TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə40/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   36   37   38   39   40   41   42   43   ...   141
DƏRSLİK

B.
 
CANLANDIRMA 
– qan dövranının bərpası. 
CİRCULATİON 
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında “C” mərhələsi 
– canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajı) kimi qəbul olunur. 
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və 
təhlükəni aradan qaldırmaq. Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan 
qaldırın → növbəti addıma keçin. 
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər 
hərəkətə keçin. 
Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir. Canlandırma (qan 
dövranının bərpası) mərhələsində 3 mühüm işin öhdəsindən gəlmək lazımdır: qanaxmanın dayandırılması; döş qəfəsinin 
kompressiyası (ürəyin qapalı masajı); dövriyədə olan qanın həcminin bərpa edilmə- si. Reanimasiya (yenidən həyata 
qaytarma, diriltmə) zamanı döş qəfəsinin kompressiyası həmişə ön yerdə durmalıdır. 
1.
 
Nəbzin təyin edilməsi 
Huşunu itirmiş zərərçəkəndə ürək-ağciyər reanimasiyasına (ÜAR) başlamamışdan qabaq qan dövranını qiy- mətləndirin 
– nəbzi təyin edin. Zərərçəkəndə nəbzin təyin edilməsinə sərf olunan vахt 5 ən çoxu 10 saniyə olmalı- dır. Doqquz saniyə 
“ƏSGƏR” sözünün 15 dəfə təkrarına bərabərdir. Bir əlin 2–3 barmağı ilə nəbzi təyin edən vaxt digər əlin barmaqlarında 15 dəfə 
“ƏSGƏR” sözünü təkrar edin. Sözləri deyə-deyə nəbzi təyin edin. 
Böyüklərdə nəbz 5–10 saniyə ərzində təyin edilməlidir. Böyüklərdən fərqli olaraq uşaqlarda və körpələrdə nəbz 5–10 
saniyə ərzində aydın təyin edilmirsə və ya dəqiqədə 60-dan azdırsa ÜAR-ı başlayın. Uşaqlarda döş qəfə- sinin kompressiyası 
əsas götürülərək eyni zamanda mütləq süni tənəffüs verilməlidir. 

Böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda nəbz yuxu və ya bud arteriyalarında təyin edilir 
Yuxu arteriyasında nəbzin təyin edilməsi: 
boyun fəqərələrinin travmasına şübhə olmadıqda, başı arxaya əyin; şəhadət, 
orta və adsız barmaqları xirtdəyin (hülqumun) üzərinə qoyun
barmaqları bir yerdə 
qırtlaq qığırdağının 
üzərindən aşağı, özünüzə tərəf sürüşdürərək, döş-
körpücük-
məməyəbənzər əzələyə tərəf çəkin. 
Bud arteriyasında nəbzin təyin edilməsi: 
bud arteriyasında nəbzi qasıq nahiyəsinin hər iki tərəfində təyin etmək olar; 
əlin iki barmağını budun içəri hissəsinə, qalça və qasıq sümükləri arasındakı məsafənin ortasına 
və bud-çanaq büküşünün aşağısına qoyun. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə