TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə39/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   35   36   37   38   39   40   41   42   ...   141
DƏRSLİK

 
 
Kompressiyanı
n bir 
əllə, 
iki 
əllə, 
iki barmaqla 
aparılması 
 
 
 
 
İki əllə 
 
Bir əllə 
çox kiçik 
uşaqlard

 
İki əllə 
bir az 
böyük 
uşaqlarda 
*
Tək olduqda 
bir əlin iki barmağı ilə 
(orta-
adsız və ya orta-şəhadət 

*
İki nəfər və daha çox 
olduqda Biri hər iki əlin 4 
barmağı ilə onurğanı kürək 
altından təsbit edir və 
kompressiya olunacaq yerə 
baş barmaqların uclarını 
yanbayan, çox kiçik körpələrdə 
isə, üst-üstə qoyur. 
Döş 
qəfəsinin 
genişlənməs
Hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən 
onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin 


24 

Vaxt itkisinin 
azaldılması 
Kompressiyalardan sonra tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu süni 
tənəffüs verib, yenə də kompressiyalara qayıtmağa 10 saniyədən artıq 
vaxtitkisinə yol verməyin 
DÖŞ QƏFƏSİNİN KOMPRESSİYASI
 
 
 
 
 
A. 
Ürək-damar sistemi 
B. 
Canlandırma – qan dövranının bərpası. Circulation 
C. 
Döş qəfəsinin kompressiyasının texnikası 
A.
 
ÜRƏK-DAMAR SİSTEMİ 
Ürək-damar sisteminin əsas funksiyası oksigeni və qida maddələrini orqanizmin hər bir hüceyrəsinə çatdır- maqdır. O, 
həmçinin karbon qazının və lazımsız maddələrin orqanizmdən xaric olunmasında iştirak edir. Ürək-da- mar sistemi ürəkdən və 
qan damarlarından (arteriyalar, venalar, kapilyarlar) ibarətdir. 
*
 
Anatomiya və fiziologiya 
Ürək əzələvi üzv olub, döş qəfəsində yerləşir. Ürək qanı arteriya və vena damarları vasitəsilə bütün bədən üzrə dövr 
etdirir. 
Arteriyalar 
– qanı ürəkdən bədənin digər nahiyələrinə aparan qan damarlarıdır. Ürəkdən 
başlayan damarlar arteriya adlanaraq qanı ürəkdən ağciyərlərə və bədənin digər nahiyələrinə 
çatdırır. Ürəyə qayıdan damarlar isə vena adlanır. Arteriyalar kiçik damarlara şaxələnir. Bu 
damarlar öz növbəsində mikroskopik kapilyarlara parçalanır. Kapilyarlar bədənin bütün 
hüceyrələrinə qan daşıyır və onları oksigenlə təmin edir. Qandakı oksigen hüceyrələrə sərf 
olunduqdan sonra karbon qazı ilə zəngin olan qan venalar vasitəsilə ürəyə qayıdır. Ürəyin sağ 
mədəciyi qanı ağciyər- lərə vurur və orada qan oksigenlə zənginləşib ürəyin sol mədəciyinə 
qayıdır. Bu dövretmə 
qan dövranı 
adlanır. Ürəyin nasos (vurma) funksiyasını təmin edən 
proses təqəllüs (yığılma) adlanır və mərkəzi sinir sistemi tərəfindən idarə olunur. Bu da 
ürəyin müntəzəm işləməsini təmin edir. Orqanizmin normal fəaliyyəti üçün ürək müntəzəm 
işləyərək hüceyrələri oksigenlə təmin etməlidir. 
*
 
Qanın tərkibi və miqdarı 
Qan maye hissədən – plazmadan və onun içərisində üzən qan hüceyrələrindən (formalı elementlərdən): erit- rositlər 
(qırmızı qan cisimcikləri), leykositlər (ağ qan cisimcikləri), trombositlərdən və s. ibarətdir. İnsanlarda qanın ümumi həcmi 
normada bədən çəkisinin 6–8%-ni təşkil edir, yəni 4,5–6,1 litr olur. 
Eritrositlərin tərkibində olan hemoqlobin oksigeni toxumalara, karbon qazını isə toxumalardan ağciyərlərə daşıyır. 
Leykositlər orqanizmin mikroblardan, bakteriyalardan, viruslardan və s. yad maddələrdən qorunmasında mühüm rol oynayır, 
yəni immuniteti təmin edir. Trombositlər qanın laxtalanmasında iştirak edir. Qanın maye halı və qapalı sistemdə dövr etməsi 
həyat fəaliyyətinin vacib şərtlərindən biri olub, qanın laxtalanma sisteminə əsasla- nır. Bunun nəticəsində dövr edən qan maye 
halında saxlanılır və qan tromblarının (qan laxtasının) vasitəsilə zədələnmiş damar mənfəsi qapanır, qanaxma dayanır və qan 
dövranın tamlığı bərpa olunur. Arterial qan oksigenlə zəngin olduğu üçün al qırmızı, venoz qan karbon qazı ilə zəngin olduğu 
üçün tünd qırmızı rəngdə olur. 
*
 
Qan dövranının dayanması 
Ürəyin və ya tənəffüsün qəfləti dayanması qəfləti ölümlə nəticələnir. Qəfləti ölüm zamanı huş itir (qıcıqlara cavab 
reaksiyası olmur), tənəffüs olmur, ürək dayanır (iri arteriyalarda nəbz təyin edilmir). Ürəyin qəfləti dayanma- sının ilk 4–6 
dəqiqəsində klinik ölüm baş verir. Bu dövrdə ilk yardım göstərilməsi yubanarsa, geri dönməsi müm- kün olmayan bioloji ölüm 
baş verir. 
Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Ürəyin qəfləti dayanmasının ən başlıca səbəbi ritm 
pozğunluğundan yaranan mədəcik fibrilyasiyası (ürək əzələləri titrəyir – səyriyir) və ya mədəcik taxikardiyasıdır. Ürək 
dayandıqda qan dövr etmir və nəbz təyin edilmir. Bu zaman vaxt itirmədən qan dövranını bərpa etmək üçün ürək-ağciyər 
reanimasiyası (ÜAR) başlanmalı və defibrilyasiya aparılmalıdır. 
Qan dövranının effektivliyini öyrənmək məqsədi ilə yuxu, bud, mil və ya bazu arteriyasında nəbzi yoxlamaq lazımdır. 
Nəbz aydın təyin edildikdə onun sayına, ritminə, dolğunluğuna və gərginliyinə fikir verin. 
Nəbz vurğularının dəqiqəlik sayını bilmək üçün nəbzi 6 saniyə sayıb 10-a və ya 10 saniyə sayıb 6-ya vurmaq lazımdır. 
Yaxşı dolğunluqlu və ritmik nəbz ürək fəaliyyətinin müsbət işindən, zəif nəbz isə qan dövranının pozul- masından xəbər verir. 


25 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə