci sütunun 


kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. 
Ünvanların bu üsulla yazılışı “R1C1” stili adlanır. 
Excel cədvəl prosessorunda bəzən xanaların birləşdirilməsi tələb olunur. Belə halda, birləşdiriləcək xanalar 
seçilir və daha sonra alətlər panelində olan 
işarəsi basılır. əgər müəyyən mərhələdə həmin birləşdirilmiş 
xanaların yenidən əvvəlki vəziyyətə qaytarılması lazım olarsa, yenə də həmin xana seçilir və yuxarıdakı düymə 
basılır. Qeyd etmək lazımdır ki, xanaların birləşdirilməsi və əməliyyatların yerinə yetirilməsində xananın məzmununu 
tipini nəzərə almaq lazımdır. 
Cədvəl xanalarına adi verilənlər klaviatura vasitəsilə əlavə edilir. İstənilən xananın formatlaşdırılması isə 
«Формат» menyusunun «Ячейки» əmri vasitəsilə yerinə yetirilir. Bu əmr verildikdən sonra açılan pəncərədə pəncərə 
başlığında olan birinci «Число» rejimini seçməklə xanada yazılmış ədədlərin formatı müəyyənləşdirilir. Yəni burada 
olan ədədlər ümumi təyinatlı, sırf ədədi, pul miqdarı göstəricisi, maliyyə göstəricisi, vaxt, tarix, faiz, kəsr, 
eksponensial, mətn tipli və digər tiplər ola bilər. Hər bir seçilən ədədi tip özünə uyğun formatlarda verilməlidir. 
İkinci rejim «Выравнивание» rejimidir. Bu rejimdəki parametrlərlə xanada yazıların həm üfiqi, həm də 
şaquli yerləşmə qaydaları, məlumatların yazılma istiqaməti, eyni xanada yazı sətirlərinə keçid və s. müəyyənləşdirilir. 
«Шрифт» rejimi xanada və ya seçilmiş xanalarda yerləşən verilənlərin əks etdiriləcək şrift, hərflərin ölçüsü, 
rəngi və s. müəyyənləşdirilir. 
«Граница» rejimi xana və xanaların sərhədlərinin parametrlərini, xəttin tipi, qalınlığı, rəngi verilir. 
«Вид» rejimi xana daxilinin formatını, rənginin, xana daxili veriləcək naxışların tipini müəyyənləşdirilir. 
«Защита» rejimi xananın mühafizəsini təmin edir. Lakin bu mühafizə ümumi kitab mühafizə olunduqda 
aktivləşə bilər. 
Tərtib olunmuş cədvəldə sütunların, sətirlərin ölçülərinin dəqiqləşdirilməsi də «Формат» menyusunun uyğun 
əmrlərindən istifadə olunur. Həmin menyunun «Условное форматирование» əmri ilə seçilmiş xanaların müəyyən 
şərtlər daxilində formatlaşdırılmasını da aparmaq mümkündür.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə