TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə137/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   133   134   135   136   137   138   139   140   141
DƏRSLİK

Kəskin YDL sindromu 
qanaxmalarda (hipotonik, dölyanı maye emboliyası) inkişaf edir.
Klinika. 
YDL sindromunun hər stadiyasının xüsusi simptomları var. Əsas xəstəliyin simp-tomları ilə yanaşı hemostazın bütün bəndlərində ciddi 
pozğunluqlar müşahidə edilir. Bunlar trom-bozlar, hemorragiyalar, şok əlamətləri (hemorragik, septik və s.) poliorqan və metabolik pozğunluq-lardır.
Uşaqlıqdan güclü qanaxma başlayır. Qanaxma əvvəl yumşaq laxtalarla olur, sonra duru qan gəlməyə başlayır. Müxtəlif yerlərdə, həmçinin inyeksiya 
yerində hematoma, petexial səpgilər müşa-hidə edilir. Kofe çöküntüsü kimi qusma, sidik yollarından qanaxma, müxtəlif orqanlara qansızma 
mümkündür.
Kəskin YDL sindromu zamanı 
I stadiya 
bir neçə dəqiqədən bir neçə günə qədər davam edir. Xroniki formada isə bir həftə davam edir. Qanın 
laxtalanma aktivliyinin artması və ya azalması, fib-rinolitik və antikoaqulant aktivliyin azalması xarakterikdir. Çox vaxt qanın analizində dəyişiklik 
ol-mur, bəzən qan götürülmüş sınaq şüşəsində qan laxtalanır. Poliorqan pozğunluqların ilk simptomla-rı meydana çıxır. Bu stadiyada müxtəlif 
orqanların damarlarında tıxanmalar və toxuma pozğunluq-ları baş verir. Damar tutulan orqana uyğun simptomlar müşahidə edilir. Ürək və beyin 
damarlarının trombla tıxanması zamanı ani ölüm baş verə bilər.
II stadiya 
– keçid stadiyasıdır. Trombositlərin sayı və protrombin indeksi, laxtalanma sistemi faktorlarının aktivliyi azalır, antikoaqulant aktivlik artır. 
Ümumi koaqulyasiya sınaqlarında müxtəlif dəyişikliklər var. 1-2 dəqiqə davam edir.
III stadiya 
– dərin hiperkoaqulyasiya dəyişiklikləri olur. Klinik olaraq müxtəlif hemorragiya-lar, hipovolemiya, anemiya ilə özünü göstərir. Bir 
neçə dəqiqədən bir neçə saata qədər davam edir. 
IV stadiya 
– bərpa və nəticə (kompensasiya və dekompensasiya). Özünü poliorqan dəyi-şikliklərlə göstərir. Saatlarla, günlərlə, həftələrlə davam 
edə bilər. Bundan sonra orqanların mik-rosirkulyasiyasının blokadası baş verir. Onlarda destruktiv dəyişikliklər yaranır, funksiyaları po-zulur. Adətən 
ağ ciyər, ürək, böyrəklər, qara ciyər, beyin, mədə-bağırsaqlar zədələnir. Bu orqanlar “

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə