TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə124/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   120   121   122   123   124   125   126   127   ...   141
DƏRSLİK

ŞOKUN NÖVLƏRİ. 
Hazırda 3 şok növü tanınmaqdadır: 
hipovolemik, kardiogen və distributiv
(vazodilatasiya).
Distributiv şok hipovolemik və kardiogen şokda ürəyin hasilatı və sistem damar müqavimətinin parametrləri əsasında 
fərqləndirilə bilər. Ağ ciyərin kapilyar təzyiqi və ya ağ ciyər arteriyasının oklyuzion təzyiqi hipovolemik şoku kardiogen 
şokdan fərqləndirməyə yardım edir.
Hipovolemik şok

Hipovolemik şok damardaxili maye həcminin düşməsi səbəbindən ürəyə qayıdan həcmin (venoz 
qanın) azalması nəticəsində inkişaf edir. Hipovolemik şok zamanı ürəyə qayıdan qan həcminin azalması Ürəyin Hasilatını 


(CO) azaldır və bunun nəticəsində SDM artır ki, azalmış ürək hasilatını kompensasiya etsin və həyati vacib orqanların 
perfuziyasını təmin etsin. Ağ ciyər arteriyasının oklyuziyası təzyiqi (PCWP) azalmış olur. Hipovolemik şokun səbəbləri 
aşağıda daha ətraflı verilib.
Kardiogen şok 

Karidogen şok ürəkyin nasos funksiyasının pozulmasının nəticəsində əmələ gəlir. Kardiogen şok zamanı 
ürək çatışmazlığı səbəbindən Ürəyin Hasilatı (CO) azalır və bunun nəticəsində SDM artır ki, azalmış ürək hasilatını 
kompensasiya etsin və həyati vacib orqanların perfuziyasını təmin etsin. PCWP (ağ ciyər arteriyasının oklyuziyası təzyiqi) 
kardiogen şokda yüksək olur. Kardiogen şokun səbəbləri aşağıda daha ətraflı verilib.
 
Distributiv

Distributiv və ya vazodilatasiya səbəbindən şok Sistem Damar Müqavimətinin kəskin azalması səbəbindən 
yaranır. Bu növ şokda Ürəyin hasilatı (CO) adətən artmış olur ki, azalmış SDM-nin nəticələrini kompensasiya etsin. PCWP 
ya azalmış, ya da normal ola bilər. Distributiv şokun bir çox səbəbləri vardır ki, onlar aşağıda daha ətraflı verilib.
 
Qarışıq şok 

Şokun müxtəlif növləri bir vaxtda baş ver bilər. Məsələn, septik şokda olan xəstələrdə çox zaman 
hipovolemiya komponenti də (qida qəbulunun azalması, hiss edilməyən maye itkisi, qusma, ishal), və ya kardiogen 
komponent də (sepsis səbəbindən miokardın disfunksiyası) və hətta distrubutiv komponent də (iltihabi və iltihab əleyhinə 
proseslərin inkişafı səbəbindən damarların keçiriciliyinin pozulması və vazodilatasiyanın baş verməsi) mövcud ola bilər. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə