Tətbiqi proqramlar


Tətbiqi proqram paketlərinin quruluş elementləri



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
Tətbiqi-proqramlar-2

 
2.Tətbiqi proqram paketlərinin quruluş elementləri

TPP
-ləri sadə və mürəkkəb qurluşa malik olurlar. 
Sadə qurluşlu proqram paketləri qeyri-asılı və ya qarşılqlı əlaqədə olan proqram yığımlarından ibarət olur. Proqram 
paketinin birinci üsulla təşkili zamanı TPP-lərinə standart altproqramlar kitabxanasına uyğun olan proqramlar yığımı 
kimi baxılır. Belə paketlər ixtiyarı sayda proqramları əhatə edə bilər. bununla yanaşı paketdəki proqramların sayı 


getdikcə arta bilər. Bu cür qurluşa malik paketin proqramalrı yalnız hesablama funksiyalarını yerinə yetirir və onlarda 
giriş-çıxış qurğularına müraciət funksiyasına ehtiyac olmur.
Mürəkkəb hesablama proseslərində tətbiqi proqram paketləri proqramlar ardıcıllığı və ya seriyası formasında verilə 
bilər. bu halda paketin proqramları yerləşdiyi qaydaya uyğun yaxud da ixtiyari qaydada yerinə yetirilir. 
Ümumi halda paketin proqramları müxtəlif yüksək səviyyəli alqoritmik dillərdə ola bilər. 
Mürəkkəb qurluşlu TPP-lərinə aparıcı proqram, giriş dillərindən prossessor, paketin gövdəsini təşkil edən proqram 
modulları yığımı və xidmətçi proqramlar yığımı daxildir. 
Mürəkkəb qurluşlu TPP-lərinin işlənib hazırlanmasında alqoritmik dillərin aşağıdakı üç səviyyəsində istifadə edilə 
bilər: 

Paketın modullarının yazılması üçün alqoritmik dillər; 

Proqram paketinin sazlanması zamanı konkret məsələnin həll edilməsinə lazım olan parametrlərin və 
idarəedici informasiyanın verilməsi üçün giriş dili; 

Istifadəçilərin tərtib etdikləri proqramların sistemə daxil edilməsi və onların fərdi kompüterdə icrası üçün 
paketı ıdarə edcək yüksək səviyyəli alqoritmik dil 
Paketin yaradılması ilə əlaqədar həyata keçiriləcək işləri üçün növbəti əsas mərhələlər nəzərdə tutulmaıdır: bura ilkin 
tədqiqatlar, tədqiq edilən proselərin alqoritmiləşməsi, tərtib edilmiş proqramların kompleks sazlanması, 
sənədləşmənin hazırlanması və tətbiq edilməsi daxildır. 

Ilkin tədqiqatların məqsədi paketin lahiyəsinin işlənməsi üçün materialların hazırlanmasıdır. 

Tədqiq edilən proseslərin alqoritmləşdirilməsi mərhələsində verilmiş məsəələrin tipik həll 
proselərinin alqoritmləşdirilməsi və tətbiq edilən metodların seçilməsinin əsaslandırılması həyata 
keçirilir. 

Proqramlaşdırma mərhələsində istifadə ediləcək giriş dili üçün k9mpilyator və paketin 
proqramları yaradılır, onların müstəqil sazlanması həyata kecirilir. 

Sonuncu mərhələ də müəyyən edilmiş müddət ərzində tətbiqi proqram paketinin təcrübədə 
istismarı həyata keçirilir. 
Avtomatlaşdırılmış sistemlərdə proqram paketinin işləmə rejimindən başqa digər rejimlərdən də istifadə olunur. 
Belə rejimlərə misal olaraq dialoq, həqiqi vaxt bölgüsü, reqlament, teleişləmə, interaktiv, təkproqramlı və 
çoxproqramlı rejimləri göstərmək mümükündür. 
Yuxarıda adları sadalananları həm böyük elektron hesablama maşınlarının, həm də fərdi kompüterlərin tətbiqi 
proqram paketinə aid edilir. 
Son zamanlar dünyanın aparacı firmalarının istehsal etdikləri geniş imkanlara malik daha güclü fərdi kompüterlərdə 
istifadəyə əlverişli universal proqramlar sistemi yaradılır. Bunlara misal olaraq DBASE IV, SUPER CALCIV, 
MULTIPLANI FRAMEWORK və digərlərini göstərmək mümkündür. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə