TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


I faza  – şokun və ürək-ağ ciyər çatışmazlığının inkişafı. II faza



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə139/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   133   134   135   136   137   138   139   140   141
DƏRSLİK

I faza 
– şokun və ürək-ağ ciyər çatışmazlığının inkişafı.
II faza
–massiv profuz qanaxmalarla xarakterizə olunur, hipofibrinogenemiya, trombositope-niya, patoloji fibrinoz və qanın laxtalanma 
amillərinin çatışmazlığı səbəbindən inkişaf edir.
Klinika
. Dölyanı maye emboliyasının klinik şəkli onun qan damarlarına hansı sürətlə və nə miqdarda keçməsindən və qadın 
orqanizminin vəziyyətindən asılıdır.
Simptomlar doğuşun I, II dövrlərində və nadir hallarda doğuşdan sonra biruzə verir. Xəstəli-yin I stadiyasında kəskin tutmalar fonunda 
ürək-damar çatışmazlığı inkişaf edir. Üzün və ətrafların sianozu, A/T-in enməsi, taxikardiya, nəbzin dolğunluğunun zəifləməsi, ölüm 
qorxusu müşahidə edi-lir. Tənəffüs səthidir, bəzən Çeyn-Stoks tiplidir. Döş arxasında, epiqastral nahiyyədə, ayaqlarda, başda ağrılar 
olur. Xəstədə narahatlıq, boğulma, soyuq tər müşahidə edilir. Beyinin hipoksiyası nəti-cəsində tonik və klonik qıcolmalar, huşun itməsi və 
koma baş verir. Paralel olaraq ağ ciyərin ödemi, inkişaf edir. Tənəffüs boğucu və küylü olur. Köpüklü bəlğəmli öskürək müşahidə edilir. 
Auskultasi-
yada yaş xırıltılar eşidilir.
Sağ mədəcik çatışmazlığı əmələ gəlir. Ürək sərhədləri sağa doğru genişlənır. Ağ ciyər arteri-yası üzərində II tonun aksenti (,,bildirçin 
ritmi”) eşidilir. Ağ ciyər çatışmazlığı əmələ gəlir. Bir neçə dəqiqədən 2-3 saata qədər ölüm baş verir. Əgər qadın bu şok vəziyyətindən 
çıxa bilirsə xəstəliyin II stadiyası inkişaf edir. Bu, kəskin YDL sindromu formasında massiv qanaxmalarla müşayət olunur.
Dölyanı maye emboliyasının aşağıdakı formaları var: koloptoid; hemorragik; qıcolma tutma-ları ilə; ödemli; ildırımvari (sürətli, bəd 
xassəli).
Diaqnoz
. EKQ
–da (sinus və parksizmal taxikardiya), P və T dişciyinin voltajının azalması; rentgenoloji olaraq ağ ciyərlərin interstisial 
ödemi, infarkt zonası aşkar olunur. Laborator müayinə-lərdə: qanın laxtalanma müddəti və koaquloqramması aparılmalıdır.
Müalicə 
aşağıdakı plan üzrə aparılır: damar spazmının aradan qaldırılması: spazmolitiklər 
hipertenziv dərmanlar; ağciyər ödemi ilə mübarizə; oksigenoterapiya; patoloji 
kardiopulmonar simptomların aradan qaldırılması; mikrosirkulyasiyanın yaxşılaşdırılması, 
detoksinasiya; təzyiqin normallaşdırılması; şokla mübarizə; qanitirmə və qanın 
laxtalanmasının tənzimlənməsi





83 




85 




87 




89 




91 




93 




95 




97 




99 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə